Ukrayna əks-hücuma keçərək Rus ordusuna ağır zərbə endirdi
Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun onlarla canlı qüvvəsini, 3 zenit-raket kompleksini və bir neçə zirehli texnikasını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu son sutka ərzində 40-dan çox döyüş əməliyyatı keçirib:
“Əməliyyatlar zamanı rusların bir neçə komandanlıq məntəqəsi və döyüş sursatları olan anbar məhv edilib. Əməliyyatlara “Bayraktar TB-2” dronları da cəlb olunub”.
Ölkənin cənubunda rus hərbçiləri əsir götürülüb, çoxlu silah-sursat və texnikası ələ keçirilib:
“Rusiya qüvvələrinin 3 hərbçisi əsir götürülüb, 2 ədəd T-62 tankı, 1 ədəd “Amfibiya” hücum texnikası, BTR-82, eləcə də çoxlu sayda atıcı silahlarla döyüş sursatı ələ keçirilib”, – məlumatda deyilir.
Hazırda cənubda mövqe döyüşlərinin davam etdiyi bildirilib.
Cənubda rus qoşunlarının 106 ədəd raket və onlarla texnikası, o cümlədən 14 ədəd T-72, Msta-B haubitsası, hava-desant qurğusu, sürətli artilleriya və minaatan qurğusu, 2 ədəd “Uraqan” sistemi, 3 ədəd 152 kalibrli haubitsası, 120 ədəd kalibrli mobil minaatanı, 2 ədəd PUA-sı və 35 ədəd zirehli texnikası sıradan çıxarılıb.
Həmçinin Ukrayna müharibənin 192-ci günü üçün Rusiya ordusunun ümumi itkiləri haqda məlumatı yeniləyib.
Bildirilib ki, Rusiya indiyə qədər 49 050 hərbçi, 2034 ədəd tank, 4 403 ədəd zirehli döyüş maşını, 1 134 ədəd artilleriya sistemi, 293 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 153 hava hücumundan müdafiə sistemi, 235 ədəd hərbi təyyarə, 205 ədəd helikopter, 3 268 ədəd avtomobil texnikası, 864 ədəd PUA, 203 qanadlı raket, 15 gəmi/qayıq, 105 xüsusi avadanlıq itirib.