🔷“Azadlıq və Ədalət Yürüşü”
🔹25/03/2023 Saat: 14:00 – 17:00
🔹Brüksel
🔹Yürüşün başlanğıc yeri : “Place du Luxembourg”
🔹Mitinqin yeri : “Rdpt Robert Schuman”
Avropa parlamentinin önü
🔹Bilindiyi kimi, 25 Mart 2023 cuma ertəsi günü Brüksel şəhərində Güney Azərbaycan Türklərinin “Azadlıq və Ədalət Yürüşü” adlı böyük mitinqi həyata keçiriləcəkdir.
🔹Bu mitinqdə Güney Azərbaycan Türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaqdır.
🔹Bu mitinqdə özəlliklə də çürümüş və fəsada boğulmuş İran rejiminin son aylarda orataya çıxan etirazları qanla basdırması protesto ediləcək və dünyaya duyurulacaq. Çünki İran rejiminin son aylarda qətl etdiyi 500-dən çox etirazçının böyük qismi Türklərdən ibarətdir. İranda məhbus olan bütün zülm altındaki millətlər ayağa qalxmışkən, təbii ki Güney Azərbaycan Türklərinin də səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır.
🔹Biz Güney Azərbaycan Türkləri olaraq bu gündə Quzey Azərbaycan, Türkiyə və bütün Türk Dünyasından olub Avropada yaşayan soyadlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik.
🔹Bu gün bütün Türklərin İran – Fars faşizminin qarşınsında tək vücud olduğunu göstərmək günüdür. Tüm Türk Dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün.
🔹Yaşasın Azərbaycan
🔹Yaşasın Türk Dünyası
🔹Azadlıq Ədalət Milli Hökumət
♦️Görüş yerimiz 25 Mart Brüksel
🔷Azadlıq və Ədalət Yürüşü Koordinasya Mərkəzi adına
sözçülər
Şərifə Cəfəri
Saleh Kamrani