Güney Azərbaycan İstiqlal Manifestinin Uyğulamasıyla Yol Xəritəsi
GAQP DÖVLƏT PROQRAMINDAN ALINMIŞ TASLAQDIR.
Editör: Eldar Qaradağlı
Güney Azərbaycanın istiqlalçı kəsiminin (partiya, birəysəl) bir arada tutulması üçün İstiqlal Manifestinin önəmi böyükdür. İstiqlal Manifesti yalnız bir milli siyasi bildiri deyil, onun gərçəkləşməsi yolunda gənəl çalışma planı sayılır. Bu yol xəritəsi siyasal, ekonomi, diplomatik ilişkilər, sivil və silahlı savunma strategiyalar içərməkdədir. İstiqlal Manifestinin aşama-aşama təməl başlıqları aşağıdakılardır:
1. İstiqlal Manifesti Üzrə Siyasal Yol Xəritəsi:
1.1. Vahid Milli-Siyasi ideoloji;
– ‘Azərbaycan Türk Milləti’nin Azərbaycan Türkçülüyü üzərində tam bağımsızlık ideologiyası.
– İstiqlal ideologiyasının toplum içində yayılması.
1.2. Siyasal qurumsallıq (təşkilatlanma) ;
– Var olan istiqlalçı qurumların istiqlalçı çətir altında işbirlikliyi.
– İstiqlalçı paritiya liderlərinin arasında ortaq koordinatlığının oluşması.
– Partiya üyələrindən oluşan 3-lu, 5-li eyləm timlərinin düzəlməsi.
– Azərbaycan adına çalışan sivil və dövlət diaspora yetkililərilə koordinasiyalı qurum çalışması.
1.3. Ulusal səfərbərlik;
– Güney Azərbaycan gəncliyinin milli qurtuluş savaşında teori-praktik öncüllüyünü sağlamaq, onlara sürəkli eyitim, umud və irəliləmə ruhu aşılamaq.
– Sivil və kütləsəl dayanışmanın toplum içində dərinləşməsini sağlamaq.
– İşğalçı fars-şuubi sisteminin milli əritmə stratejisini dayandırma uğruna Türk milli kimliyi üzərində sürəkli kampaniyalar oluşdurmaq.
1.4. Çeşidli Yönətim Modelləri:
– Milli qurtuluş aşamasında ölkə dışı paralel yönətmə sistemlərinin (a-sürgündə milli şura, b- sürgün parlamenti, c-sürgün dövləti kimi) yaradılması.
– Güney Azərbaycanın özgürlüyü və bağımsızlığı üçün Dövlətçilk Proqramı-nın (dövlət sistemi, hökumət quruluşu) yazarlar heyətinin oluşması.
2. İstiqlal Manifesti Üzrə Ekonomik Yol Xəritəsi:
2.1. Yerli və milli ekonominin qalxınması;
(Milli qurtuluş sürəcində)
– Güney Azərbaycan iqtisadiyyatının tam dağılmaması üçün yerli qaynaqların Azərbaycandan çıxmasının qarşısını almaq uğruna gərəkən eyləmlərin həyata keçirilməsi.
– İran dövlətinin sömürgəçi siyasətinə qarşı toplumsal mədəni itaətsizlik planların yola salınması.
– Güney Azərbaycanın gələnəksəl iqtisadi təməllərinin diri tutulması üçün kütləvi (yerli-sanal) bazarlama şəbəkələrin oluşması.
– Kütlə içində yerli ürətimin, yabancı idxalata qarşı sürəkli himayə edilməsi üçün kampaniyaların yola salınması.
2.2. Yatırım və Ekonomik Qalxınma:
(Dövlətçilik Sürəcində)
– (Quzey) Azərbaycan Respublikası, Türkiyə və Türk dünyasından modern teknik dəstəyilə yanaşı investisiyaların ölkəyə gəlməsinin önü açılmalıdır.
– Güney Azərbaycan ekonomisinin uzun sürəli işğalçı sistemin altında əzilməsinə son vermək üçün Avrupa və dünya bazarlarına çıxma imkanları sağlanmalıdır.
– Modern şəhər və kənd sənaye sektorlarının inkişafı üçün ölkə çapında qalxınma planları uyğulanmalıdır.
3. İstiqlal Manifesti Üzrə Milli Kimlik Yol Xəritəsi
(Milli qurtuluş sürəcində)
3.1. Dil və Eyitim;
– Türk dilində eyitim haqlarının qazanması üçün bütün milli qurum və sivil fəallarla birgə mücadilə aparılmalıdır.
– Ana dilli uşaq evlərinin, oxullarının və bilimyurdlarının açılması üçün dilçi, federalçı qurum və milli kəsimlərlə birgə əməkdaşlıq edilməlidir.
– Türk dilinin qorunması, çiçəklənməsi və yayğınlaşması üçün gizli, onlayn və açıq eyitim alanları oluşdurulmalıdır.
– 40 milyonluq Güney Azərbaycanda və İran adlanan dövlət sınırları içində yaşayan Türk millətinin anadilli eyitim yasaqlığını BMT başda olmaqla dünya çapında ilgili orqanlara sürəkli etiraz bilgiləri göndərilməlidir.
– Türk dilinin yasaqlığını və Güneyin varlığını dünya toplumuna göstərmək üçün uluslararası eyləmlər oluşmalıdır.
