GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ
DÜZÜKÜ
(NİZAMNAMƏ)
1. Güney Azərbaycan Qurtuluş Partiyasının (bundan sonra “Qurtuluş” və ya
“GAQP”) gənəl prinsipləri
1.1.a.“Güney Azərbaycan Qurtuluş Partiyası”– Qurtuluş və ya GAQP,
ingiliscəsi ilə “South Azerbaijan Liberation Party”– Qurtuluş və ya SALP,
Azərbaycanın Güneyinin Qurtuluşu, Güney Azərbaycan Türk Cümhuriyyətinin
yaranmasını, Quzey Azərbaycan dövlətinin daha da dərinləşməsini, Azərbaycanın
yenidən bütövləşməsini, işğalçı güclərin iştirakı ilə işğal olunmuş torpaqlarımızın
azadlığını, müasirliyini, bağımsız, demokratik, hüquqi dövlətinin yaratmasını özünün
əsas məqsədi hesab edərək, qurtuluşçu Türk soydaşlarını öz sıralarında birləşdirməyə
çalışır.
1.1.b.“Güney Azərbaycan Qurtuluş Partiyası” loqosunun açıqlaması: – Yer kürəsində türklüyün 3 simgəsi, çağdaş Turan, bütöv Azərbaycan, Güney
Azərbaycan dövlətçiliyinin iç-içə girmişliyidir. – Dövlət bayrağımızda çağdaşlığı təmsil edən qırmızı fonda ay-ulduzmuz.
1.2. Qurtuluş, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycan
türkünü və Türk soydaşlarını Güney Azərbaycanın Qurtuluşu və istiqlalı uğrunda
birləşməyə çağırır.
1.3. Qurtuluş, Quzey Azərbaycanda gedən demokratikləşmə cəhdlərini ”Azərbaycan
Milli Hərəkatı”ndan ayrı tutmayır, Respublikamızın güclənməsi, demokratikləşməsi və
çağdaşlaşması uğrunda iştirak etməyini özünün vaz keçirilməz haqqı hesab edir.
2
1.4. Dünyanın harasında Azərbaycanlı varsa, Qurtuluş orada təşkilatlanma işləri
aparır.
1.5. Qurtuluş Partiyasının Nizamnaməsini qəbul edən, Güneyin Qurtuluşu yolunda
mübarəzə aparmaq istəyən hər kəsin, azad, demokratik təməllər üzərində qurumda
üzvlüyü sərbəstdir.
1.6. Qurtuluş, beynəlxalq hüquq və qanunlara uyğun olaraq fəaliyyət göstərir.
1.7. Qurtuluşun maliyələşməsi ianələr, üyəlik haqları və partiyanın qanunlar
çərçüvəsində ekonomik fəaliyyətlrinə bağlıdır.
2. Qurtuluşun Amacı
2.1. Dünyanın çeşidli ölkələrinə səpələnmiş Azərbaycan türklərini millətləşmə,
dövlətləşmə, bütövləşmə uğurunda orqanizə etmək, Güney Qafqazdan, Zaqros
sıradağlarının quzeyinədək çəkilən “Azərbaycan Yaylası”nın tək bir yurd olmasının
gərçəklərini bilim yollarıyla gündəmə gətirmək, Qurtuluşun təməl çalışmalarından
biridir.
2.2. Azərbaycan Türk Millətinin bütövləşməsinin və qurtuluşunun tarixi düşmənləri
markası halına gələn Rus və Fars nədənlərini açıq tanıtmaq Türk millətinin vaz
keçirilməz haqqıdır. Bu baxımdan Qurtuluş, Güney gənclərinin Türkiyə və Azərbaycan
eyitim mərkəzlərində açıq və milli yüksək səviyyəli eyitim alması olduqca gərəkli hesab
edir.
2.3. Azərbaycanda öncüllük və çağdaşlıq şərti demokrasidir. Qurtuluşun başlıca
çabalarından biri insan qafasının istismarına və onun kötü yönləndirməsinə son
verməkdir. Demokratikləşmənin ən baş düşməni tək adamlıq zehniyyətdir. İstər
hüquqi, istərsə də həqiqi baxımdan, tək adam yönətim zehniyyəti çağdaş insanlıqla
yaxından-uzaqdan əlaqəsi yoxdur. Qurtuluş, bir milli-siyasi qurum olaraq demokrasi
yolunu kəsən tək adamlıq yönətimlərin bütün türlərinə qarşıdır.
2.4. Ölkədə ulusal düşüncə ürətimilə məşğul olan mərkəzlərin ən öncül və modern
teknolojiyə yiyələnməsi şərtdir. Bütöv Azərbaycan ideyası ilə Güneyin Qurtuluş
hərəkatına yön verən kiçik çaplı eyitim timlərinin yaranması böyük uğurdur. Bağımsız
Azərbacyan yurddaşı, demokrasinin, insan haqlarının, özgürlüyün, laikliyin eyitimini
qurtuluş mücadiləsinin sürəcindən öyrənməlidir. Çünki, bu günün öyrəncisi kəsinliklə
özgür Güney Azərbaycan Türk Dövlətinin öyrətməni, yönəticisi olacaqdır.
2.5. Güney Azərbaycan Türk Dövlətinin yaranması, Bütöv Azərbaycan dövlətçiliyinin
danılmaz ön şərtidir. «Bütöv Millət, Bütöv Vətən yolu Güneyin qurtuluşundan keçər!»
