BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU!
5-Ci BÖLÜM
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü)
İranın terrorist rejimi, Kürd terror şəbəkələrini dövlət etməyə çalışaraq, hüdudlarını böyük kürdüstan olaraq təbliğ edir. Bu isə, Güney Azərbaycanla yanı-sıra Türkiyənin də içini terror caynağına çevirmək çabasıdır. Farsçı molla rejimi, bir yandan Kürd, başqa yandan isə Erməni kartını əldə tutmaqla Türkiyə və Azərbaycana sürəkli basqı etməyə çalışır.
Rejimin əlindəki URMU proyekti ölüm-qalım hökmü daşır. Zəngəzur Dəhlizini də bu stragiyanın içində görmək gərəkir. Qarabağ zəfərilə Fars faşizminin şeytan sifəti üzə çıxınca ortada gizli kart oyunu qalmamışdır. Urmu Gölü, Xankəndi, Zəngəzur, Kürd və Erməni de-fakto olaraq üç ölkənin arasındakı qapanmamış gənəl hesabın hissələridir!
TÜRKİYƏ-AZƏRBAYCAN URMU GƏRÇƏYİNƏ BİGANƏ QALMAMALIDIR!
Bu gəlişmə Güney Azərbaycan Milli Hərəkatını çox dərindən tədirgin etməkdədir. Tehran rejiminin bir faşist dövlət kimi insanlığa qarşı nəcə təhlükəli olduğunu unudmamaq gərəkir. Tehranın terror və fondamental rejimi Kürd geyimli terror qruplarını türklərə qarşı ən ağır silah-sursatla təhrik edərək, bölgəni olan üstü qara kabusa bürümək istəyir. Bunun qarşısını almaq üçün yalnız Güneyin Batısı deyil, bütöv Azərbaycan və Türk soydaşların ”URMU” olması gərəkir. Çevrə düşməni rejim, bütün gücü ilə Urmu Gölünün qurudulmasına özən göstərir. Rejim, Urmu Gölünü ölmədən öncə ölü göl göstərməklə Azərbaycan türklərinin inamını qırmağa çalışır. Bunu rejimin bütün rəsmi deyimlərində, çıxışlarında və bildirişlərində açıqca görmək mümkündür. Nə yazıq ki, rejimin psikoloji basqısı olduqca Azərbaycan Türk Milləti üzərində olumsuz etkilər buraxmış və buraxmaqdadır. Urmu Gölünün qurumasına iqna edilən yerli türklərin köçməsinin bir an öncə başlaması insan düşməni şüuubi rejimin təməl amacıdır. Rejim, öz çirkin varlığını yaşatmaq üçün yalnız Azərbaycan türklərini deyil, bütün kompakt yaşayan qeyri-fars etniklərin sürgün edilməsini qafasına qoymuşdur artıq! İstər bu etnik çoxunluq Azərbaycan türkləri olsun, istərsə başqa azınlıqlar!
Terrorist rejimin Urmu Gölü propaqandasının görünən üzü doğa suçlaması ilə bəzəklənmişdir. Rejim, inandırmaq istəyir ki, Azərbaycan və bölgənin tarixi faciəsinin suçlusu təbiətin özüdür! Halbuki, son 20 ildə bütün iç və dış ekoloqların alarmına qarşı Urmu Gölünü dolduran Nazlıçay, Acıçay, Sufiçay, Cığatıçay, Qoduqboğançay, Leylançay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıqça və onlarca kiçik çaylar üzərində yüzdən çox böyük, orta və kiçik su anbarı (bənd, baraj) tikilib və tikilməsi sürməkdədir.
Çevrə ekoloqlara görə, Urmu Gölünün qatil barajlara qarşı dirəniş gücü son 20 il içində %70-80 azalaraq, genişliyi 5,822 Kilometrdən 1,468 kilometrə düşübdür. Başqa anlamı ilə, həmin sürəcdə gölün su həcminin norması 15,5 milyard kubmetrdən 1,2 milyard kubmetrə düşübdür. Halbuki, Tehran faşizminin istatistik mərkəzlərinə görə, dövlət kontrolunda olan Urmu Gölünün həndəvərindəki su anbarlarında toplaşan suun indiki həcmi 18,10 milyard kubmetr üzərindədir. Yəni, rejimin Sepah orqanının kontrolunda olan barajların bilimsəl buraxılışıyla bölgənin bütün əkin-biçin və tarlaçılıq sənəti ilə birlikdə Urmu Gölü də öz doğasına qayıdabilər.
Rejimin Urmu Gölü propaqandası mollaların özü kimi böyük bir yalandan ibarətdir. Türk düşməni rejim, 22 milyard dolarlıq 2 dev proyekt təməlində İsfəhan, Simnan, Qum, Şiraz, Kirman, Yəzd və mərkəzi Farsistan qumsallığını yaşıl vadiyə çevirmək üçün milli səfərbərlik elan edir. Farsçı rejim, Bəsrə körfəzli və Xəzər dənizli iki marşrutdan 1100 və 1250 kilometrlik su borularını qumsal bölgələrə çəkdiyi halda, Urmu gölünün qurtuluşu üçün ən ufacıq belə, büdcə ayırmaqdan qaçır. Rejim, Azərbaycan incisinin qurutması yolunda hətta başqa dövlətlərdən gələn azacıq yardımları belə, bölgəyə göndərməkdən imtina edir.
Bütün ortada olan toblolara görə, farsçı rejimin Urmu Gölünü qurtama planı yoxdur. Tehranın mafiya dövlətinə görə, Təbriz başda olmaqla Azərbaycan mərkəzi farsistan kimi kəvirə çevrilməlidir. Ancaq, qumsal çollük deyil, duzlaq çol olaraq insanların yaşaya bilmədiyi ölü bölgə halına gəlməlidir.
Güney Azərbaycan Milli Hərəkatı bu ağır faciə qarşısında susqun seyriçi qalmamalıdır. Tehran faşizminin Təbrizdən qorxusu bəllidir. Ancaq, Təbrizin gücü Ərdəbildən, Urmudan, Zəngandan, Marağadan, Xoydan, Əhərdən, Həmədandan, Kərəcdən və bütöv Azərbaycandan asılıdır. Ayrıca Tehranda, Güney Türkmənistanda, Qaşqaistanda, Xələcistanda, Xorasanda və Azərbaycandan uzaqlarda yaşayan milyonlarca soydaşımızın ruhu Təbrizdə vurmaqla Təbriz istənilən tarixsəl şəhər ola bilər. Tehranda, Kərəcdə yaşayan 10 milyon civarında soydaşımızın Urmu Gölü və Batı Azərbaycan faciəsinə doyğusuz yanaşması böyük talesizlikdir! Belə talesizliklərə son vermək üçün Azərbaycan Milli Hərəkatına bağlı olan bütün milli-siyasi qurumların Urmuya odaxlanması bir an gecikmədən gündəmə gəlməlidir.
5-ci bölümün sonu- davam edəcək
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü