Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Qəzzə Savaşı ilə bağlı yeni bildirişi
Xocalıda 613 dinc əhalının soyqırım edilməsi,
Ukrayna uçağının 176 dinc yolçu ilə düşürülməsi,
Argentinada 850 dinc yəhudinin bina içində partlatılması,
Qəzzədə xəstəxanaya sığınmış və yaralı 475 dinc insanın bombalanması eyni bəşəri cinayətdir.
HƏMASIN SUCSUZ İSRAİL VƏTƏNDAŞLARINA QARŞI TERROR SALDIRISININ ARDINDAN SUÇSUZ FƏLƏSTİN XALQININ FACİƏVİ SOYQIRIMI DAVAM EDİR.
Artıq iki haftaya yaxındır ki, Qəzzə savaşının boyudları durmadan böyüyür. Gün yoxdur ki, yüzlər günahsız insanın qanı tökülməsin. Bölgədə hər an bir faciə, hər an bir soyqırım yaşayır! Bunun mutlusu və mutsuzu kimdir!? Tehran molla rejimi 44 ildir durmadan işğalçı sionist rejimi yox etmə şüarı ilə insanları aldatır. Özü yox olmağa məhkum olan oyuncaq farsçı şuubi rejim üçün, İsrail-Fələstin faktı bir bəqa şansı kimi hələlik davam edir. Tehran qatilləri bu fürsəti əldə tutmaq üçün ərbabların bütün tapşırıqlarının yerinə etirməsinə can atır. İran rejimi bir əsəb pozucu sinək kimi zaman-zaman batılı və doğulu ərbablarını incitsə də qırx dörd ildir ki, üzərinə düşən çirkin görəvini sürdürür. Ancaq, hər qulun bir sürəci, hər qulluqçunun da son bulacaq bir ömrü vardır.
Qəzzədə ölümdən qaçacaq bir sığınacaq, bir xəstəxana bəlirsiz yerdən bombalanır. Xəbər sanki öncədən hazırlanmış kimi, İsrailin cinayəti olaraq dünyaya rapor olunur. Tehran mediası sürətlə bu xəbəri dünyaya servis edir. Çünki, Tehranın ən dərin strategiyası bölgənin savaş və düşmənlik içində olmasıdır. Bu üzdən, siyasi tansiyonun sıcaq savaşa dönüşməsi atmosferdə İran adlanan ölkənin içində nələrin olması dünya mediası gözündən uzaqlaşaraq farsçı şuubi rejimin vəhşilikləri maraq dairəsindən uzaqlaşır. Ayrıca Tehranın bu arzusu ilə dünyanı yönəldən silah kartellərin çabası üst-üstə düşür.
Co Baydenin sözdə ani diplomatik İsrail, Fələstin, İordaniya səfəri 485 suçsuz insanın qanı altında anlamını itirir. Baydenin Mahmud Abbas və II Abdullah kimi etkisiz Fələstin və İordaniya liderlərilə gərçəkləşməmiş görüşün nədəni ərəblər tərəfindən rədd edilmiş kimi görünsə də, ABŞ diplomatik manevrəsinə daha çox bənzədi. Baydenin savaş əsnasında İsrailin yanında olması öncədən bəlli idi. Ancaq, anti-bəşəri İran rejiminin bu oyunun harasında dayanması an-ba-an özünü göstərməkdədir. Artıq, bu rejimin İsraili və Amerikanı seriya hədələri kürəsəl alanda duzunu itirmiş Pentaqon oyunu kimi anlaşılır.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı dərindən bu əslə inanır ki, çeşidli yollarla trilyonlar dollar batı və doğu ərbablarına qazandıran işğalçı İran rejiminin qanlı varlığı sona çatacaq. Türk milləti və Azərbaycan yurdu öz bağımsızlığına qovuşacaq. Türk varlığının insancıl gücü ilə dilindən, dinindən, soyundan asılı olmayaraq insanlar barış içində yaşayacaq, yeni Ortadoğu doğulacaqdır.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı-Yönətim Qurulu
2023/10/18