Ancaq, Güneyin qurtuluşundan sonra, Türk Dünyasının qudsal ülküləri gərçəklik tapar!
Ayrıca Azərbaycan sınırları dışında yaşayan kompakt və dağınıq Türk soydaşlarımız
vardır. Bu qonu Azərbaycan Türk Milləti, Azərbaycan Milli Hərəkatı və GAQP-nı da
yaxından ilgiləndirir. Qaşqay, Türkmən, Xələc, Xorasan türkləri kompakt və dağınıq
3
yaşam sürən soydaşlarımızın ana vətəndən uzaq düşməsi onların Azərbaycandan ayrı
olması anlamına gəlmir! Onların da Azərbaycan kimi qurtuluş yolu yalnızca Güney
Azərbaycan mərkəzli müstəqil dövlətinin yaranmasıdır. Yalnız, Güney Azərbaycan
Türk Cümhuriyyətinin türlü etkisi ilə ana Azərbaycan sınırlarından uzaqda qalan Türk
topluluqları öz milli-siyasi və mədəni haqlarına yiyələnəcəklər. Sözsüz ki, bu haqların
əldə edilməsi üçün yerli türklərin yüksək eyitimi və sonunda milli iradəsi gərəkir.
Tehran və Kərəcə gəlincə, oralarda çoxlu assimilasiya olmuş soydaşlarımız
yaşamaqdadır. Tehran dünyanın ən qalaballıq metropol şəhərlərindən biridir. Böyük
Tehran və çevrəsi Azərbaycan Yaylasının sifir sınır nöqtəsidir. Orada milyonlar
Azərbaycan türkü yaşamaqdadır. Qacar Türk dövlətinin başkəndi seçilən o günün kiçik
bölgəsi zaman-zaman böyük köçlər sonucunda metropol şəhərə çevrilmişdir. Bu
metropolun gələcəyinin yönətimi kəsinliklə qeyri-fars etniklərin, özəlliklə türklərinin
çoxunluğu ilə oluşmalıdır. Təbii ki, Tehran üçün çoxulcu, çağdaş, demokratik və yüksək
siyasal-sosial paylaşım ən vacib arzu hesab olunur. Lakin, bütün insancıl arzulara
rəğmən, panfarsizmin yaratdığı üstün etnikli ideolojidən etgili duruma düşmüş qeyri
insanı geniş bir yapı bu mitropol şəhərin dinc gələcək toblosunu geniş ölçüdə qaranlıq
görünümlərə itələməkdədir. Bu qonuda AMH-nın bütün milli-siyasi qurumlarının ortaq
düşüncə ürətməsi ilə yanaşı işbirliyi gərəkir.
Böyük Kərəc və çevrə qonusu Tehrandan fərqli və aydındır. Bu gün Əlborz adlanan
əyalətin bütünü Azərbaycan Yaylasının güney doğu bölgəsidir. Bu bölgə istər coğrafik,
istərsə də milli-siyasi anlamı ilə Azərbaycan Yaylasının doğal sınırları içindədir. Sadə
və net anlamı ilə Kərəc Azərbaycandır.
2.6. 2020-ci ilədək, Qarabağın işğalı Vətənin işğalı dedik. Bu ulusal yaranın
sonlanması ulusal savaşdan keçər dedik! Savaş isə, ulusal inanca bağlı olan qorxmaz
liderlik istər dedik.
Azərbaycan Dövlətinin iqtidarı-müxalifəti tək yumuruq olaraq, millətimizin qəhrəman
ordusuna inandı! Bu inanc, Azərbaycan üçün 500 illik sürəkli yenilgilərdən sonra ilk
ulusal zəfəri qazandırdı. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin
inamlı liderliyində 44 gün içində Qarabağın önəmli bölümü düşməndən qurtuldu.
Türkiyənin də unudulmaz işbirligilə millətimizin qurtuluşçu inancı zirvəyə yüksəldi.
Həmin yüksək ülvi inancla diplomatik və meydan hərəkatı Azərbaycan tərəfinə keçdi.
2023/09/19-da başlayan anti-terror əməliyatında Azərbaycan ordusu toplam 24 saat
sürəcində Xankəndi başda olmaqla Qarabağın bütününü düşmənlərdən təmizlədi. Və
indi ən böyük milli savaşımızın zamanı get-gedə yaxınlaşır. Güneyin qurtuluşu!
2.7. Çağdaşlığın ən önəmli ön şərtlərindən biri latin əlifbasıdır. Eyn zamanda çağdaş
Türk ölkələrinin ortaq yazı sistemi də həmin qrafikdədir. Rus kiril qrafikası ilə yanaşı
ərəb və fars qapsamlı islam qrafiklərinin Türk Dünyasının birliyinə vurduqları zərbə gün
kimi aydındır. Çağdaş düşüncənin gələcək nəsillərə ötürülməsi, ölkənin geri qafalıqdan
qurtuluşu deməkdir. Latin əlifbası bu yolun şah damarıdır. Latin Qrafikalı Türk dilinin
Azərbaycandakı rolu, ölməz İ. Kaspralının “Dildə, Düşüncədə, İşdə Birlik” devizilə eyn
ölçüdür.
