Təbrizdə yaşayan mili-mədəni fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb
İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün mayın 10-da Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməyi istənilib.
Bundan öncə həbs edilən və martın 2-də 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılan Əhmədpura qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.