اخیرا_نچیروان_بارزانی_به_باکو_دعوت_می.pdf
ƏQLANİYYƏT VƏ SİYASƏT KİMSƏNİN
LÜMPENİZM
DƏRSİ!
Cənab əqlaniyyət sözüm sizədi
Mənim adım Eldar Qaradağlı! Adım-sanım bəlli, qələmin, imzam bəllidir. Milli -siyasi ədəbim və
ərdəmin kəsinliklə izin verməz ki, özümü dünyanın ağıl mərkəzi sanıb, taxma ad altında Azərbaycan
Milli Hərəkatını LÜMPENİZ caynağı, millət-vətən yolçularını isə LÜMPEN adı ilə təlfiq etmiş olum! Bu
vəbalın altından çıxmaq hər oğulun işi deyildir!
Siz – Kimsə bəy-bayan! Molla sayağı ortaçağ qafasıyla başqalarını qoyun sürüsü hesab edərək həddinizi
molla səviyəsinə yendirdiniz! Siz, öz kimlik varlığınızı heçə sayaraq, yabancı dil və ədəbiyatla Güney
Azərbaycan Milli Hərəkatını Lümpenizm caynağı, dörd Güney qurumun Mücahidlərə SALAM
göndərməsini qınayan 78 tanınmış milli fəalı lümpen yəni pozuq, yaramaz, satqın elan etdiniz! Əcəba,
siz bu hökmü kimdən aldınız? Kimi arxanıza alaraq özünüzdən çox böyük vicdan yükünə qatlandınız?
Fars dilində yazmağa alışqanlıq üzündənmi, yoxsa kimsələrə rəfaqət mesajı göndərmək istədiniz mi?
Quzey Azərbaycan dövlət diplomatiyası ilə Güney Azərbaycan Milli Hərəkatının qurtuluş savaşı arasında
hansı bənzərliklər ola bilər!? Quzeyin dövləti, prezidenti, bayrağı və ən önəmlisi dövlətçilik ağlı vardır.
Güneyin nəsi var? Sizin ağlınızın Güneyə yetərli olduğuna gərçəkdənmi inanırsinizmi cənab Əqlaniyyət!
Qüsura baxma Kimsə! Sədəf eşqinə dənizi qurutmağa qalxanın payı bu qədərmiş!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı
Eldar Qaradağlı
2023/07/20