4
2.8. Güneyin kəskin qurtuluşu, Quzeyin isə demokrasi ilkələri üzərində irəliləməsi
Qurtuluşun vazkeçirilməz yol xəritəsidir. Buna görə, bağımsız mediaya, özgür ilətişim
gücünə yetişmək üçün neçə dilli bilgi paylaşım teknolojisinə, çeşidli bilgi qaynaqlarına
yiyələnmək gərəkir. Qurtuluşa görə, Güney-Quzey ayrıntısı olmadan Azərbaycan
mediasının yönətici mərkəzi olmalı və bu mərkəzin Türkiyə və Türk topluluqları ilə iç
içə çalışması gərəkir.
3. Qurtuluşda Üyəlik.
3.1. Qurtuluşda üyəlik könüllü, iradəli və şəxsidir. Qurtuluşa üzvlük şərti qurum
ilkələrini, düzüyünü qəbul etməklə yanaşı üyəlik haqqı ödəməklədir.
3.2. Azərbaycanın Güneyinin qurtuluş savaşında iştirak etməyi qəbul edən, qərbi
Azərbaycan başda olmaqla, Dərbəndin, Borçalının, Göyçə-Zəngəzurun, Ənzəlidən
tutmuş Azərbaycanın ən güney bölgəsi olan Sonquradək işğaldan qurtuluşuna inanan,
50 milyonluq Azərbaycan Türk Millətinin şərəfini, ləyaqətini, uca tutan hər bir Türk və
Azərbaycanlı şəxsin dinindən, dilindən, soyundan asılı olmayaraq Qurtuluşda yüyə
olması iradsızdır.
3.3. Qurtuluşun çalışma dinamikası bölgələr üzrə uyğunlaşır. Özgür ölkələrdə, Quzey
Azərbaycanda, Türkiyədə üzvlərin açıq və yarım açıq çalışması manesiz olsa da,
Güney Azrbaycanda və işğal olunmuş başqa yerlərimizdə üyəlik tək anlamıyla gizlilik
ilkəsinə dayanır.
3.4. Qurtuluşda üyəlik ilqarla, sırdaşlıqla, özverilə ölçülür. Düşmənlərlə gizli ilişki
qurmaq, qurumun iç paylaşmalarını, eşiyə sızdırmaq milli duyarsızlıq və sərt tutumuyla
xəyanətdir. Belə durumlarda duyarsızlıq amili yoxlama qurumu tərəfindən sorğulanır,
suçu bəlli olan üyənin üyəliyi dayandırılır.
3.5. Qurtuluşda sıradan xətaların qarşılığı, ilk uyarı, yazılı uyarı, keçici uzaqlaşdırma,
kəskin uzaqlaşdırma kimi cəzalar uyğulanır. Cəzalı üyənin qərara qarşı durması onun
demokratik haqqıdır. Yönətim bu bağlamda şəxsin yenidən dindirilməsi sağlamalı,
cəzanı gözdən keçirməlidir.
3.6. Qurtuluşdan uzaqlaşma hər üyənin haqqıdır. Normal durumda qurumdan
uzaqlaşmaq, yalnız üyənin ölümü ilə sonlanar.
3.7. Qurtuluş üyələrinin yönətim orqanlarına yüksəlmə şansı eşitdir. Bütün üyələr eşit
şərtlərdə işlərin gedişatında iştirak edər, təklif və şikayət vermə haqqını qullanar.
Yönətim Quruluna bir başa ərizə ilə müraciət edər, qurumun iş planları ilə bağlı
istəklərdə bulunar.
3.8. Qurtuluş, gərəkən yerdə üyədən aktiv olmasını istər. Qurumun çalışmalarında,
kütləvi aktlarda, toplantılarında aktivlik etmək, quruma, sorumlulara bağlı qalmaq
üzvünün önəmli görəvlərindən sayılır. Yönətim izni olmadan, üzvünün qurum adına
rəsmi yerlərdə çıxış etməsi doğru deyildir.
5
3.9. Ulusal əxlaq, Azərbaycan Milli Hərəkatının anlamıdır. Azərbaycan Milli Hərəkatının
böyük çatısı altında anlam daşıyan milli əxlaq, Qurtuluşun da, ən önəmli ilkəsi sayılır.
Buna görə, qurum üyələrinin milli əxlaq sınırı Qurtuluşda tanımlanan cizgiləri
aşmamalıdır.
4. Qurtuluşun Qurultayı
4.1. Qurultay, Qurtuluşun yüksək orqanıdır. Normal şərtlər içində iki illik, basqılı
zamanlarda isə olan üstü qurultay və ya yetkili düzeyli toplantı qurumun üst orqanı
sayılır.
4.2. Qurultay mandatlı üyələrin iştirakı ilə keçirilir. Yaşadığı yerdən asılı olmayaraq
seçilmiş üyə qurultayda iştirak etmə haqqını qazanır.
4.3. İlkələr, ülkülər, dövlətçilik proqramı, düzük, simgələr, ana bəlgələr qurultayda
qəbul olunur. Qurultay, Qurtuluşun Yönətim Qurulunu seçir, qurumun orqanlarını
oluşdurur, görəv verir və yetkili şəxslərdən hesabat istəyir.
4.4. İki qurultay arası Qurtuluşun yönətilməsinin sorumlusu qurultayda seçilən Yönətim
Quruludur.
4.5. Olan üstü qurultayların keçirilməsi üç durumda gərçəkləşır: a) Başqanın istəyi və
YQ-nin %51 onayı ilə, b) YQ-nin %75 İstəyilə, c) mandatlı üzvülerin %51-səs
çoxunluğu ilə.
