URMU GÖLÜ FACİƏSİNİ SİYASİ EQO ARACI EDƏN QRUPLARLA BAĞLI
GÜNEY AZƏRBAYCAN MİLLİ-SİYASİ QURUM VƏ FƏALLARININ AZƏRBAYCAN TÜRK MİLLƏTİNƏ BİRGƏ MÜRACİƏTİ
Sevgili Millətimiz!
Artıq faşist farsçı rejiminin millət və vətənimizə qarşı açıq savaşa girməsi kimsənin gözündən, ağlından gizli deyildir. Son illər sürəcində Azərbaycan Türk Millətinin yaşam damarı olan Urmu gölünün çeşidli strategiyalar təməlində qurudulmasına höküm verən faşist zehniyyətin anti-bəşəri dalğaları insanlığı öz bataqlığına çəkməkdədir. Faşist rejim, göz görə-görə Türk millətini bütünlüklə yer üzündən silməyə çalışır. Güney Azərbaycanın doğal yeraıltı və yerüstü zənginliyinin talanması farsçı şuubi rejimin ən dərin dövlət strategiyasına çevrilibdir. Bir gün yoxdur ki, yüzlər ailənin çörək ağacı olan bir neçə fabrikanın qapanma xəbəri medialarda yayılmasın. İşçı kəsimin aldığı aylıq maaşın ancaq 5 günlük dayanma gücü vardır. Mənfur rejimin öz statistik verilərinə görə, aclıq sınırı %60 rəqəminə yaxınlaşmaqdadır. Farsçı şuubi rejim tərəfindən şəhərlərimiz dalğın, kəndlərimiz dağınıq, dağlarımiz, mədənlərimiz talanmış durumdadır. Yurdumuza qarşı taman alanlı faşist hücumların ardı kəsilmədən sürür. Urmu gölü, fundamental rejimin Azərbaycan Türk Millətinə vurduğu növbəti darbadır. Düşmən son nəfəsimizi kəsməyə çalışır. Belə bir durumda, varlığımızı qorumaq üçün savaşdan başqa yolumuz yoxdur. Böyük Şəhriyar demişkən: “Qalx ayağa, ya azad ol, ya tamam yan Azərbaycan!”
Əziz millətimiz!
Millət və vətən olaraq ağır dönəmdən keçməkdəyik. Azərbaycan türklüyü üçün, insanlıq üçün dayanışma və birlikdə olmaq su və hava kimi gərəkir. Toplum olaraq bu birliyə çox ehtiyacımız var.
Yenicə yayılmış 900 dən çox tanınmış imzalı “Azərbaycan Milli Hərəkatı”nın bildirisinin geniş anlamı ap-açıq milli birlik ruhunun yansımasıdır. Söz qonusu bildiri açıq-aydın milyonlar Azərbaycan türkünün diləyinin tərcümanı olmuş və bəzi Azərbaycana mənsub təşkilatların dağıdıcı özbaşınalıqlarına dur demişdir.
Şübhəsiz ki, Azərbaycan Milli Hərəkatı, Güney Azərbaycan türklüyünün milli qurtuluş mücadiləsinin təməl prinsiplərini daşıyan ulu ruhdur. Bugün, bu ruhun yüksəlişi üçün farsçı rejimə sinəgərən 900 dən çox öz bə öz həqiqi imzanın anlamı milli, ülvi və işıq tutan kılavuzdur.
Biz, Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi qurumları və bağımsız fəalları olaraq yayılan bildirinin bəzi incə detalları və yazı formasına iradımız olsa da, milli-siyası təməllərini Azərbaycan Türk Millətinin bağımsız, özgür və müstəqil ruhu ilə uyğun sanır, aşağıdakı sıraların üzərinə diqqətləri cəlb edirik:
1- Azərbaycan Milli Hərəkatının sıralarında çeşidli fikir və ideologiya axarı vardır. Özünü bu hərəkatın bir parçası hesab edən təşkilat və şəxslərin açıq fikir və siyası yöntəm bəlirləməsi gərəkir. Özünü çeşidli düşüncələr örtüyü altında gizli tutanların bu hərəkata verdiyi ziyan olduqca ağırdır.
