By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət
GAQP Yönətim Qurulu Üzvü Sayın Elman Türkoğlunun Doğum Günü Münasibəti
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı
Bildirilər

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının

Xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı

İqtisadi təzyiqlərin artdığı, nəzarətsiz bahalaşmanın, genişmiqyaslı ticarət durğunluğunun və uğursuz iqtisadi siyasətlərin milyonlarla vətəndaşın həyatını böhran həddinə çatdırdığı bir şəraitdə, Güney Azərbaycanın vətəndaşları hər zamankından daha çox bu ağır və yıpradıcı durumun altında qalmışdır. İranın iflic olmuş iqtisadiyyatı insanların gündəlik dolanışığını ciddi şəkildə təhdid edir və cəmiyyətin geniş təbəqələrinin normal fəaliyyət imkanlarını əlindən almışdır.

Güney Azərbaycanın bazar əhli isə — həmişə yerli iqtisadiyyatın onurğa sütunu və cəmiyyətin dayağı olmuş bu təbəqə — bu struktur böhranının ilk qurbanlarından biridir. Bu vəziyyətin davam etməsi təkcə onların dolanışıq və iş təhlükəsizliyini aradan qaldırmayıb, eyni zamanda bölgənin iqtisadi və sosial gələcəyini də ciddi təhlükə ilə üz-üzə qoymuşdur.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası, dinc və mülki etiraz haqqının fundamental bir insan haqqı olduğunu vurğulayaraq, Güney Azərbaycanın bütün heysiyyətli və zəhmətkeş peşə sahiblərinin qanuni tətil və etirazlarını dəstəklədiyini və onların haqlı tələbləri ilə tam həmrəy olduğunu bəyan edir.

Bu çərçivədə, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bütün Güney Azərbaycan vətəndaşlarını tətil aksiyalarının yanında, milli simvollar, şüarlar və Milli Hərəkatın tanınan nişanələrindən istifadə etməklə, dinc və kütləvi şəkildə öz mülki etiraz səslərini ucaldamağa şüurlu və məsuliyyətli şəkildə qatılmağa çağırır.

Bu məqsədlə, bütün xalqımızdan xahiş olunur ki, 1404-cü ilin dey ayının 20-si, şənbə günü, saat 16:30-da, Güney Azərbaycanın şəhərlərinin (xüsusilə Təbriz, Urmu, Ərdəbil, Zəncan, Həmədan, Kərəc və digər şəhərlərin) əsas meydan və küçələrində keçiriləcək bu mülki etiraz aksiyalarında fəal iştirak etsinlər.

Vətənimiz yaxın günlərdə həlledici və taleyüklü günlərin şahidi olacaqdır. Bu səbəbdən Azərbaycan Türk millətindəm tələb olunur ki, hər zaman və hər məkanda ayıqlıq və meydanlarda varlıqları ilə, xalqın haqlı etirazlarının mərkəzləşdirici və totalitar qüvvələr tərəfindən mənimsənilməsinə imkan verməsinlər.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bir daha vurğulayır ki, Güney Azərbaycanın xalqı və bazar əhlinin dinc və mülki etirazları qanuni və inkarolunmaz bir haqqdır və bu haqqı müdafiə etmək bizim ictimai və siyasi məsuliyyətimizin ayrılmaz bir hissəsidir.

 

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası

2026/01/07

 

 

You Might Also Like

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü

12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

GAQP Yanvar 8, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Can Qurban Türk Bayrağına
Növbəti Məqalə Güney Azərbaycanın Milli-Siyasi Təşkilatlarının Etirazlarla Bağlı Dəstək Bəyanatı

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm Oktyabr 31, 2026
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm Oktyabr 28, 2026
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət Oktyabr 19, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?