4.6. Dövrə arası Yönətim Qurulunun gərəkcəsilə işə alınan üyələrin rəsmiləşməsi ilk
qurultayın onayı ilə tamamlanır.
4.7. Qurtuluşun qapadılması, qurultayın %75 səs çoxunluğu ilə gərçəkləşir.
4.8. Qapanış qurultayının və rəsmi prosedurunun keçirilməsi üçün 3 nəfərlik “Vəkalət
Qurumu” qurulur.
5. Qurtuluşun Yönətim Qurulu
5.1. Yönətim Qurulu (YQ), Qurultayda seçilir və iki qurultay arası Qurtuluşun proqıramı
və düzüyü qarşısında sorumluluq daşıyır.
5.2. YQ Qurtuluşun gündəmilə bağlı gərəkli bölümlər yaradır. Yaradılan bölümlərin
təsdiqini növbəti qurultaya sunur.
5.3. YQ ən azından ayda iki oturum yapır. Qurumun toplantı sistemi canlı və ya internet
aracılığı ilə gərçəklənir.
5.4. YQ toplantıları sadə səs çoxluğu ilə rəsmiləşir.
5.5. YQ xətalı üyənin müzakirəsini və ya üzvlüyünü dondurulmasını sadə səs çoxluğu
ilə masaya oturdur. Ancaq xətalı üyənin qurumdan kəsin uzaqlaşdırılması qurultayın
onayına bağlıdır.
6. Qurtuluşun Bölgəsəl Təşkilatları
6
6.1. GAQP, gücü çatan hər hansı bölgə, ölkə və şəhərdə öz bölümlərini yarada bilər.
Bu bölümlər milli, siyasi, kültürəl və gərəkən çeşidli formalarda fəaliyyət göstərə bilər.
6.2. Ölkədən ölkəyə dəyişən çeşidli bölümlər “Bölgə Bölümü” adıyla yaranır. Bölmə
başçısı isə “Bölgə Başqanı” ünvanı ilə səslənir. Örnək: Almaniya Bölgə Başqanı.
6.3. Bölgə başqanı, Qurtuluş Təşkilat Bölümü aracılığıyla YQ-yə bağlanır. Təşkilat
bölümü sorumlusunun istəyi və YQ onayı ilə Qurtuluşun Yönətim Quruluna seçilir.
6.4. “Bölgə Bölümü” Qurtuluşun düzüyünə sadiq qalaraq, özümlü və bölgəyə uyğun
düzənlənir.
6.5. “Bölgə Bölümü” toplantısı ayda ən azından bir kərə olmaq üzrə keçirilir.
6.6. Bölgə bölümlərinin toplantıları ən azından hər üç ayda bir kərə canlı keçirilir. Canlı
toplantılarda Təşkilat sorumlusu ilə yanı-sıra GAQP başqanı da qatılır.
6.7. GAQP-nın Azərbaycan və Türkiyə cümhuriyyətlərindəki bölümlərinin oluşumu 6.cı
maddədən özgündür.
6.A. GAQP-nın Azərbaycan və Türkiyə Cümhuriyyətlərindəki Təşkilat Bölümləri
6.A.1. GAQP-nın Azərbaycan və Türkiyə bölümləri yerəl duruma uyğun qurulur,
Başqanlıq Katibliyilə GAQP başqanına bağlanır.
6.A.2. Azərbaycan və Türkiyə dövlət varlığı Türk Dünyası kimi GAQP-nın də qırmızı
cizgisidir. GAQP-nın Azərbaycan və Türkiyə bölmələri bu özəlliyin dışana
çıxmamalıdır.
6.A.3. Azərbaycan və Türkiyə dövlətlərinin iç və dış siyasəti GAQP-nın bağımsızlığını
öz etkisi altına almamalıdır.
6.A.4. GAQP-nın Azərbaycan və Türkiyə bölümləri iki cümhuriyyətimizin iqtidarı və
müxalifəti ilə eyn dostluq, qardaşlıq və əməkdaşlıq içində siyasət yürüdür.
6.A.5. GAQP-nın Azərbaycan və Türkiyə bölümlərinin başlıca fəaliyyəti media və
mətbuat üzrə yoğunlaşmalıdır.
6.A.6. Bölümlər, Qurtuluşun maliyyə qaynaqlarından yararlanır, Başqanlıq Katibliyi ilə
Yönətim Qurulu və qurultaya hesabat verir.
6.A.7. Azərbaycan və Türkiyə bölümləri, GAQP Təşkilat Bölümündən bağımsız olduğu
halda, həmin bölümlə sürəkli koordinasiyada olur.
6.A.8. Azərbaycan və Türkiyə bölümlərinin sorumlusu, Azərbaycan Bölüm Başqanı və
Türkiyə Bölüm Başqanı adlanır.
7. Qurtuluş,un Güney Üzrə İnsan Haqları Bölümü
7
7.1. Güney Azərbaycanda gərgin milli azadlıq savaşı gedir. Sözsüz ki, Azərbaycanın
qurtuluşu uğruna canından, malından və bütün yaşam varlığından keçən milli
qəhrəmanlarımız az deyil. Qurtuluş,un ən önəmli görəvi bu igidlərin haqlı səsini
dünyaya çatdırmaqdır.