2- Çeşidli şüarlar altında İrançılıq sevdasını milli hərəkat içinə sızdırmağa çalışanların əlləri gün keçdikcə milli öncüllər tərəfindən açılır. Şuubiçilərin, Rza Pəhləvi masasında oturanların, İran Milli Konqresində Azərbaycan adı altında irançılıq edənlərin, Türk düşməni Mücahidlərə səmpati duyanların, Terrorist kürd əşirət partiyalarına masa altı dostluq əli uzaldanların Güney Azərbaycan Milli Hərəkatı sıralarında ən ufaq belə, yerləri olamaz!
3- Azərbaycan Milli Hərəkatının tanınmış milli liderlərinə çamur atma çabaları düşmən rejimin ifşa olmuş oyunudur. Bilər-bilməz rejimin çamur atma oyununa ortaqlıq etmək ən azından cahillikdir. Hər hansı nədən üzündən düşmən sevindirən çamur atma cəhalətinə son qoymaq gərəkir. Azərbaycan Milli Hərəkatı belə xətalı strategiylardan uzaq qalmalıdır. Adını milli çalışqan qoyan kimsə bu xətalı yöntəmin bir parçası olmamalıdır.
4- Üzülərək aşırı eqoizmə yenik düşən 5 şəhrivər çağırışı Güneydə yaşayan milli öncüllərimizin nə qədər haqlı olduğunu bir daha göstərmiş oldu. İçərinin bütün istək və ricalarına baxmayaraq partizanbazların inadı sürərkən 30-40 günlük təbliğatın təməlsiz olduğu özünü göstərdi. Milli faciəmiz olan Urmu gölü, partizanbazların siyasi məlzəməsi oldu. Halbuki, belə olmaması gərəkirdi. Ayrıca hər hansı olumlu ələşdiriyə DAİŞ sayağı reaksiya göstərmə metodu məlum media və nifaq toxumu səpən şəxslər tərəfindən körüklənərək saport olunur. Bu isə, Türk millətinin çağdaşlığına kölgə salaraq toplum içində dərin yara açmağa davam edir. Artıq, gec olmadan toplum içi kaus yaradan iti, qırıcı və qatı davranışlardan ayrılmalı və fikir mərkəzlərini toplumdan uzaq tutmalıyıq.
5- Ümummilli – deprəm, sel, meşə yanğını və daha faciəvi Urmu gölü-, kimi faciələrin siyasi partiyalar tərəfindən yalnış yönlü təbliğat qonusuna çevrilməsi böyük əxlaqsızlıq nişanəsidir. Urmu gölü ilə bağlı hər hansı eyləm, göstəri, mitinq və uluslararası müraciətlərin yolu kəsinliklə milli dayanışmadan, geniş fikirdaşlıqdan keçər. “Sözə baxmaram, kimsəni saymaram, sözümün üstünə söz deyənin gözünü çıxararam!” dikbaşlığın sonucu milli qurtuluş hərəkatımızın ümidlərilə oynamaq deməkdir.
6- Azərbaycan Milli Hərəkatının axar damarları Güneydədir. Güneyə aid olan bütün milli-siyasi qurum-quruluşların anası Güney Azərbaycan Milli Hərəkatıdır. Güney Azərbaycanda ANA HƏRƏKATDAN üstün partiya, təşkilat, qurum-quruluş yoxdur və ola bilməz! Özünü Güney Azərbaycan Milli Hərəkatından özgün, bağımsız və özgə hesab edən hər hansı partiya, təşkilat, qurum-quruluş kəsinliklə Türk kimlikli yox, panfarsizmin çəmbərində manqurtlaşan iranşəhri cərəyandır.
7- Azərbaycan Milli Hərəkatı bir bütöv hərəkatdır. Bu hərəkatın içərisi, dışarısı yoxdur. Ancaq, bəlli olduğu kimi, farsçı şuubi rejim qarşısında sürəkli zindanlara, sürgünlərə, işsizliyə, yoxsulluğa, gizli və aşkar ölümə məruz qalan içəri öncüllərimiz vardır. Onlar, içərinin geniş alanlı durumunu kəsinliklə demokratik və dinc ölkələrdə yaşam sürən hər kəsdən və hər hansı quruluşdan daha dərin incələməyə və qərar verməyə yaxındırlar. Bu üzdən qəbul etmək gərəkir ki, hər hansı eyləmin uğurlu baş tutacağını içəri öncüllər daha doğru bilirlər. Elə məhz bu gərçəyə dayanaraq, içəri üçün hər hansı qərar verici orqan içərinin özü olmalıdır.
