By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 
Bildirilər
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı
General
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj
General
Moskva rejiminin Azərbaycan Türklərinə qarşı son cinayətləri ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər

Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı

Son Yeniləmə: 2025/07/24 at 3:40 Səhər
Milli Qurtuluş
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

İsrail ilə İran İslam rejiminin 12 günlük savaşından sonra, xüsusilə də son günlərdə istər İran İslam rejiminin güc mərkəzlərini əhatəsinə almış, istərsə də özünü rejim müxalifəti adlandıran Fars irqçilərinin Azərbaycana qarşı media və siyasi hücumları maksimum həddə çatmış və birmənalı hal almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və digər dövlət rəsmiləri bir çox dəfə açıq şəkildə bu ittihamları rədd edərək Azərbaycan ərazisi və havasından İrana qarşı heç bir təhdid olmadığı açıqlamalarına baxmayaraq, hər gün Fars yönlü mediada Azərbaycan Cümhuriyyətinə qarşı əsassız və yalan iddiaların səsləndirilməyə davam etməkdədir.
Eyni şəkildə Güney Azərbaycanın Milli Hərəkatının təşkilatları və mediaları dəfələrlə vurğulayıblar ki, Güney Azərbaycan və İranın müxtəlif bölgələrində yaşayan Türk milləti bu savaşın bir tərəfi deyil və bu savaş İran İslam rejimi tərəfindən millətimizə təhmil edilib. Necə ki, bu savaşın çıxmasının əsas səbəbkarı da bütün beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış bir dövləti yox etmək istəyən, bütün dünyaya terror şəbəkələri yayan və İranda yaşayan bütün millətlərə zülm edən İran terror rejiminin özüdür.
Amma nə yazıq ki, görürük bu rejim və ümumilikdə Fars şovenistləri yalnız Quzey Azərbaycana deyil, eyni zamanda Güney Azərbaycanda mövcud olan siyasi qüvvələrə də hücum etməkdə və onları sıradan çıxarmağa çalışmaqda davam edirlər. Necə ki, son günlərdə yenidən Güney Azərbaycanlı Türk fəallar rejim qüvvələri tərəfindən həbs olunmaqda və rejimin saxta məhkəmələri tərəfindən ağır cəzalara məhkum edilməkdədirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, İranın həm rejim hakimiyyətində, həm də müxalifətində olan Fars irqçiləri Azərbaycanı və ümumilikdə Türk millətini bütövlükdə özlərinə rəqib, hətta düşmən kimi görməkdə və bu yöndə davranmaqdadırlar.
Son iki ildə bütün mövqelərini bir-bir itirən və 12 günlük savaşla faktiki olaraq məğlub olan İran İslam rejimi artıq İsrail–ABŞ–AB ittifaqına qarşı durmaq gücündə olmadığını görür və digər tərəfdən, müttəfiq saydığı ölkələrdən də gözlədiyi dəstəyi ala bilmədiyinə görə hər zaman olduğu kimi, yenə də gücü çata biləcək hədəflər axtarır. Əgər rejim Azərbaycana və Türk millətinə bu gözlə baxırsa, bu, onun həyatındakı ən böyük səhv olacaqdır. Artıq bütün dünya bilir ki, nə Quzey Azərbaycanı, nə də Güney Azərbaycan 1990-cı illərin Azərbaycanı deyildir. Bu gün dünyada tamam başqa bir Azərbaycan Türk milləti reallığı və əlbəttə Türk dünyası həqiqəti vardır.
Biz, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına üzv olan bütün qurumlar olaraq, İran İslam rejiminə xəbərdarlıq edirik ki, istər Zəngəzur dəhlizi, istərsə də 12 günlük savaşla bağlı əsassız iddiaları bəhanə edərək Azərbaycan Respublikasına qarşı hər hansı bir təxribata əl atarsa, Qarabağ Savaşında olduğu kimi, Güney Azərbaycan və İranın bütün Türk əsilli vətəndaşlarının kəskin reaksiyası ilə qarşılaşacaqdır. Eləcə də mövcud durumdan yararlanaraq əsassız ittihamlarla Güney Azərbaycanın siyasi qüvvələrini sıradan çıxarmağa və Azərbaycan Milli Hərəkatına divan tutmağa cəhd edərsə, yenə kəskin cavabını Türk millətindən alacaqdır.
 
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlətçilik Şurası – MDŞ
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
 
 

You Might Also Like

TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 

Moskva rejiminin Azərbaycan Türklərinə qarşı son cinayətləri ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı

XALQA MÜRACİƏT

İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi

TRAXTOR ŞAMPİYON OLDU!

Milli Qurtuluş İyul 24, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər İyul 24, 2025
TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 
Bildirilər İyul 16, 2025
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı
General İyul 8, 2025
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj
General İyul 7, 2025

Son Əlavələr

Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 
Bildirilər

Son Videolar

Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər
TRT, KİMƏ QARDAŞ, KİMƏ YANDAŞ? 
Bildirilər
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?