7.2. Azərbaycanın milli qurtuluşu uğrunda farsçı rejimin basqılarına uğramış bütün
igidlərimizin dünya görüşündən, qurum və ideolojik bağlantısından asılı olmayaraq
fərdi və ailəvi ehtiyacları təmin olunmalıdır. Bu haqda Qurtuluş,un Güney Üzrə İnsan
Haqları Bölümü (GÜİHB) var olan ulusal və kürəsəl qaynaqlardan mali imkanlar
axtarmalı və Azərbaycan Milli Hərəkatı (AMH) ehtiyaclarına yönəltməlidir.
7.3. Faşist rejim, bir çox hallarda milli fəalların körpə uşaqlarını, ailə varlığını, iş yerlərini
və sosial haqlarını vəhşi hədəfinə məruz qoyur. Bu iş rejimin alışdığı anti bəşəri
zehniyyətin ürünüdür. Sözsüz ki, Qurtuluş,un bu qonuları da ələ alması gərəkir.
7.4. Azərbaycan Milli Hərəkatı (AMH) gün keçdikcə farsçı rejimin qorxulu yuxusu olur.
Bu üzdən rejimin AMH-ə qarşı olan vəhşiliyi daha da aqresivləşir. Qurtuluş, rejimin
aqresivləşən vəhşiliyinə uğramış AMH-ə bağlı ailələrə yardım etmək üçün bütün
imkanlarını işə salmalıdır.
7.5. GÜİHB ilə Qadın, Uşaq və Ailə Haqları Bölmələri arasında bütün alanlarda yaxın
ilişkilər olmalıdır. Bu iki bölümün işbirliyi bir çox hallarda Qurtuluş,un təməl ulusal
ideolojisi ilə üst-üstə düşməyəbilər. Belə ki, bu iki bölüm geniş olaraq çox alanlı insan
və qadın haqları örgütlərilə ilişkidə olabilər, işbirlikləri qurabilər. Sözsüz ki, bu
qonularda Yönətim Qurulunun (YQ) tövsiyələri diqqətə alınmalıdır.
7.6. Bu bölüm, Milli Qurtuluş,un gənəl büdcəsindən maliləşir, çalışma raporu Yönətim
Quruluna və YQ aracılığıyla qurultaya təslim edilir.
8. Qurtuluş,un Qadın, Uşaq və Ailə Haqları Bölümü
8.1. Qadın insanlığın anasıdır. Qadına hər türlü basqı insanlığa qarşı cinayət sayılır.
Çağdaş dünyada bütün gərçək demokratik qanunların kökündə qadın-ərkək eşidliyi
dayanmaqdadır. Fundamentalist farsçı rejimin qadına qarşı çağdışı vəhşi baxışı Fars
olmayan qadınlar üçün neçə qat cəhənnəmdir. Qurtuluş,un qadın düşməni olan rejimə
qarşı apardığı mücadilə eyn zamanda qadın haqlarının qorunması uğrunda bir sosial
savaşdır.
8.2. Qurtuluş, belə hesab edir ki, Azərbaycanın milli qurtuluş savaşı Türk qadını üçün
eyn zamanda özgürlük, eşidlik və insanlıq alanıdır. Bu üzdən, AMH-də Türk
qadınlarının yeri nə bir addım geri, nə bir addım irəli, ərkəklərlə omuz-omuza olmalıdır.
8.3. Qurtuluş, qadın, uşaq və ailə haqlarını milli mücadilənin ən ilkin prinsiplərindən
hesab edir. Bu, o deməkdir ki, bütün insancıl savaşların kütlə hədəfində qadın, uşaq
və ailə haqlarının savunması dayanır.
8
8.4. Qurtuluş,un Qadın, Uşaq və Ailə Haqları Bölümü (QUAHB) məhz bu iddialara
dayanaraq qadın eşidliyini öz siyası yolu seçən çeşidli qurum-quruluşlarla görüşlər
keçirməli, ortaq işlər görməlidir.
8.5. Bu bölüm, Güneydə gedən milli mücadilənin tutuqlu qadınlarının dünya üzrə
hayqıran səsi olmalıdır. Bu qonularda QUAHB ilə GÜİHB arasında sıx işbirliyi gərəkir.
8.6. Bu bölüm, Qurtuluş,un gənəl büdcəsindən maliləşir, işlərinin hesabatını Yönətim
Quruluna və YQ aracılığıyla qurultaya rapor verir.
9. Qurtuluşun Təşkilat Bölümü
9.1. Qurtuluşun Təşkilat Bölümü, qurumun çalışma metodunu seçir, onu yönəldir. Bu
alanda gərəkli yöntəmlər uyğulur. Ən uyğun yönətim formasını sağlayır.
9.2. Qurtuluşda üyəlik siyasətini üstələnir. Bu yöndə yeni üyələrin sağlamlığını
araşdırır. Yeni üyələrin sorum almasını və hansı bölümə uyğun olmasını araşdırır.
9.3. Qurtuluşun konfransları, toplantıları və gərəkən eyləmlərinin keçirilməsini
üstələnir. Bu görəvləri düzgün yerinə yetirmək üçün bölüm içi işçi qurumlar yaradır.
9.4. Qurtuluşun gənəl büdcəsindən maliələşir. Yapdığı bütün işlərin hesabatını YQ və
onun aracılığıyla qurultaya rapor edir.
