By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Azərbaycanın Ermənistana 5 maddəlik sülh müqaviləsi təklifi
Paylaşın
Bildiriş
Son Xəbərlər
İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır
Gənəl Gündəm Siyasət
(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm
Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi
Bildirilər
Kütləvi Köç Dalğaları, Milli Təhlükəsizlik və Güney Azərbaycanın Gələcəyi
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm İnsan Hüquqları və Çevrə Siyasət
ŞAMPİYON TÜRKİYE!!! Filenin Sultanları Şampiyon!
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Azərbaycanın Ermənistana 5 maddəlik sülh müqaviləsi təklifi

Azərbaycanın Ermənistana 5 maddəlik sülh müqaviləsi təklifi

@admin
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Azərbaycanın Ermənistana 5 maddəlik sülh müqaviləsi təklifi

Bakı sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsiplərini açıqlayıb.
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması;
Azərbaycan bununla Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi və əməkdaşlıq təklif edir. Son günlər Ermənistanın verdiyi açıqlamalar da qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu deməyə əsas verir, xüsusilə Bakının Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə Tehranla anlaşması İrəvana kommunikasiyanın açılması ilə əldə edə biləcəyi dividentləri itirmək riski yaratması fonunda.
Hərçənd, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir.
İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər və Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət ediblər.
Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır.
Bu, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir. Lakin hər iki beynəlxalq sənəd – Helsinki Aktında və Pakt “müqəddəratı təyinetmə” məsələsinin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki,
– Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir;
– “Müqəddəratını təyin etmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa çalışır;
Və bununla danışıqları başlamamış dəfn edir. Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir.

You Might Also Like

İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

Kütləvi Köç Dalğaları, Milli Təhlükəsizlik və Güney Azərbaycanın Gələcəyi

ŞAMPİYON TÜRKİYE!!! Filenin Sultanları Şampiyon!

@admin Mart 14, 2022
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycanın partiya və təşkilatlarından Ukrayna Prezidentinə və Millətinə dəstək məktubu
Növbəti Məqalə İqtisadi Əməkdaşlıq Təşkilatı Zəngəzur dəhlizinin işə salınmasını dəstəklədi
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

İlham Əliyevin Özbəkistan səfərinin siyasi, tarixi və mədəni təhlili- Sayman Aruz yazır
Gənəl Gündəm Siyasət Avqust 25, 2026
(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm Avqust 25, 2026
Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi
Bildirilər Avqust 9, 2026
Kütləvi Köç Dalğaları, Milli Təhlükəsizlik və Güney Azərbaycanın Gələcəyi
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm İnsan Hüquqları və Çevrə Siyasət Avqust 3, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?