By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Milli Hökumətinin 80-ci ildönümü ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Bildirişi
Paylaşın
Bildiriş
Son Xəbərlər
ustad Heydər Abbasi (Barışmaz) vəfatı ilə bağlı başsağlığı
Bildirilər Ədəbiyyat və Mədəniyyət
İsa Nəzərinin vəfatı ilə bağlı başsağlığı
Bildirilər
İran İslam Respublikasının həbsində olan Güney Azərbaycan siyasi-mülki fəalları və məhbuslarının həyatı təhlükə altındadır
Bildirilər
Sayıan Mehmet Seman Ağa Kərkük Şəhərinin Valisi Seçildi
Siyasət
İTB TV-NİN İŞƏ BAŞLAMASI UĞURLU OLSUN
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan Milli Hökumətinin 80-ci ildönümü ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Bildirişi
Bildirilər

Güney Azərbaycan Milli Hökumətinin 80-ci ildönümü ilə bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Bildirişi

GAQP
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

Azadlıq, Ədalət, Milli Hökümət
(İSTİQLAL)

Güney Azərbaycan Milli Höküməti Baş Naziri
(1945-1946)

Milli Şəhid Cəfər Pişevəri

Güney Azərbaycan Milli Hökumətinin 80-ci ildönümü ilə bağlı
Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Bildirişi

21 Azər Güney Azərbaycan türklərinin milli yaddaşı, qurtuluş iradəsi və dövlətçilik düşüncəsinin təməl günüdür. Bu gün xalqımıza xatırladır ki, milli kimliyə sahib çıxmaq, birlikdə olmaq, səhvlərdən uzaq durmaq və başqalarının evinə işıq olmaq yerinə, öz evinə sahib çıxmaq lazımdır. Paniranist-fars rejiminin mərkəzçi və şuubi siyasəti yalnız milli birliyimiz və Türk varlığımıza söykənən iradəmizlə aşılacaqdır.

Yaxın Şərqdə baş verən ciddi siyasi dəyişikliklər İran adlanan məmləkətin fars-şüubi rejiminin zəifləməsinə gətirib çıxarmışdır. HƏMAS, Hizbullah, Həşdi Şəbi, Husilər, PKK, Hüseyniyyun və Fatimiyyun kimi rejimin regional alətləri artıq əvvəlki kimi təsir gücünə malik deyil. ABŞ-ın bölgədə həyata keçirdiyi yeni stratejisi İsrailin möhkəmlənməsilə yanaşı regional nizamın yenidən formalaşmasını ön görür. Bu proseslərin fonunda Güney Azərbaycanın geosiyasi əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır.

Bu il Güney Azərbaycan üçün əsas vəzifə vahid milli iradə ətrafında birləşərək azadlıq, ədalət və milli hökumət idealına doğru daha möhkəm addımlamaqdır. İran müstəmləkə sistemindən xilas olmaq yalnız ümummilli səfərbərlik, bir səslilik və birləşmiş iradə ilə mümkün olacaqdır. Bu gün azadlıq uğrunda fədakarlıq edən gənclərimiz millətimizin gələcəyinin təminatçılarıdır və onların mübarizəsi bütün xalqımıza nümunədir. Xalqımızın qarşısında duran əsas vəzifə kimlik savaşının tamamlanmasıdır. “İranlılıq” adı altında tətbiq edilən süni kimlik uydurmasının dağıdılması və Güney Azərbaycan türklərinin öz təbii kimliyinə qayıdışı tarixi zərurətdir. Azad millətlər insanlığın əsas sütunlarıdır və Güney Azərbaycan da bu sütunlardan biri olmalıdır.