9.5. Qurtuluşun bölgə, ölkə, şəhər və bütün təşkilatçılıq strategiyasını (Quzey
Azərbaycan, Güney Azərbaycan və Türkiyə Cümhuriyyətləri dışında) oluşdurur.
9.6. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin bölümlərı özəl şərtlərə bağlı olduğu
üçün bir başa GAQP Başqanlık Katibliyinə hesabat verir və strategiya bəlirləyir.
9.7. Qurtuluşun iç düzənini ələ almaq üçün qurum bölmələrinin iç düzüyünü tələb və
təsdiq edir.
10. Qurtuluşun Yayım və İlətişim Bölümü
10.1. Qurtuluşun internet, təbliğat, ilətişim və yayım işlərini üstələnir. Bölümün geniş
alanlı olduğu üçün özgün qollar yaradır.
10.2. Bölüm içi qolların eşid, özgün və bir-birilə uyğun çalışması olduqca gərəklidir. Hər
gün yeni boyudlar alaraq, genişlənən sanal dünya kallektiv çalışmalar tələb edir.
10.3. Bölüm içrə çalışmaların təhlükəsizliyini göz önünə alaraq, savunma qrupu
yaradır.
10.4. Qurtuluş, adına Lobbi və diaspora çalışmalarında bulunur. Bu yöndə ölkəmizin
gərçəklərini uluslararası insan haqları orqanlarına ötürür.
10.5. Qurtuluşun milli strateji planlarını evrənsəl alanda yaymaq amacıyla tele-radio və
çeşidli internet alanları yaradır.
9
10.6. Qurtuluşun gənəl mali qaynaqlarından yararlanır. Yönətim Qurulu və YQ
aracılığıyla qurultay qarşısında sorumluluq daşır.
11. Qurtuluşun İnformatik və Araşdırmalar Bölümü
11.1. Bu bölüm, Qurtuluşun bilimsəl və stratejik araşdırmalarını üstələnir. Bu bağlamda
bölüm içi işçi quruplar yaradır.
11.2. Türk Dünyası və Azərbaycanın ulusal kimliyini, tarixini, dilini, gündəmini araşdırır.
11.3. Qurumun gələcək planlarını və milli-siyasi yönlərini araşdırır, ölkə, bölgə və
kürəsəl gəlişmələri an-ba-an incəlir.
11.4. Ulusumuzun aydın yaşamını qaranti altına alacaq dövlət proqramları üzərində
çalışmalar aparır. Bu qonular üzrə bilgiləndirmə və təbliğat üzrə bültənlər yayır.
11.5. Başqa qardaş təşkilatlar ilə ortaq iş planları irəli sürür və bu haqda gərəkən
görüşlərin necəliyini sağlayır.
11.6. Qurtuluşun gənəl mali qaynaqlarından yararlanır. Yönətim Qurulu və YQ
aracılığıyla qurultay qarşısında sorumluluq daşır.
12. Qurtuluşun Finans və Ekonomi Bölümü
12.1. Qurtuluşun amacları, görüşləri və eyləmlərinin finans edilməsi qurumun Finans
və Ekonomi Bölümünün görəvidir.
12.2. Qurtuluşun ilk mali qaynağı olan üyəlik haqının toplanması və finans edilməsi bu
bölümün üzərindədir.
12.3. Finans və Ekonomi gəlir qaynaqlarının araşdırılması, fond işlərilə yaxından
ilişkidə olması bölümün ən önəmli görəvi sayılır.
12.4. Qurtuluşun gənəl mali qaynaqlarından yararlanır. Yönətim Qurulu və YQ
aracılığıyla qurultay qarşısında sorumluluq daşır..
13. Qurtuluşun Dil, Kültür, Tarix və Toplum Bölümü
13.1. Harda yaşamasından asılı olmayaraq ulusumuzun bir ad altında toparlanmasının
ən önəmli özüldaşı dil və kültürdür.
13.2. Dil, Kültür və Tarix işığında aydınlaşan bir toplumun varlığı tökənməzdir!
13.3. Qurtuluşun ən gərəkən işlərindən sayılan Dil, Kültür, Tarix və Toplum Bölümü
(QDKTTB) panfarsizmin milli əritmə stratejinin çürütülməsi üçün ən kəskin görə
üstələnir.
13.4. İran adlanan yerdə və dışarıda geniş alanda çeşidli dərnəklərin yaranması ulusal
amacımıza yöntəm verəcək ən doğru yoldur. Bu qonuda QDKTTB-nin ən böyük
işlərindən biri bu dərnəklərlə sürəkli ilişki qurmasıdır.
10
13.5. Bölüm, Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
14. Qurtuluşun Siyasi Bölümü
14.1. Siyasi Bölüm, Qurtuluşun gündəm güzgüsüdür. Bu bölüm, Qurtuluşun
gündəminin həyata keçirməsini üstələnir.
14.2. Qurtuluşun başqa bölümlərinin siyasal gündəminin dinamikasını oluşdurur.
14.3. Qurtuluşun Siyasi Bölümünün başqa önəmli görəvi Güneyin milli-siyasi
gündəmini dünyada əks etdirməkdir.
14.4. Qurtuluşun Siyasi Bölümünün yöntəmləri ilə bağlı çeşidli qollar yaranır. Ancaq,
yaranan qolların YQ onayı ilə olması gərəkir.
14.5. Başqa bölümlər kimi, siyasi bölüm də YQ aracılığıyla qurultay qarşısında
sorumluluq daşır.
