“Bayraktar“ın sayəsində Türkiyə Böyük Britaniyanı üstələyib
“Haber7” portalının oxucuları qürur hissi keçirir və təvazökarlıqdankənar olaraq bəyan edirlər ki, biz dünyada ən yaxşı silaha malikik.
“Bayrak” şirkətinin milli əsaslarla istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatları dünyanın diqqətini cəlb etməkdə davam edir. Britaniyalılar qeyd edib ki, Türkiyə uçuşsuz aviasiya sahəsində atdığı son addımları ilə onların ölkəsini geridə qoyub.Müxtəlif ölkələrdən döyüş meydanında xeyli uğurlar nümayiş etdirən və dünyada ən yaxşı hesab edilən “Bayraktar TB2” PUA- ları barədə xoş rəylər gəlməkdə davam edir.
Türkiyə ordusunun 140-dan artıq “Bayrktar TB2” aparatı var
Britaniyanın “The Spectator” nəşrində dərc edilmiş məqalədə Türkiyənin gücünü göstərən PUA- larına diqqətəlayiq qiymət verilib.
“Türkiyə ordusu hazırda 140-dan çox “Bayraktar TB2” PUA- lar istismar edir, – məqalədə belə deyilir.
Böyük Britaniyanı üstələyib
Daha sonra Britaniya KİV- ləri pilotsus uçuş aviasiyası sahəsində Türkiyənin və Böyük Britaniyanın potensiallarınl müqayisə edərək, iki ölkə arasında böyük fərqi etiraf edib.
Məqalədə deyilir: “Türkiyə iki onillik tarixə və cəmi on ədəd Amerika istehsalı olan “Reaper” PUA- lar parkına malik Böyük Britaniyanı xeyli üstələyib”.
Qeyd edilir ki, “Bayraktar TB2” havada 24 saat qala bilir, təxminən 6 min metr hündürlükdə uça bilir və bir çox hava hücumundan müdafiə sistemləri üçün əlçatmazdır.
Lazer yönətimli döyüş sursatları
“Bayraktar TB2” zərbə PUA- larında olan indikator hədəfi lazerlə müəyyən edir, bundan sonra həmin hədəf döyüş komplektinin yönətimi sayəsində məhv edilir, məqalədə belə deyilir.
Həmçinin diqqət ona yönəldilib ki, “Bayraktar TB2” dördədək lazer yönətimli döyüş sursatı daşıya bilir.
MAM- C “ağıllı mini- döyüş sursatları”dır və yüngül zirehli maşınların, MAM-L isə əsas döyüş tanklarının məhv edilməsi üçün nəzərdə tutulub.
Qeyd edilir ki, uçuş məsafəsi buraxılışdan asılıdır, amma səkkiz kilometrə çata bilər.