
ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ
Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi
Böyük Azərbaycan Türk Millətinə:
Bölgədə başlanmış savaş şəraiti Azərbaycan Türk Milləti üçün dərin təhlükələr yaratmaqdadır.
Biz, Azərbaycan Milli Hərəkatı olaraq bildiririk:
Güney Azərbaycan və İranda yaşayan Türk milləti bu savaşın tərəfi deyil.
Bu savaş millətimizin iradəsi ilə deyil, şuubi-farsçı molla rejimin siyasətinin sonucu olaraq ortaya çıxmışdır.
Xalqımıza açıq çağırış edirik:
• Bu savaşdan yararlanan Kürd terror qruplaşmalarının Urmu və batı bölgələrimizdə təhərrüklərinə bağanə qalmamaq gərəkir.
• Rejim, bəzi yaşayış bölgələrini, özəlliklə şəhər mərkəzlərini vuraraq düşmənin vurduğunu diyəcəkdir. Bu bölgələrdə toplanmaq təhlükəlidir.
• Rejim tərəfindən düzənlənən küçə mitinqlərinə və yürüşlərə qatılmayın.
Bu tədbirlər xalqı qorumaq üçün deyil, onu hədəfə çevirmək üçündür.
• Rejimin medialarında yüksələn duyğusal hisslərə qapılmayın.
• Öz canınızı, ailənizi və yaşayış bölgələrinizi qorumağı birinci görəv bilin.
Türkiyə və Azərbaycan dövlətlərindən istək:
Güney Azərbaycan türkləri rejimin və heç bir xarici gücün aləti deyil və olmayacaqdır.
Millətimizin yolu yalnız öz gələcəyini və milli dövlətini əldə etmək, öz varlığını qorumaqdır.
Mövcud savaşın sonunda nə olacağı sadəcə Güney Azərbaycan deyil, Azərbaycan və Türkiyə dövlətlərini də ilgiləndirməkdədir. Başda PKK və onun niyabəti qolları olan Kürd terror qrupları bu qarqaşadan istifadə edərək Türkiyə və Azərbaycan sınırlarını ələ geçirməyə çalışacaqlar. İki öz və qardaş dövlətlərimizdən bu gəlişmələri kontrolda tutmağı istəyirik. Bu savaş Türk gücünün güclənməsini və yad aha yoxsullaşmasını ortaya qoyacaqdır. Türkiyə və Azərbaycan cümhuriyyətlərinin strtejik və geopolitik gələcəyi Güney Azərbaycanın gələcəyindən asılıdır.
Güney Azərbaycan Qurtuluş Partiyası
2026-02-28


