By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 6-Ci BÖLÜM
Paylaşın
Bildiriş
Son Xəbərlər
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı
Gənəl Gündəm
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər
Urmu Səni Səsləyir
Siyasət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 6-Ci BÖLÜM
Gənəl Gündəm

BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 6-Ci BÖLÜM

GAQP
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU!

6-Ci BÖLÜM

 

 

(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı- İnformatik və Milli Araşdırmalar Bölümü)

İranın terrorist rejimi, Kürd terror şəbəkələrini dövlət etməyə çalışaraq, hüdudlarını belə, böyük kürdüstan olaraq təbliğ edir. Bu isə, Güney Azərbaycanla yanı-sıra Türkiyənin də içini terror caynağına çevirmək çabasıdır. Farsçı molla rejimi, bir yandan Kürd, başqa yandan isə Erməni kartını əldə tutmaqla Güney Azərbaycan ilə yanısıra Türkiyə və Azərbaycan cümhuriyyətlərini sürəkli basqı altında saxlamağa çalışır.

Rejimin əlindəki URMU proyekti ölüm-qalım hökmü daşır. Zəngəzur dəhlizini də Urmu strategiyasının içində görmək gərəkir. Qarabağ zəfərilə Fars faşizminin şeytan sifəti üzə çıxınca ortada gizli kart oyunu qalmamışdır. Urmu Gölü, Xankəndi, Zəngəzur, Kürd və Erməni de-fakto olaraq üç ölkənin arasındakı  qapanmamış gənəl hesabın hissələridir!

 TÜRKİYƏ-AZƏRBAYCAN, URMU GƏRÇƏYİNƏ BİGANƏ QALMAMALIDIR!

 Güney Azərbaycan varlığını təhdid edən gərçəklər Türk Dünyasına, İslam Dünyasına, İranda yaşayan qeyri-fars əsir millətlərə və uluslararası siyasi mərkəzlərə çatdırılmalıdır. Sözsüz ki, media ən böyük bilgi aracı olaraq həyati önəm daşıyır. Nə yazıq ki, media sorunu Azərbaycan Milli Hərəkatının ən yaralı yeri olaraq qalır. Güney Azərbaycan adı daşıyan 2 TV olduqca millətdən və milli fəallardan uzaqlardadır! Bu iki TV ancaq, 4-5  kişilik kadrları ilə partizanbazlıqla uğraşır! Sadə anlamıyla hər iki tv-nin qapıları %90-95 oranında özgür, bağımsız milli-siyasi aktivlərin üzünü bağlıdır. Elə buna görə, özləri deyinir, özləri eşidirlər! Türkiyə və Quzey Azərbaycan mediasına gəlincə, durum daha acı vericidir. Bir neçə kiçik çaplı özgür milli media dışında, Quzey və Türkiyə mediasında Güneyin dərdi öz deyil, qonşu dövlətin problemi kimi diplomatik ilişkilər altında əzilib unudulur! Bunun iki böyük nədəni isə qafa və para yoxsulluğundan irəli gəlir. Bu kəsimə görə, Azərbaycan və ya Türkiyə dövlət başçılarının Güneylə bağlı iki dodaq arası sözləri tanrı hökmü kimi alqılanır. Örnəyin, sayın İlham Əliyevin 10 milyon hüdudlarımızda, 40 milyon isə hüdudlarımızdan kənarda yaşayan azərbaycanlı…sözlərin bomba kimi medialara düşür. Ancaq, bu həyəcan neçə gün sonra Tehran faşizminin bir addım geri çəkilməsilə sonur! Yəni, sarı media, yəni özlüyündən iradəsi olmayan qafa və para yoxsunu media! Üzücü haldır ki, hakim dairələrimizin Güney Azərbaycanın təməl haqlarına qarşı”bugün get, yarın gəl!” çalxantısının dalğaları eynilə ölkə mediasını da etkiləyir. Bu isə, yalnız Azərbaycan və Türkiyədə deyil, Türk dövlət və toplumlarının, İslam aləminin, Batı dünyasının, BMT, NATO, YUNESKO kimi çox önəmli mərkəzlərin bilgisizliyinə nədən olur. Bunun ən böyük qazananı isə, Tehran faşizmi olur! Türk başçılarının çəkimsər siyasətindən güc alan farsçı rejim, yalnız 40 milyonluq Güney və İran adlanan coğrafiyada yaşayan Türk varlığını deyil, bütün Türk Dünyasının, Ortadoğunun və əli uzanan dünya varlığının dinc yaşayışını təhdid edir. İnsanlıq qarşıtı rejimin bölgə dağıtma amacının ilk addımı Urmu Gölüdür. Gölün qurumasıyla bölgədə nə kimi faciələr gözlənilir?  

  • Gölün qurumasıyla 500-dən 600 kilometrə qədər radiusa (şüa) genişliyində duz fırtanasının dağılması qaçırılmazdır. Belə durumda, Urmu Gölündən Təbrizə əsən Küləklərin dağılma alanı Bakıya 400, Naxçıvana isə 200 kilometrdir. Yəni saatda 80 kilometr xızla ucan tozların Naxçıvana yetişməsi hardasa 2-3, Bakıya isə 5-6 saat içində kəsindir. Bakı-Təbriz birləşməsi bir nəcib dilək kimi ürəklərdə qaldığı halda, iki doğma diyarın gözlərinin eyni xəstəlikdən kor olması qaçırılmaz olacaqdır! Ayrıca Urmudan qalxan küləklər az bir zaman içində (İğdır 280, Ağrı 300, Van 260 Km.) şəhərlərini də öz etkisi altına alacaqdır. Bununla yanaşı milyonlar Güney Azərbaycan türklərinin Türkiyə və Azərbaycana axışı gündə olacaqdır. Bu sonucla, iki Türk dövlətində saysız sosial, siyasal, iqtisadı və əmniyyəti böhranlar əmələ gələcəkdir. Bu isə, Tehranın anti-türk rejiminin içdən arzusudur.

6.cı bölümün sonu. Ardı var.

 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – İnformatik və Milli Araşdırmalar Bölümü

You Might Also Like

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı

Türkiyə Cümhuriyyəti Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Adına Açıq Müraciət

Super Çempion Azərbaycanın Traxtoru

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

GAQP Sentyabr 21, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU! 5-Ci BÖLÜM
Növbəti Məqalə BAŞ VERƏ BİLƏCƏK ”AZƏRBAYCAN-TÜRKİYƏ” VƏ İRAN SAVAŞINDA ”URMU” FAKTORU!7-Ci BÖLÜM

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı
Gənəl Gündəm Oktyabr 11, 2025
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər Oktyabr 7, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər Sentyabr 28, 2025
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər Sentyabr 27, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?