Güney Azərbaycan Qurtuluş Partiyasının
Əliəkbər Vilayətinin müdaxiləçi bəyanatına cavabı
İran İslam Respublikasının Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayətinin Avropa ravvinlərinin (xaxamları) konfransına ev sahibliyi edən Azərbaycan Respublikasına qarşı səsləndirdiyi son bəyanatlar nəinki müasir siyasi məntiqdən uzaqdır, hətta bir daha göstərir ki, Tehran rejimi Azərbaycanın milli suverenliyinə və müstəqil siyasətilərinə qarşı köhnəlmiş, müdaxiləçi və geriyə dönük baxışını davam etdirir. Tehran faşist molla rejimi, Bakının hər bir müsbət diplomatik addımını isə özünə təhdid kimi qəbul edir.
Vilayəti, İranın son dörd onillik ərzində ekspansionist və böhran yaradan xarici siyasətinin əsas və baş memarlarından biri olaraq, yenə də köhnəlmiş ideoloji və irticaçı dil ilə mədəni-dini bir tədbiri “təxribat layihəsi” kimi təqdim etməyə çalışır və bölgədə dinlərarası sülh və mədəni diplomatiyanın inkişafına mane olmaq istəyir. O, Avropa yəhudi liderlərinin Bakıda toplaşmasını “xətt pozuntusu” və “şiə mənafeyinə zidd” adlandırır. Halbuki Azərbaycan Respublikası, əhalisinin əksəriyyəti şiə olmasına baxmayaraq, illərdir dinlərarası tolerantlıq, məzhəb müxtəlifliynə hörmətin və qlobal cəmiyyətlə konstruktiv əməkdaşlıq sahəsində uğurlu modelini dün yaya təqdim etmişdir.
• Bu bəyanatlar Azərbaycanın mədəni və diplomatik siyasətinə açıq müdaxilədir. Azərbaycan dövləti öz müstəqilliyini qətiyyətlə qoruyur və xarici siyasətini öz milli və strateji maraqları əsasında müəyyən edir, heç bir ideoloji diktəyə boyun əymir və heç bir güc tərəfindən təhqir və təhdidə məruz qalmağa icazə verməz.
• Vilayəti dini anlayışları öz məqsədlərinə uyğunlaşdıraraq şiəliyi Tehranın inhisarçı siyasətinin xidmətinə vermək istəyir. Halbuki Azərbaycanda şiəlik dözümlülük, ağıl və dinlərə hörmət prinsipləri üzərində qurulmuş, insani və qlobal bir sima qazanmışdır.
• Dinlər və məzhəblər üzrə beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycanın diplomatik və mədəni yetkinliyinin göstəricisidir və tam əksinə, Tehran rejiminin qapalı, monopolist və gərginlik yaradan siyasətinin iflasdır.
• Şiəliyi müdafiə etdiyini iddia edən bir rejim, illərdir Güney Azərbaycanın şiə türklərinə, azadlıqsevər düşüncələrə və öz xalqının insan haqlarına qarşı ən sərt repressiyaları həyata keçirir, bu iddia yalnız siyasi riyakarlıqdan başqa bir şey deyil.
• Vilayətinin Türklərə qarşı düşmən mövqeyi və Azərbaycan millətini təhqir edən çıxışları heç kimə sirr deyil. Onun bu son açıqlamaları da həmin düşüncə xəttinin davamıdır ki, Türk xalqlarının mədəni və siyasi müstəqilliyini hədəfə alır.
• Azərbaycan Respublikası bu cür təşəbbüslərlə dünyaya göstərir ki, dinlər, mədəniyyətlər və xalqlar arasında körpü rolunu oynaya bilər. Məhz bu məqamdan Tehran rejiminin qorxduğu nöqtədir, çünki Bakının azad və açıq dünyagörüşü, İranın qapalı ideoloji modelini iflasa uğratmışdır.
Güney Azərbaycan Qurtuluş Partiyasının açıq şəkildə bildirir ki:
➢ Vilayətinin sözləri, bölgə siyasətinə realist analiz deyil, təcrid olunmuş bir rejimin qorxusu və uğursuzluğunun göstəricisidir.
➢ Biz Azərbaycan Respublikasının beynəlxalq arenada müstəqil, müasir və çoxtərəfli siyasətini tam şəkildə dəstəkləyirik.
➢ İran rejimi bilməlidir ki, xalqlar üzərində “vasilik dövrü” bitmişdir. Azərbaycan heç vaxt Tehranın müdaxiləçi siyasətinə boyun əyməyəcək.
Güney Azərbaycan Qurtuluş Partiyası, fəxrlə bildirir ki, biz Azərbaycan Respublikasının və Prezident İlham Əliyevin dini diplomatiya, dinlərarası sülh və yanaşı yaşaması və qlobal cəmiyyətlə əməkdaşlıq sahəsindəki siyasətini qürurla dəstəkləyir. Avropa ravvinlərinin (xaxamları) konfransına ev sahibliyi etmək, Bakının siyasi və mədəni yetkinliyinin göstəricisi olmaqla yanaşı, bölgədə dini ekstremizmə və ideoloji monopoliyaya verilmiş güclü cavabdır.
Azərbaycan Respublikası bu addımı ilə bir daha sübut etdi ki, müasir Türk sivilizasiyasının qurulması yolunda Şərqlə Qərbin, İslamla Yəhudiliyin, ənənə ilə modernliyin arasında körpü rolunu uğurla yerinə yetirir.
Güney Azərbaycan Qurtuluş Partiyası xəbərdarlıq edir ki, Azərbaycan milləti heç vaxt heç bir xarici şəxs və ya qurumun təhdid və təhqir dili ilə onun mədəni və siyasi müstəqilliyini sual altına almasına imkan verməyəcək. Biz hər cür istismarçı və təhqiramiz baxışa qarşı güclü şəkildə dayanırıq və Azərbaycan Respublikasının müasir, insani və qlobal siyasətini tam şəkildə dəstəkləyirik.
Bu gün Bakı dinlərin və məzhəblərin dinc və birgəyaşayış paytaxtıdır, Tehran isə İslam dünyasında repressiya, ayrı-seçkilik və böhranın simvoluna çevrilmişdir. Bu tarixi fərq, Vilayəti və onun kimilərin bütün iddialarına verilmiş praktik və sarsıdıcı cavabdır.
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Siyasi bölüm başqanı: Əli Eşqi BalaTürk
15.09.2025