Azadlıq- Ədalət- Milli Hökumət Berlin Yürüşü İlə Bağlı Rəsmi Açıqlama
Dəyərli Azərbaycan Türk Milləti!
2023/4/18 və 19 günlərində keçirilən milli hərkət fəallarınln ümumi sanal toplantıda Berlin şəhərində ikinci “Azadlıq, ədalət, milli hökumət” mitinqinin keçirilməsinə qərar verilmişdir.
Toplantıda aşağıdaki qərarlar alınmışdır:
1- Avrupada yaşayan Türklərinin (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) ikinci mitinqi 2023/05/20 tarixində Berlin şəhərində keçiriləcəkdir.
2- Yürüşün rəsmi adı “Azadlıq, Ədalət, Milli Hökumət, Berlin” dir.
3- Mitinq üçün 35 nəfərlik yeni koordinasya Mərkəzi və 9 nəfərlik İcra Heyəti seçilmişdir.
İcra Heyəti üzvlərinin adları belədir:
Süheyla Əzizi, Mahmud Bilgin, İsa Türkoğlu, Eldar Qaradağlı, Məcid Cavadi, Ruhullah Muradi, Səid Əzizi, Haray Fəthipur, Əhməd Yəzdani
4- Sayın Mahmud Bilgin İcra Heyətinin Koordinatoru seçilmişdir.
5- Yürüş işlərilə bağlı Logistika (Tədarükat), Maliyyə, Media, Təhlükəsizlik başlığında ayrıca 4 komissiya oluşdurulmuşdur.
6- Toplantıda keçmiş Koordinasiya Mərkəzinin verdiyi əməklər bir mənalı olaraq dəyərləndirildi. Başda Sözçülər olmaqla, bütün əməyi keçənlərdən təşəkkür olundu. Brüssel Yürüşü ilə bağlı bütün iş qurumlarının işinə son verildi.
Yaşasın “Azərbaycan Milli Hərəkatı”
Yaşasın Xordad 1385/May 2006/ Rasizmə Yox Ayaqlanması!
Var olsun Berlində Güney Azərbaycanın haqlı səsini dünyaya yayan haraylar!
Berlin Yürüşü İcra Heyəti
2023/04/20