Azərbaycanlı fəallar fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri etiraz etdilər
Fars Dili və Ədəbiyyatı Akademiyasının sədri, fars şovinisti Qulaməli Həddad Adilin Ərdəbilə səfəri azərbaycanlı fəalların etirazına səbəb olub.
Azərbaycanlı fəallar martın 11-də Ərdəbilin bütün məhəllələrində divar yazıları yazıb, yazılı vərəqə və bildirişlər paylamaqla Qulaməli Həddad Adilin Ərdəbilə səfərinə etirazlarını bildiriblər.
Qeyd edək ki, Qulaməli Həddad Adil Ərdəbilin cümə imamı Həsən Amolinin dəvəti ilə martın 12-də keçirilməsiplanlaşdırılmış Nizami Gəncəvinin anım mərasimində çıxış etmək üçün Ərdəbilə səfər edib.
Azərbaycanlı fəalların yaydığı bildirişdə deyilir: “Bizə öz ana dilimizdə oxumağı qadağan edən, ana dilimizi məhv etmək üçün əllərindən gələni edənlər Azərbaycan oğlunun anım mərasiminə qatılmaq üçün bu bölgəyə səfər edirlər. Ərdəbil bu ləkəni qəbul etmir və bu yurdun övladları düşmənlərinin bu torpaqda olmasını istəmir”.
Azərbaycanlı fəallar həmçinin Ərdəbil şəhərinin divarlarında “Ölüm olsun faşistə”, “Həddad Adil fars şovinistidir” və s. şüarlar yazıblar.
Azərbaycan mədəniyyəti, tarixi və şəxsiyyətlərini mənimsəyən İran rejiminin Mədəniyyət Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.
İran rejimi Azərbaycan həqiqətlərini təhrif edərək Azərbaycan şairi Nizami Gəncəvini də fars şairi kimi qələmə verir.