14.6. Qurtuluşun politik sorumlusu olan bu bölümün başçısı özəl durumlarda GAQP
başqanının siyasi vəkili kimi görəv daşıyır.
14.7. Bölüm, Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
15. Qurtuluşun Uluslararası İlişkilər Bölümü
15.1. Qurtuluşun Uluslararası İlişkilər Bölümü, Partiyasın evrənsəl ilişkilərini üstələnir.
Bu bölüm, Qurtuluşun kürəsəl genişlənməsi üçün proqramlar sunur, sorumluluq daşır.
15.2. Qurtuluş Başqanının hər hansı nədənlə uluslararası ilişkilərdə olmaması
durumda, Uluslararası İlişkilər Bölümü başçısı başqan vəkili görəvini daşır.
15.3. Qurtuluş başqanının istəyi və Yönətim Qurulunun onayı ilə Uluslararası İlişkilər
başçısı tək başına və ya seçilən heyətlə birlikdə uluslararası görüşlərdə GAQP-ni
təmsil edir.
15.4. Daha geniş işləm üçün bölüm içi işçi qurumlar yaradır. Yönətim Qurulunun onayı
ilə bölüm içi görəvlilər seçir.
15.5. Bölüm, Qurtuluş tərəfindən maliləşir, Yönətim Qurulu və YQ aracılığıyla qurultaya
hesabat verir.
16. Qurtuluşun Gənclik və Sport Bölümü
16.1. Şübhəsiz ki, gənclik və sport toplumlar içindən bir-birindən ayrılmayan obyektiv
və sübyektiv bütünlükdür.
16.2. Spor bütün alanlarıyla bir toplumun şənliyinin, sağlamlığının, dayanışmasının,
yüksəlişinin və tək anlamıyla milli və evrənsəl tablosunun görüntüsüdür.
11
16.3. Farsçı şuubi rejimin gənçliyə qarşı ən yıxıcı silahlarından biri uyuşdurucu
maddədir. Rejim, olduqca bu silah üzərində çalışqandır. Qurtuluşun ən önəmli
işlərindən biri Azərbaycan Türk gəncliyini rejimin bu duzağından uzaq tutmasıdır. Bu
bağlamda “sporta alqış, bağımlığa qarqış” sloqanı sport alanlarında səslənilməli,
yazılmalıdır.
16.4. Qurtuluşun Gənclik və Sport Bölümü (QGSB), Azərbaycanın güneyində gedən
bütün sport dallarında hazır olmalı və milli etki yaratmalıdır.
16.5. Farsçı rejimin Azərbaycana qarşı geniş alanlı siyasal, ekomomi və toplumsal
ayrı-seçkilik stratejisinə baxmayaraq, Türk gənci böyük ölçüdə İİC-nin yıxıçı və ölümcül
sistemi qarşısında sağlam varlığını sürməkdədir. Fars sistemi, bütün gücü ilə sağlam
yaşamı Azərbaycan toplumundan çalmağa çalışır. Bölüm bu alanda çox diqqətli
olmalıdır.
16.6. Hər türkün ürəyində umud çırağı olan “Traxtur Futbol Takımı”nın milyonluq
sıralarında GAQP-a üyə və ya sempatik bağlantısı olan gəncliyimizin fəal olması milli
savaş anlamı daşıyır.
16.7. Qurtuluşun Gənclik və İdman Bölümü, bütün bölümlər kimi Qurtuluşun tərəfindən
maliyələşir, fəaliyyət raporunu YQ – na verir və YQ aracılığıyla qurultaya sunur.
17. Qurtuluşun Təhlükəsizlik Üzrə Özəl Blölümü
17.1. Qurtuluşun gündən-günə böyüməsi başlıca amac sayılır. Bu qapsamda
böyüməklə birlikdə güvənlik qonusu da olduqca önəm daşıyır.
17.2. Sözsüz ki, uluslararası sanal dünyada təhlükədən uzaq qalmaq çətin işdir. Bu
bağlamda GAQP-in sağlam qalması, özəlliklə farsçı rejimin təhlükəsindən uzaq
tutulması üçün sürəkli izləyiş və axtarış gərəkir.
17.3. Titiz davranış, təhlükəli nöqtələri kor etmək bu bölümün hər an hərəkətdə
olmasını tələb edir.
17.4. Qurtuluşun Təhlükəsizlik Üzrə Özəl Blölümü, hər hansı yalnış gedişatı GAQP
Başqanıyla paylaşır. Başqan isə həmin raporu incələmək üçün gərəkən işləmləri irəli
sürür.
17.5. Bölüm, Qurtuluşun gənəl büdcəsindən yararlanır. Özəl raporunu Başqana sunur.
18. Güney Azərbaycan Qurtuluş Partiyasının Sözçüsü
18.1. Güney Azərbaycan Qurtuluş Partiyası Sözçüsü, Başqan tərəfindən önərilir və
YQ-də onaylanandan sonra görəvə başlayır.
18.2. Qurtuluşun Sözçüsü, YQ-in işlərini yaxından izləyir, Partiyanın rəsmi baxışlarını
doğru biçimdə dünya mediasına ötürür.
12
18.3. Qurtuluşun media işlərində yaxından əməkdaşlıq edir, həmin mərkəzdən
qurumun rəsmi bilgilərini yayımlayır.
