BAŞ VERƏ BİLƏCƏK AZƏRBAYCAN-TÜRKİYƏ VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 2-Cİ BÖLÜM
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü)
İranın terrorist rejimi, Kürd terror şəbəkələrini dövlət etməyə çalışaraq, hüdudlarını böyük kürdüstan olaraq təbliğ edir. Bu isə, Güney Azərbaycanla yanı-sıra Türkiyənin də içini terror caynağına çevirmək çabasıdır. Farsçı molla rejimi, bir yandan Kürd, başqa yandan isə Erməni kartını əldə tutmaqla Türkiyə və Azərbaycana sürəkli basqı etməyə çalışır.
Rejimin əlindəki URMU proyekti ölüm-qalım hökmü daşır. Zəngəzur Dəhlizini də bu stragiyanın içində görmək gərəkir. Qarabağ zəfərilə Fars faşizminin şeytan sifəti üzə çıxınca ortada gizli kart oyunu qalmamışdır. URMU, Xankəndi, Zəngəzur, Kürd və Erməni de-fakto olaraq üç ölkənin arasındakı qapanmamış gənəl hesabın hissələridir!
TÜRKİYƏ-AZƏRBAYCAN URMU GƏRÇƏYİNƏ BİGANƏ QALMAMALIDIR!
Sözsüz ki, Tehran faşizminin insanı insana qırdırma, bölgəni qan dənizinə çevirmə stratejisi durmadan sürməkdədir. Tehrana hakim olan fars faşizmi, çox fərqli qollardan Türk millətinə, özəlliklə Azərbaycan vətəninə saldırmağa davam edir. Azərbaycan bölgələrinə ekonomi, ekoloji, siyasi, ictimai, psixoloji baskıların üzərinə bir də xəstə rejimin spesifik sindromlarını artırmaq gərəkir. Rejimin çürük beynində silah məlzəməsi kimi böyüməkdə olan Kürd xəritəsi də, bir antitürk sindrom olaraq anlaşılmalıdır. Rejim, Azərbaycana qarşı bir də Kürd xəritəsi ortaya qoyunca, Türk millətini iraniləşdirmə və farslaşdırma yoluna sürükləməyə çalışır. Rejim üçün ”Kürd xəritəsi teatrı” daha çox Azərbaycan Türk Millətinə baskı aracı olaraq anlam daşımaqdadır. Sözsüz ki, molla rejiminin min üzlü sifətinə dayanaraq, Kürd terror qruplarına və əşirət ağalarına ümid vermək xarakterini də unutmamaq gərəkir. Sonunda bu rejim çürümüş ömrünə ömür qatmaq üçün bütün fəsadlı yollara əl vuracaq kimlikdədir.
Tarixin üzqarası olan molla rejiminin farsçı-şuubi ideologiyasının siyasi uyqulamalarına görə:, ipi-sapı Tehranın əlində olan terror şəbəkəsinin silahlı basqısı altında qalan Güney Azərbaycanın içdən dağılması mümkündür. Basqı sistemli irəli gedərsə, Azərbaycan Türk Millətinin əriyib yoxa çıxması əlverişli aşamaya girə bilər. Bu isə, iranda rejim qarşıdlı bütün etnik qrupların qurtuluşçu hərəkətlərinə vurula biləcək ölümcül darba olar. Çünki, ortanı toparlayacaq dominat bir Azərbaycan Milli Hərəkatı olmayınca az saylı etnik toplumların baş qaldıracaq gücü olamaz. Sözsüz ki, Tehran faşistlərinin Türk kimliyinə və Azərbaycan yurduna qarşı planları yalnız etnik Kürd üzərindən deyil, Türk olan satqın məmurlar, eliminasiya olmuş manqurt silahlılar, bütün varlığını pulda, qazancda görən iş adamları, qələmi, beyini satılmış yazar, siyasətçi və buna bənzər sapı özümüzdən olan satqınlar da faşist rejimin ordusuna bağlıdırlar. Yaxın keçmişdə Orta Doğunun sayılı bölgələrindən biri olan Azərbaycan, yuxarı nədənlərə görə açıq-ara keçmişindən geri duruma düşmüşdür.
Şuubi farsçı rejim tərəfindən Azərbaycan və Türk bölgələrinin qalxınma və ədalət parametrlərinin qurudulması bütün yaşam alanlarında özünü göstərməkdədir. Tehran Pəyame Nur və Təbriz Universitetinin Sosial Elmləri Fakültəsinin ortaq araşdırmaları göstərir ki:, bölgənin geriyə sürüklənməsinin ən önəmli nədənlərinin qaynağı Tehran və ona bağlı olan yabancı casus məmurlardır. Belə ki, a) bölgənin yeraltı mədənləri durmadan talan edilir.(örnək: Süngün mis və qızıl mədənindən farsistana gedən miqdar: %90-95, Tufarqandan gedən travertin və dəyərli daşlar %85-88, Tikan Təpədə yerləşən Ağdərə və Zərşuran qızıl mədəni %100, Makının Bazalt daş mədəni %100 dövlət əlində, Zənganda Zink mədənləri %100 Sepah monopoliyasında…). b) Ölkənin əyalətlər üzrə ən son illik büdcə dağıtım yüzdəsi (örnək: İsfahan%7, Kirman%5.2, Doğu Azərbaycan %2.4, Batı Azərbaycan %0/87, Ərdəbil %0/40. açıqlama: Doğu Azərbaycan və İsfahan toplum və bir çox ölçümlərə görə eyn böyüklükdə olan iki ostandır. Ayrıca, Doğu və Batı Azərbaycan ostanlarının hər ikisinin cəmiyyəti rəsmi dövlət statistikasına görə Kirmandan çoxdur.). c) Yerli yatırımçıların dövlət tapşırığı ilə Azərbaycandan açıq-aydın dışlanması və ya var olan yatırımlara ağır vergi və rüsum ödəmə uyğulaması (örnək: Azərbaycanda yeni fabrika, sektor və iş yeri üçün dövlət vergi və rüsum alanı %12-14, İsfahan, Yəzd, Kirmanda %2-4. Bu isə, Azərbaycan iş adamlarının fars dilli iş adamı olmağa yönəlik dövlət siyasətidir.), iki dillilikdən doğan ayrı-seçkilik siyasəti. Rejimə görə, Azərbaycanın – özəlliklə Batı Azərbaycanın- yönətim sisteminin başçıları Türk olmayan mərkəz təyinatlı məmurlar olmalıdır. Bu, sadəcə bir vali, bir polis komandanı, bir hüquq-mühafizə və ya cəza başçısı deyil, bəlkə bu orqanların bütün üst düzeyinin farslaşdırılması və ya kürdləşdirilməsi deməkdir. Yəni, yerli insanların yabancılarla yer dəyişməsi ilə yanı-sıra yerli gənclərin bölgədən uzaqlaşdırılması siyasəti. Bunun isə, sonucu işğalçı dövlət əlilə yaranan milli tragediyadır. Bügün, Batı Azərbaycan ap-açıq bu insani tragediyanı yaşamaqdadır. Bir yanda əliyalın Türk milləti, bir yanda farsçı-şuubi yalançı rejimin pusquları, bir yandan isə, molla rejiminə aldanan Kürd terror əşirətləri!
2-ci bölümün sonu. Davam edəcək.
2023-06-27