By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzinin 2-ci Bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu
Bildirilər
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər
Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı
Bildirilər
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > General > Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzinin 2-ci Bəyanatı
General

Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzinin 2-ci Bəyanatı

Milli Qurtuluş
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzinin 2-ci Bəyanatı

20 Mayda dünya bir daha İran adlanan ölkədə yaşayan Türk Millətlərinin (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) və bu ölkənin bütün ədalət axtaran insanlarının səsini eşidəcək!

Azad dünya vicdanları;

25 mart 2023-cü il tarixində Belçikanın Brüssel şəhəri İranda yaşayan Türk millətlərinin (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) bənzərsiz iradə və birlik nümayişinin şahidi oldu. Bu tarixi gündə Avropada yaşayan İranın Türk kökənli vətəndaşları (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) nümunəvi birlik və koordinasiya ilə millətimizə olan zülmünü və millətimizin haqq səsini uca səslə dünyaya eşitdirə bildilər.
Amma hamının bildiyi kimi, İranın qəddar və orta əsr rejimi hələ də təkcə bizim millətimizə deyil, Yaxın Şərqin əksər xalqlarına qarşı hər cür zülmü davam etdirir. Biz hər gün millətlərimizin yoxsulluqdan, işsizlikdən, maliyyə və inzibati korrupsiyadan, yüksək qiymətlərdən, hər cür iqtisadi və dolanışıq təzyiqlərindən əziyyət çəkdiyinin şahidi oluruq. Uşaqlar, qadınlar, qızlar, fəhlələr, dövlət qulluqçuları, təqaüdçülər və cəmiyyətin bütün təbəqələri və nümayəndələri bu rejimin zülmündən amanda deyillər və bu zülmləri hər gün dəriləri və əti ilə hiss edirlər. İş o yerə çatıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz təbəqəsi, yəni qız tələbələr aylardır rejim agentlərinin kor-koranə kimyəvi hücumlarının hədəfinə çevrilib və etiraz edən vətəndaşları bir neçə həftə ərzində edam edən rejim, bununla bağlı heç bir tədbir addımı atmayıb. Təbiətimiz, xüsusən də Urmu gölü hələ də ölmək halında, mədənlərimiz, meşələrimiz talan olunur.

Bütün bunlar bir yana qalsın, İran İslam Respublikası rejimi Azərbaycanı siyasət aləmində açıq şəkildə öz düşməni elan edib və elə bir gün yoxdur ki, istər Azərbaycanın cənubunda istər şimalında bu rejimin düşmənçilik hərəkətlərinin şahidi olmayaq. Güney Azərbaycanın batı bölgəsi, Zəngəzur və Qarabağ İran İslam Respublikası rejiminin Azərbaycana qarşı fitnə-fəsadının əsas hədəfləridir.

Təbii ki, ölkə daxilində məzlum millətlərin mübarizələrinin müxtəlif formalarda davam etdiyi bir şəraitdə Avropada yaşayan biz Türklər (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan) martın 25-də Brüsseldə başladığımız etiraz hərəkətini davam etməyi özümüzə borc bilirik. Gəlin bu etiraz hərəkətini daha böyük iradə ilə davam edək ki, rejim ölkə daxilində millətimizin səsini boğa bilməsin. Təbii ki bunun üçün də millətimizin ayrı-seçkiliyə və irqçiliyə qarşı ən böyük etirazı olan 2006 may etirazları (xurdad ayaqlanması) ildönümündən daha yaxşı gün ola bilməz. Gəlin may (xurdad) ayını millətimizin azadlıq və hüquq mübarizəsi tarixində yeni bir dastana çevirək. 2006 ili kimi, 2023 ili may (xurdad) ayını İrandakı haqsızlıq, zülm, ayrı-seçkilik və haqsızlıq rejiminin kabus gününə çevirək.

Odur ki, biz Avropada yaşayan bütün Türkləri (Güney Azərbaycan, Qaşqayi, Türkmən Səhra və Xorasan), eləcə də Quzey Azərbaycanlı və Türkiyəli bacı qardaşlarımızı və İran İslam Respublikası rejiminin zülmündən xilas olmaq istəyən bütün azad insanları 20 may Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqinə dəvət edirik, ki millətimizin haqq səsini dünyada ən yüksək səviyyəyə qaldıraq.

20 May Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqi koordinasiya mərkəzi
25/04/2023

You Might Also Like

Super Çempion Azərbaycanın Traxtoru

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj

Milli Qurtuluş Aprel 26, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Təbrizdə kolbasa istehsalı müəssisəsindən 40 ton vaxtı keçmiş ət məhsulları aşkar edilib.
Növbəti Məqalə Azərbaycanın güneyində etiraz aksiyaları keçirilib

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

9 Sentyabr: İzmir’in Qurtuluşu Və Cümhuriyyət Xalq Partiyası’nın Quruluşu
Bildirilər Sentyabr 9, 2025
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Qutlu Olsun
Bildirilər Avqust 30, 2025
Məhbus Milli Fəalların Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Qurulması İlə İlgili Bəyanatı
Bildirilər Avqust 27, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının Ölməz Arif Rəhimoğlunun 70-ci ad günü ilə bağlı bildirişi
Bildirilər Avqust 23, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?