21 azərin ruhu bizdən aşağıdakı addımları tələb edir:

  1. Bütün milli-siyasi təşkilatların və qurumların, ideoloji fərqlərindən asılı olmayaraq, vahid milli proqram ətrafında birləşdirilməsi. Bu proqramın əsas şüarı Azadlıq, Ədalət və Milli hökumət olmalıdır. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) platformasının Güney Azərbaycan Milli Hərəkatında oynadığı birləşdirici rolun gücləndirilməsi çox önəmlidir. Bu təşəbbüs Milli Hərəkatın canına yeni nəfəs gətirmiş, milli birliyin genişlənməsi istiqamətində mühüm addım olmuşdur.
  2. İran rejiminin qaçılmaz süqutuna siyasi, təşkilati və strateji hazırlığın gücləndirilməsi. Post–rejim dövrü üçün yol xəritəsi yalnız eyni taleyi yaşayan digər millətlərlə əməkdaşlıq yolu ilə möhkəmlənə bilər. Strateji hədəf çoxmillətli İran dövlətinin dağılması və əsarət altındakı millətlərin müstəqilliyidir.
  3. Urmu Gölünün bərpası, Azərbaycanın mədənlərinin talanının dayandırılması, iqtisadi-sosial çətinliklərin aradan qaldırılması və gənclərin milli bölgələrdən məcburi köçünün qarşısının alınması yalnız milli qurtuluş və milli dövlətçiliklə mümkün olacaqdır.
  4. İran zindanlarında azadlıq və milli kimlik uğrunda dirəniş göstərən milli mücahidlərimizin fədakarlığının dəstəklənməsi.
    Onlar milli mübarizənin şərəf sütunlarıdır və adları tarixin yaddaşında əbədi yaşayacaqdır.
  5. Güney Azərbaycan Milli Fondunun qurulması. Milli Hərəkatın davamlılığı, institusionallığı və strateji inkişafı üçün bu Fondun yaradılması vacibdir. Milli Fond olmadan siyasi mübarizənin uzunmüddətli davamı çətinləşir.
  6. Güclü, geniş və etibarlı milli medianın formalaşdırılması. Güney Azərbaycan hələ də dünya miqyasında yetərli informasiya resurslarına sahib deyil və bu vəziyyət mübarizənin dəstəksiz qalmasına səbəb olur. Bu boşluğu yalnız milli media ilə doldurmaq mümkündür.

Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, yuxarıdakı prinsiplərin hamısını qəbul edir və bütün milli quruluşları, siyasi, mədəni mübarizlər qeyd-şərtsiz dialoqa dəvət edirik.
Bu bildirini Güney Azərbaycan Türk gəncnin ağızında dolaşa anlamlı şüarlar sonlandırırıq:

Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan!

Sən desən öl, ölərəm mən, sən yaşa Azərbaycan!

Güney Azərbaycan Milli Hökumətinin şəhidlərinin xatirəsi əbədi olsun.

Güney Azərbaycan Qurtuluş Partiyası
(GAQP) 10 dekabr 2025

 

You Might Also Like

ustad Heydər Abbasi (Barışmaz) vəfatı ilə bağlı başsağlığı

İsa Nəzərinin vəfatı ilə bağlı başsağlığı

İran İslam Respublikasının həbsində olan Güney Azərbaycan siyasi-mülki fəalları və məhbuslarının həyatı təhlükə altındadır

TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA

TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!

GAQP Dekabr 11, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Kimlik (höviyet) – Siamək Mirzayi
Növbəti Məqalə Əkbər Azad: Rica olunur Güney Azərbaycan siyasi dustaqları öz aclıq etisablarına son qoysunlar.

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

ustad Heydər Abbasi (Barışmaz) vəfatı ilə bağlı başsağlığı
Bildirilər Ədəbiyyat və Mədəniyyət May 1, 2026
İsa Nəzərinin vəfatı ilə bağlı başsağlığı
Bildirilər May 1, 2026
İran İslam Respublikasının həbsində olan Güney Azərbaycan siyasi-mülki fəalları və məhbuslarının həyatı təhlükə altındadır
Bildirilər Aprel 19, 2026
Sayıan Mehmet Seman Ağa Kərkük Şəhərinin Valisi Seçildi
Siyasət Aprel 17, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?