3.2. Mədəniyyətin və Milli Kimliyin Gücləndirilməsi;
– Azərbaycan Türklərinin tarixini, kültürünü, milli kimliyini tanıtmaq yönündə kütləvi proyektlər gərçəkləşməlidir.
– Türk dilli media çalışmaları sürəkli olaraq genişlənməlidir.
– Tehran faşizmi basqısıyla əngəllənmiş kültürəl etkinliklərin (sinema, teatır, opera, idman vb.) millət arasında genişlənməsilə bağlı proyektlər hazırlanmalıdır.
– Güney Azərbaycanın gərçək və milli kollektiv şəkilində yönətiləcək Milli TV-si və yandaş kanalları qurulmalıdır.
– Yaxın diaspora (İran içində yaşayan Qaşqay, Xələc, Xurasan Türkləri kimi dildaşlar) və uzaq diaspora (İran dışında yaşayan soydaşlar) gücü oluşmalıdır. Bu diasporanın siyasi qolu (lobbisi) sürəkli olaraq güncəllənmədir.
4. İstiqlal Manifesti Üzrə Diplomatik Yol Xəritəsi:
4.1. Azərbaycan Respublikası və Türk Dünyası ilə əlaqələr;
– Quzey Azərbaycan dövləti və sivil toplum quruluşları ilə sürəkli dərinləşən ilişkilər qurulmalıdır.
– Türk Dövlətləri Təşkilatında Güney Azərbaycanın mümkün formatlarda təmsil olunması yolları axtarılmalıdır.
– Türkiyə və digər Türk dövlətlərində Güney Azərbaycanın tanıtım eyləmləri oluşmalı, həmin qardaş ölkələrdə təmsilçiləri açılmalıdır.
4.2. Uluslararası alanlarda tanıtım çabaları;
– BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda Güney Azərbaycan hüquqlarının tanınması üçün lobbiçilik fəaliyyəti aparılmalıdır.
– Batı dövlətlərində, özəlliklə Amerika, Britaniya və Avropa Birliyində Güney Azərbaycan gərçəkləri türlü formada tanıtılmalıdır.
– Farsçı-şuubi rejimin insanlığa olan dərin nifrəti və yırtıcı dünya görüşü, ayrıca insan haqları konvansiyonel anlaşmalara qarşı pozuntulu siyasətinin ifşası gündəmdən düşməməlidir.
5. İstiqlal Manifesti Üzrə Torpaq Savunma və Məşru Müdafiə Stratejisi:
5.1. Milli Savunma komitələrinin yaradılması;
– Güney Azərbaycanın torpaq bütünlüyü uğruna özəl savaşçı timlər yaradılmalıdır.
– Ana yurd torpaqlarına başqaları tərəfindən göz qoyulması bağışlanmazdır. Torpaq ulusal namusdur! Azərbaycanın bir qarış torpağına göz dikənin gözü çıxmalıdır. İstər Azərbaycanın doğu torpaqları, istərsə batı torpaqları Azərbaycan Türk Millətinin qanıyla suvarılmış qudsalıdır. Bu qudsallığı savunma yolunda silahlanma millətimizin ən doğal haqqı sayılmalıdır.
5.2. Stratejik Savunma Yolları:
– Ordu və Sepah içində olan savaşçı Türk gənclərə sürəkli sav göndərilməli, Anayurdun təhlükədə olduğu anlatılmalıdır.
– İran silahlı qüvvələrinin Azərbaycanın batı bölgələrində sızma terror qrupları ilə iş birliyinin etkisini azaltmaq üçün taktiksəl önləmlər alınmalıdır.
– Azərbaycan və Türkiyənin terror qruplara qarşı olası dəstəyini almaq üçün diplomatik timlər oluşmalıdır.
– Olası diplomatik sonuclara dayanaraq çevik partizan stratejisi həyata keçirilməlidir.
6. Özət:
1. Qısa Sürə Strateji:
a- Güney Azərbaycan istiqlalçı qurumlarının birgə milli-siyasi işbirliyi çatısı yaranmalıdır.
b- Milli bilincin yayğınlanması uğruna geniş ulusal səfərbərlik olmalıdır.
c- Uluslararası toplumlarda Güney Azərbaycan sorunu gündəm olunmalıdır.
d- Sürgündə Milli Şura, Milli Parlament, Sürgün Hükuməti yaranmalıdır.
2. Orta Sürə Strateji:
a- Azərbaycan Milli Hərəkatının güclənməsi üçün Diplomatik görüşlər genişlənməlidir.
b- Prespektivsiz sızma terroristlərə qarşı silahlı məşru savunma təhlükəsizlik stratejisi güclənməlidir.
c- Uluslararası alanlarda farsçı-şuubi işğal rejiminin siyasi, iqtisadi, təbliği vb. etkisinin aradan qalxması üçün çaba göstərilməlidir.
3. Uzun Sürə Sonuc Strateji:
ü Güney Azərbaycanın tam bağımsızlığı elan olunmalıdır.
ü Güney Azərbaycanın bağımsızlığı uluslararası birliklərdə rəsmi tanınmalıdır.
ü Güney Azərbaycan Cümhuriyyətinin dövlət parlamentarist hökümət sistemli anayasası hazırlanmalı, millətin gənəl oyuna sunulmalıdır.