Beş azərbaycanlı fəal Təbriz şəhərində İran rejiminin agentləri tərəfindən həbs ediliblər.
Beş azərbaycanlı fəal – Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədnejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-də Güney Azərbaycanın Təbriz şəhərində İran rejiminin agentləri tərəfindən həbs ediliblər.
Fəalların həbslərinin səbəbləri və harada olduqları məlum deyil.