By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət
Paylaşın
Bildiriş
Son Xəbərlər
Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət
Bildirilər
Bir Ananın Ağısı, Bir Millətin Etirafı. Gəncliyə Çağırış Manifesti – Aslan İsabəyli
Gənəl Gündəm
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti
Bildirilər
Güney Azərbaycanın Milli-Siyasi Təşkilatlarının Etirazlarla Bağlı Dəstək Bəyanatı
Bildirilər
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət
Bildirilər

Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

AZƏRBAYCAN PREZİDENTİ
Cənab İlham Əliyevə

Açıq Müraciət

Cənab Prezident,

İlk öncə icazə verin, Sizi 50 milyonluq Azərbaycan Türk Milləti və Dövləti adından qazandığınız dəyərli Ben Zaid Sülh Mükafatı münasibətilə səmimi-qəlbdən təbrik edək.

Bu gün Siz yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının dövlət başçısı kimi böyük və tarixi bir məsuliyyət daşıyırsınız. Bu məsuliyyət siyasi sərhədləri aşaraq, ortaq dil, tarix və milli kimlik əsasında birləşən 50 milyon soydaşımızın taleyini əhatə edir.

Son illərdə İran İslam Respublikası çərçivəsində Güney Azərbaycanda milli, siyasi, iqtisadi, ictimai və ekoloji sahələrdə son dərəcə dağıdıcı bir vəziyyət formalaşmışdır. Xüsusilə Urmu gölünün Tehran hökuməti tərəfindən qəsdən qurudulması bölgəmizi dərin bir böhrana sürükləmişdir. Rejim bölgənin həyat damarlarından biri olan bu ekosistemi məhv etmiş, nəticədə duz fırtınaları əkinçiliyə və heyvandarlığa ciddi zərər vurmuş, minlərlə yerli ailə məcburi köçə məruz qalmış, bölgənin demoqrafik tərkibinin dəyişməsinə zəmin yaradılmışdır.

Eyni zamanda, bölgənin təbii sərvətlərinin sistemli şəkildə istismar edilərək mərkəzə daşınması, yerli sənaye və kənd təsərrüfatının zəiflədilməsi, iqtisadi potensialın və əhalinin digər bölgələrə yönləndirilməsi prosesi davam etməkdədir. Nəticə etibarilə bu siyasət bölgənin sosial dayaqlarını sarsıdır. Bununla yanaşı, boşaldılan torpaqların kürd köçmənlərinə satılması gələcəkdə qarşısıalınmaz etnik gərginlik riskini artırır. Bu vəziyyətin əsas məsuliyyəti fars hakimiyyətinin üzərinə düşür.

Məlum olduğu kimi, Tehran rejiminin siyasəti bölgədə sabitlik yaratmaq deyil, idarə olunan xaos formalaşdırmaqla xarakterizə olunur. Son dövrlərdə İran daxilində baş verən kütləvi etirazlar, repressiyalar və ağır insan itkiləri vəziyyətin nə qədər kritik olduğunu bir daha nümayiş etdirmişdir.

Hörmətli Prezident,

Güney Azərbaycan Milli Hərəkatı dinc, demokratik və çağdaş dəyərlərə əsaslanan ümumxalq hərəkatıdır. Kütləvi xarakter daşımasına baxmayaraq, bu hərəkat beynəlxalq dəstəkdən məhrumdur. Repressiyalar və təzyiqlər fonunda milyonlarla soydaşımız yoxsulluq, işsizlik və hüquqsuzluq şəraitində yaşamağa məcbur edilir.

Bu çərçivədə əsas sual ondan ibarətdir ki, mümkün siyasi dəyişikliklər fonunda milyonlarla Güney Azərbaycanlının təhlükəsizliyi və hüquqları hansı mexanizmlərlə təmin olunacaqdır?

Gələcəkdə baş verə biləcək humanitar böhranların qarşısını almaq məqsədilə, Azərbaycan dövlətinin mövcud diplomatik münasibətlərinə xələl gətirmədən, aşağıdakı sahələr üzrə daha sistemli və insani dəstək mexanizmlərinin formalaşdırılmasını vacib hesab edirik:

  • Dövlət sərhədlərindən kənarda yaşayan soydaşlar üçün müstəqil televiziya kanalının yaradılması
  • Güney Azərbaycanın qərb bölgələrini təhdid edən silahlı terror qruplaşmalarının fəaliyyətinə regional təhlükə prizmasından yanaşılması
  • Mədəni, təhsil və akademik əlaqələrin genişləndirilməsi
  • Humanitar və sosial layihələrin inkişaf etdirilməsi
  • Fövqəladə hallarda Güney Azərbaycandan olan sərmayədarların, gənclərin və mütəxəssislərin Quzey Azərbaycana yönəlməsi üçün hüquqi və prosedur imkanların hazırlanması

Sözsüz ki, bu müraciət hər hansı dövlətin daxili işlərinə müdaxilə tələbi deyil, eyni millətin bir qolunun digər qoluna ünvanladığı tarixi, mənəvi və insani bir çağırışdır.

Hörmətlə,
Eldar Qaradağlı
Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Başqanı

22.01.2026

 

 

 

You Might Also Like

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti

Güney Azərbaycanın Milli-Siyasi Təşkilatlarının Etirazlarla Bağlı Dəstək Bəyanatı

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası – GATƏŞ-in son hadisələr və xalq etirazları ilə bağlı bəyanatı

31 Dekabr, Dünya Azərbaycan Türklərinin Birlik Günü və 2026-cı il Qutlu Olsun

GAQP Yanvar 22, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Bir Ananın Ağısı, Bir Millətin Etirafı. Gəncliyə Çağırış Manifesti – Aslan İsabəyli

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət
Bildirilər Yanvar 22, 2026
Bir Ananın Ağısı, Bir Millətin Etirafı. Gəncliyə Çağırış Manifesti – Aslan İsabəyli
Gənəl Gündəm Yanvar 20, 2026
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti
Bildirilər Yanvar 14, 2026
Güney Azərbaycanın Milli-Siyasi Təşkilatlarının Etirazlarla Bağlı Dəstək Bəyanatı
Bildirilər Yanvar 8, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?