18.4. Başqanın istəyi və YQ- onayı ilə toplantılarda, görüşlərdə GAQP-i təmsil edir.
18.5. Qurtuluşun Başqanının istəyi üzrə, onunla birlikdə rəsmi görüşlərdə iştirak edir,
gərəkən bilgilər paylaşır.
18.6. Güney Azərbaycan Qurtuluş Patiyası Sözçüsünün mali ehtiyacları qurumun
büdcəsindən təmin edilir.
18.7. Güney Azərbaycan Qurtuluş Partiyası Sözçüsü, Başqanın istəyi, YQ-nin onayı
ilə iki qurultay arası üçün sözçü seçilir.
19. Güney Azərbaycan Qurtuluş Partiyasının Müavinləri, Müşavirləri və Katibliyi
19.1. Başqan, Yönətim Qurulu tərkibindən özünə yardımçılar (1.ci müavin və
müavinlər)- müşavirlər seçir, Katiblik qurur.
19.2. Başqan, atanan görəvlər üçün YQ-yə baş vurur. YQ-nin sadə səs çoxunluğu ilə
müavinlərini və müşavirlərini görəvləndirir.
19.3. Başqanın olmadığı özəl durumlarda, 1- ci müavin qurultayadək onun işlərini irəli
sürür və GAQP-yə rəhbərlik edir.
19.4. Başqan, bütün durumlarda öz müavinləri və müşavirlərilə koordinasiya
toplantıları qurur, toplantıların sonucunu YQ-yə rapor edir.
19.5. Başqan, çevik hərəkət yaratmaq üçün GAQP-nın başkanlıq katibliyini yaradır.
Onun işlərinə nəzarət edir.
20. Güney Azərbaycan Qurtuluş Partiyasının Başqanı
20.1. Qurtuluşun ulusal çıxarlarının gənəl təmsilçisi, baş danışmanı Başqandır.
20.2. Qurtuluşun adından toplantılara, eyləmlərə, göstərilərə və çeşidli etkinliklərə
qatılır.
20.3. Qurtuluşun toplantılarını yönləndirir. Bölmələrin çalışmasını yaxından izləyir.
Qurum içrə gərəkli dəyişikliklərin müzakirəsini açır.
20.4. GAQP-nın daha effektiv olması üçün özünə yardımçılar, müşavinlər seçir, katiblik
yaradır və onay üçün YQ-ə sunur.
20.5. Qurtuluşun ayaqlanması yolunda həqiqi və hüquqi şəxslərlə ilgiyə keçir və ilgili
qurumlarla işgüzar görüşlər keçirir.
20.6. GAQP Başqanı, qurultayda seçilir. İki qurultay arası qurumun gənəl başqanı
olaraq sorumluluq daşır.
13
20.7. Yönətim Qurulunda olan çatışmazlıqların qaynağını aradan qaldırmaq üçün olan
üstü qurultay çağırır.
20.8. Xətalı gördüyü YQ üyəsinin işdən alınması və ya qurultaya qədər görəvindən
uzaqlaşdırılmasını YQ-ə bildirir.
20.9. Başqan, GAQP-nın qurultayını açır. Qurtuluşun iki qurultay arası gənəl raporunu
sunur, soruları yanıtlayır. Yeni Yönətim Qurulu seçkisi üçün varolan YQ-nin işdən azad
olmasını istəyir. Qurultayın sürməsini qurultayda seçilən Qurultay Divanına tapşırır.
20.10. Başqanın Yönətim Qurulu dışında gizli iş yönətməsi kəsinliklə olumsuz
sonuclara yol açabilər. Belə olan halda, YQ-nin ¾ oy çoxunluğu ilə Başqanın
soruşdurması başlayır. Sonuc olumsuz olursa, sadə səs çoxluğu ilə Başqan görəvini
gələn qurultaya qədər “Başqanın 1-ci yardımçısına”(müavini) tapşırılır.
20.11. Hər hansı nədənlə, iki qurultay arası Başqan görəvi boş qalarsa, Başqanın 1-ci
yardımçısı başqan vəkili hökmü ilə keçici olaraq GAQP-yə liderlik edir. Bu görəv, YQ
nin sadə səs çoxunluğu ilə növbəti qurultaya qədər rəsmiləşir.
21. Qurtuluşun Qapanması
21.1. Qurultayın ¾ səs çoxunluğu ilə Qurtuluş, öz işinə son verir.
21.2. Qurtuluşun sonlanma sürəci qurultayda seçilən 3 nəfərlik Qapatma Qrupuna
tapışırılır.
21.3. Qurtuluşun daşınar-daşınmaz varlıqlarının həlli Qapatma Qurumunun insiativinə
verilir.
21.4. Qurtuluşun rəsmi ləğvindən sonra kimsə onun qapadılması üzündən suçlu və ya
sorumlu tutulmur.
21.5. Qurtuluşun qapanışından sonra, yenidən canlanması təqibsiz, manesiz və
olumlu sayılır. Hər hansı eski yönətim qurulu üzvünün bu qapsamda etiraz etməyə
haqqı yoxdur.
“GÜNEY AZƏRBAYCAN İSTİQLALI”, “BÜTÖV AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ”,
“TURAN EVİ” YOLUNDA İRƏLİ!
Güney Azərbaycan Qurtuluş Partiyası-Yönətim Qurulu
İlk onay 2022/10/01
Son redaktə onayı 2025/03/31