By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər
Urmu Səni Səsləyir
Siyasət
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı
Bildirilər
Azərbaycanın Dövlət Suverenliyi Günü İlə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının bildirişi
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Bildirilər

Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

 

 

Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair

Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı

Böyük Azərbaycan Türk Millətinə,
30 illik həsrətdən, ağrıdan, mübarizədən və ədalətsizlikdən sonra, Azərbaycan Respublikasının rəşadətli Ordusu və xalqının iradəsi sayəsində ikinci Qarabağ savaşı ilə başlayan zəfər yürüşü bu gün tarixi bir məqamla taclanmışdır. İkinci Qarabağ savaşının ardından baş verən bu tarixi dönüş, nəinki Azərbaycanın, həm də bütün Türk dünyasının qürur mənbəyidir.
Dünən, ABŞ-da hər iki dövlət başçısının, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə imzalanan sülh sazişi, yalnız iki dövlət arasında deyil, bütün Türk Dünyası üçün yeni bir dövrün başlanğıcını müjdələyir və bölgədə sabitliyin və davamlı inkişafın təməlini qoyur. Bu anlaşma, illərlə davam edən gərginliyin diplomatik yolla həllinə doğru atılmış mühüm bir addımdır.
Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, bu müqəddəs yolda canını, qanını, gəncliyini və ümidlərini fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Qazilərimizə sonsuz minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının dövlətinə, ordusuna və xalqına bu tarixi uğur münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Günüy Azərbaycan Qurtuluş Partiyası olaraq bu sülh sazişini alqışlayır və yni zamanda, bu tarixi sazişin gerçəkləşməsində göstərdiyi təşəbbüs və vasitəçilik roluna görə ABŞ Prezidenti cənab Donald Trampa dərin təşəkkürümüzü bildiririk. Onun bu prosesə verdiyi dəstək, bölgədə sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasını və qorunmasını təmin edən bu addımı yüksək qiymətləndiririk. Biz inanırıq ki, bu razılaşma yalnız siyasi deyil, həm də mənəvi bir zəfərdir. Türk millətinin birliyinə, gücünə və haqq yolunda mübarizəsinə verilmiş bir dəyərdir.
Biz inanırıq ki, bu sülh sazişi yalnız sərhədlərdə deyil, könüllərdə də qardaşlıq və əməkdaşlıq körpüləri quracaq, bu münasibətlə, başda Azərbaycan Türk Milləti olmaqla, bütün Türk dünyasını təbrik edir, Böyük Azərbaycan idealına gedən yolda mühüm bir mərhələ olacaqdır və bu yolda atılan hər addımda birliyimizin və qardaşlığımızın daha da möhkəmlənəcəyinə inanırıq.
Böyük Azərbaycan Türk Millətinin hər iki tayını bir-birinə bağlayan milli yaddaş və tarixi ədalət bu gün bir daha təsdiq olundu: Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaqdır.
Uca Tanrı Böyük Azərbaycan Türk Millətini daim qorusun!
Qoy bu sülh, gələcək nəsillərə sabitlik, rifah və qürur gətirsin.
Qoy Böyük Azərbaycan ideyası gerçəyə çevrilsin.
Ən yüksək ehtiramla,

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Siyasi bölüm başqanı: BalaTürk
09.08.2025

You Might Also Like

Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı

Azərbaycanın Dövlət Suverenliyi Günü İlə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının bildirişi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Açıq Müraciəti

GAQP Avqust 11, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
Növbəti Məqalə Super Çempion Azərbaycanın Traxtoru

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər Sentyabr 28, 2025
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər Sentyabr 27, 2025
Urmu Səni Səsləyir
Siyasət Sentyabr 25, 2025
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Məktəblərin Açılış Günü İlə Bağlı Bəyanatı
Bildirilər Sentyabr 22, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?