Bu bildirini imzalayan milli-siyasi qurum və şəxslərə görə, Urmu gölü faciəsi hər hansı quruluşun siyasi amaclarının aracı olmamalıdır. Urmu gölü bir millətin ümummilli çevrəsəl ölüm-dirim savaşıdır. Bu son milli qurtuluş savaşın zəfərlə sonuclanması üçün Türk varlığının milli düşüncə birliyi yrtıçı farsçı şuubi düşmənin sızma şəbəkələrindən uzaq tutulmalıdır. Bu üzdən, özünü Azərbaycan Milli Hərəkatına bağlı bilən hər hansı qurum-quruluşun ən böyük görəvi düşmənin oyunlarını pozaraq öz dövlətçiliyimizə doğru mücadilə etməsidir.
Yaşasın birliyimiz.
Yaşasın Güney Azərbaycan Milli Hərəkatı!
2023/09/05
İmza edənlər:…….
1.Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı (GAMQH).
2. Güney Azərbaycam Demokratik Türk Birliyi (GADTB).
3.Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC).
4.Vahid Azərbaycan Təşkilatı.
5.Avstraliya Azərbaycan Asosiyasi
1- Eldar Qaradağlı.
2- Cavad Abbası
3- Əjdər Təqizadə.
4- Əhməd Obalı.
5- Azər Farroukhi.
6- Əli Eşqi.
7- Sara Azərsun.
8- Mikail Oyta.
9- Sadiq İsabəyli.
10- Mehdi Mohammadi.
11- Babək Soltani.
12- Akbar Dilmagani
14- Riza Nazarbaği
15- Təqi Sələhşur.
16- Javad Sadeghidashkasan.
17- Babak Azeroğlu
18- Elvin Oyta.
19- Leyla Mola
20-Akbar Valdiyani
21- Ali Ahrabi.
22- Şükür Feyzi.
23- Adel Hammami.
24- Nadir Hammami
25- Nadir Taysız
26- Memmed Hammami
27- Aydın Nabavi
28- Tural Feyzi.
29- Kübra Melike.
30- Behzad Ciddi.
31- Nasir Ertürk.
32- Pervin Ertürk.
33-Hüsein Pursolaiman.
34-Behrouz Farrokhi.
35- Elman Türkoğlu.
36-Ferzin Aghaalinezhad.
37-Seymur Mirzəbəyli.
38- Nadereh Maraschi.
39- Anna Salahshour.
40- Sona Ahsangar.
41- Sara Altetmek.
42- Sonny Forman.
43- Sam İverson.
44- Araz Ferruxi
45- Medi Narimani
46- İpak Bareza.
47- Sahar S. Kubow.
48- Aykut Sümar.
49- Ali Fakuri.
50- Ahmad Fakuri.
51- Ali Oruci.
52- Mehdi Birenk.
53- Hüsseyin Emadi.
54- Dilbər Həsənbəyli.
55- Hüseynağa Həsənbəyli.
56- Aygül Atakişibəyli.
57- Nazənim Həsəni.
58- Nifti Tağılı.
59- Əhliman Şəmsizadeh.
60- Gülyaz Həsənbəyli.
61- Murad Şəmsizadeh.
62- Loğman Həsənli.
63- İbrahim Həsənli.
64- Ayaz Abduləzimi.
65- Samirə Kərimi.
67- Nazim Əhmədli.
68- Riza purbaqir.
69- Məcid. Zarei.
70- Mohammad Maleki
71. Əhməd Urmuoğlu
72.əli əvrin
73. Araz Obali
74. Rəhim Şəhbazi
75. Rəsul Əlizadə
76. Əbuzər Dundar
78. Acarman Salmasli
79. Riza Qaraçay
80. Mehdi Türkyan