ADDIM-ADDIM ORTA DOĞU SAVAŞINA DOĞRU!
İRAN VURDU. İSRAİL QAZANDI, QƏZZƏ İŞİ BİTDİ!
GÜNEY AZƏRBAYCAN BU SAVAŞIN HARASINDA?
[Son bölüm]
“GÜNEY AZƏRBAYCANIN BU SAVAŞDAKI YERİ VƏ DURUMU”
Tehran və Təl-Əviv arasında hər hansı qarşı durmanın təməl ipləri Amerika əlindədir. 44 illik ölüm olsun Amerikaya, ölüm olsun İsrailə şüarları kimi son olaylarında ,senaria SİA və Pentaqona aiddir. Trilyonlar dollar silahin, narkotikanın və qan bazarının mərkəzi sayılan Ortadoğunun zəngin yeraltı və ucuz yerüstü qaynaqlarının taleyi bundan ibarətdir. Bəzən demokratıya , bəzən isə despotizm adı ilə bölgənin nəbzini əlində tutan sömürgən dövlətlərin bölgəmizə cızdığı xəritə də bu minvalla tanıtılmışdır.
İranın son günlərdəki İsrail macərasını da bu qapsamda görmək gərəkir. Ortadoğu Proyekti, çox qanlı bazar olduğu halda, eyn zamanda çoxlu aktorun da bayındığı alandı. Xamneyinin İranı, Netanyahonun isə İsraili bu aktorlardan ikisidir.
Amerikanın iznilə iki aktorun bir-birinə girməsinin tablosu olduqca aydındır. Bir yandan içəridən Qüds qüvvələrinin intiqam hissi, başqa yandan Həmas, Hizbullah, Husilər və Həşdi Şabi kimi türlü terror quruplarının Tehrandakı sahiblərinə sitəmdə bulunması, digər yandan isə, İsrailin gün ortasında qətliam yola salmasına qalxan etirazların qarşısını almaq üçün bölgədə yeni bir savaş teatrosuna ehtiyac var idi. Vaşinqtonun yönətdiyi senario həyata keçdi. Öncədən qalib-məğlubun bəlli olduğu film saatlar içində başladı və bitdi. Yerdə qalan ən önəmli sorulardan biri isə İranın savaşdan sonra necə olacağı və orada yaşayan əsir millətlərin gələcəyidir.
Azərbaycan Türk Milləti Orta Doğunun ən böyük topluluqlarından biri olaraq öz baxımsız və özgür dövlətinin qurulmasını bütün dünya ehtimallarından üstün tutmaqdadır. İran, İsrail və ya hər hansı üçüncü əngəlin buna gücü çatmayacaqdır.
Sözsüz ki, Azərbaycan türklərinin bölgədə üz verəcək bütün olaylardan etkilənməməsi mümkün deyildir. Unutmamaq gərəkir ki, Güney Azərbaycan, farsçı-şuubi İran rejiminin işğalı altındadır. Bu üzdən varsayılan savaşın bütün etkiləri Azərbaycan Türk Millətinin də payına düşəcəkdir. Ancaq, kəsinliklə bu savaşın sonunda Azərbaycan və İran üçün eyn sonuc gözlənilmir.
AZƏRBAYCAN TÜRK GƏNCLİYİNİN SAVAŞA BAXIŞI
1980-88-ci illər arası iki diktatorun /Xomeyni-Səddam/ qarşılıqlı qışqırtmaları ilə İran-İraq savaşı tarixə düşdü. Milyonlar insanın ölümünə nədən olan bu anlamsız savaşda 100 minlərcə Azərbaycan gənci canını itirdi. Xomenizmə vurulan radikal Türk gəncliyi dalğa-dalğa ölümə gedərək yeni yaranmış İran İslam Cümhuriyyətini kəsin yenilgidən qurtardı. Bölgənin ən böyük ordusu olan Aşura Qoşunu(düşüncələri yuyulmuş yüzdə 95’i Güney Azərbaycan Türklərindən oluşan! )təpədən ayağa farsçılıq, iraniçilik uğruna darma-dağın oldu. Dünya tarixində görünməyən bir ilki- Aşura Qoşunu göstərərək tək başına savaşın insiativini İrağın əlindən qopardı. Şuubi farsçı ideologiyasına aldadılmış bir qurban kimi özünü xalqlar düşməni geriçi bir rejimə qurban verən bu qoşunun taleyi ancaq ölüm oldu. (O zaman, Tehran faşizminin gizli üzü kütlələr üçün açığa çıxmamışdır. Ancaq, zaman keçdikcə rejimin çirkli üzü aşkar oldu.)
Bugün yeni Türk qurşağının o savaşdan əldə etdiyi dərin təcrübə bunu göstərir ki, artıq millətimizin farsçılığa verdiyi ağır həzinə geridə qalmışdır. Millətimizin alovlu gənc kəsimi özünü millətçi Türk adlandırmaqla təki özlüyünü, milli kimliyini və dövlətçilik düşüncəsini mənimsəyir. Gəncliyimiz heç çəkinmədən türlü irançı duzaqları farsçı rejimin başına yıxır. Türk gəncliyimiz varsayım savaşın gedişatı ilə deyil, sonunda yıxılacaq farsçı rejimdən sonrasına baxır.
Türk gəncimiz bəzi Güney partiyaları kimi bir gözündə yaşıl işıq, bir gözündə isə qırmızı işıq yandırıb-söndürmür. Gənc türkümüz bu savaşdan sonra kəsin İstiqlal gözləyir. Ona görə hazırlanır. Ona görə təşkilatlanır, ona görə hər türlü iraniliyi rədd edir. Ona görə Turan gözünü ülküsü üçün yolbay edir. Ona görə, İran içində federalizm deyil, Azərbaycan içində bütövlük güdür.
Bugün Azərbaycan Türk gəncliyi eyn zamanda bütün iraniliyə, federalizmə, farsizmə meydan açmağa çalışan balonlaşmış partiyaçılara özlərinə, özlüklərinə dönmək üçün fürsət verir. Kəsinliklə gənc hərəkətçilərimizin bu son çağırışlarına uyacaq sağlam qurumlar da vardır.
“savaş pisdir! Biz barış istəyirik. Millətimizdən də savaşdan uzaq durmalarını xahiş edirik!”
deyənlərə gənc millətçilərimizin bir son sözü də vardır:
“ Onsuz da biz savaş içindəyik. Bəlkə sizin bundan xəbəriniz yoxdur. Biz savaş içində olduğumuz üçün savaşdan qorxmuruq! Savaşın sonucundan qorxuruq. Qurxuruq ki, sizin kimi qorxaqlar üzündən yenə də İSTİQLAL SAVAŞIMIZI uduzaq! Bu üzdən sizin qorxaqlığınızdan qorxduğumuz qədər savaşdan qorxmuruq. Siz bizim işimizə burun soxmayın. Ən yaxşısı barışcıl yaşamınızı sürdürün. lütfən!”
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı,
İnformatik və Araşdırmalar bölümü
2024-04-15