VAMPİRLƏRİN BİR AYLIQ QAN ŞÖLƏNİ!
GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATININ İNSANLIĞA QARŞI SÜRƏN SAVAŞLA BAĞLI 3-CÜ BİLDİRİŞİ
4 min uşaq, 2500 qadın, toplam 10 min üzərində fələstinli, yüzlərcə israilli ölü və yüz minlərcə yaralı, evi-yuvası yıxılmış əzgin sivil insan, Həmasın sivillərə qarşı vəhşi terror eyləmi sonucunda 250 israilli uşaq-qadın əsir, 100 milyar dollara yaxın mali ziyan vb.! İki Tehran və Təl Əviv terror dövlətinin anti-bəşəri macərasının həzinəsidir. Sözsüz ki, bu cinayətin baş aktoru olan ABŞ sömürgən dövlətin rolunu görməməzlikdən gəlmək olmaz! ABŞ bütünlükdə sahib olduğu Ortadoğu poreyektinin siyasi, nizami və dəngəsəl gücünün əlində tutması peşindədir. İsrail bu proyektin təməl daşlarından biri kimi Vaşingtonun yalnız vəkili kimi böyümə və super güc olma strategiyasının icra hökümlüsü və İran adlanan farsçı şuubi rejim isə, İsraildən pay qoparma və öz çirkin bəqasını uzaltmaq peşində Həmas, Hizbullah, Husi, İslami cahad, Həşəd əl-şəbi, PKK, PYG kimi onlarca iri silahlı terror şəbəkələrinin ağabəyi, bu anti-bəşəri şölənin ən sevilən tərəfləridir!
Bir ay bundan öncə (7/10/2023) Tehran, Təl Əviv və Vaşiqton teatrının ssenarisi əsasında Həmasın İsrailə qarşı yerdən, dənizdən, göydən ani füze yürüşü başlandı, birgün içində yüzlərcə suçsuz İsrailli qətlə yetirilərək yüzlərcə uşaq-qadın evlərindən oğulanaraq Qəzzəyə götürüldü. Bu terror saldırısından 24 saat sonra İsrail hakimiyyəti Həmasa qarşı savaş elan edərək, Qəzzəni toz-dumana çevirib bugünədək on mindən artıq insanın ölümünə, on minlərcənin yaralanmasına, yüz minlərcə ac-yalavac dinc insanların avara düşməsinə nədən oldu.
Bu cinayət tablosunun üzdə qazanan tərəfi hələlik İran adlanan işğalçı şuubi fars rejim görünsə də, son yenilən tərəfi məhz bu rejimin özü olacaqdır. Faşist rejim üçün, İsrail ilə Türk və Ərəb dünyasının diplomatik gərginliyi davam fürsəti olaraq çox önəmlidir. Bu üzdən, on min deyil, yüz min insanın İslam adı ilə ölməsi bu rejimi motiv edər! Çünki, Tehran şuubiçiliyin qanlı bəqası savaşa bağlıdır. Özəlliklə fontamental məzhəbsəl ideologiyasına görə, yer üzündə son bir Sami savaş olmalı ki, şiələrin 12.ci imamı ağ atı və qanlı qılınc ilə kafirlərin sonunu gətirsin!
2012-ci ilində, Al FATAH və Fələstin Özər Hökumətinin lideri “Mahmud Abbas” iki dövlət layihəsinin (Fələstin 22 %-İsrail 78%) BMT-yə təqdim edilməsilə Ortadoğunun ən kor düyünlərindən birinin açılmasına ümidvarlıq yaratdı. Bu üzdən, Təhlükəsizlik Şurası başda olmaqla MBT-nin hardasa bütün üzv dövlətləri o cümlədən İİR və İsrail bu önərini qəbul etdilər. Hətta Həmas örgütü belə, onu qəbul edməyə məcbur qaldı. Ancaq, İsrail və Fələstin (Özərk Hökumət) arasında başlanan müzakirələrə Tehran əngəli taxıldı. Tehranda yenidən Xumeyninin səsləndirdiyi ”İsrail yer üzündən silinməli!” şuarı daha sərt səsləndirməyə başlandı. Sepah, yürətdiyi füzələrinin üzərində məhv olsun İsrail sözünü yazaraq küçə göstəriləri təşkil etdi. Xamneyi Həmas, Hizbullah, İslami cahad terror başçılarını Tehrana çağırdı. M.Abbasın çabalarını boşa çıxarmaq üçün, Həmasa, Hizbullaha, İslami Cahada acil olaraq milyardlar dolar pul, silah-sursat, ölkə içində hərbi təlim qərargahları verərək, ənənəvi yardımlardan əlavə illik 200 milyon dolar yardım verdi və verməkdədir.
Bölgənin ən dərin savaş orqanizatoru olan Tehran terror dövlətinin barışa qarşı naiblik rolu gün keçdikcə bəşəriyyətin sağalmaz yarasına çevrilməkdədir. İran adlanan işğalçı fars dövlətinin millətlərə qarşı tutumu yalnız öz hüdudlarında deyil, bəlkə əli uzanan bütün bölgələrdə təhdid amili olaraq bəlirlənir. Harada geri qalmış toplum varsa farsçı şuubi rejimin azğın nəfəsi orada ölüm virusu kimi dolaşır. Qan içən molla rejimi üçün yalnız yəhudi toplumu deyil, irəliləmə yolunu tutan, din, məzhəb və öyküsəl xurafatlardan qaçan toplumlar bu fontamental rejimin potensial düşməni sayılır. Bu toplumların kristin, müsəlman və ya yəhudi olması Tehran üçün fərq etməz! 1 milyon şiə müsəlman Azərbaycan türkü 30 il maddı-mənəvi kristian (qriqori, erməni) işğalına məruz qalaraq soyqırım olunur. Tehran şiə farsçı rejim bir kərə olsun belə bu sürəcdə müsəlman Bakı dövlətinin yanında durmur. Azərbaycanın müsəlman ordusu 30 il sonra ağır zərbələrdən sonra Ermənistanı diz çökdürəndən sonra həmin Tehran şiə mollaları şiə Azərbaycanı təhdid edərək işğalçı kristian erməni və onun kristian hamiləri yanında dayanır. Sözdə Tehran İslam cümhuriyyəti 44 illik qara sürəcində Türkiyə və bütün Türk toplumları ilə, ayrıca ərəb dilli müsəlman Səudiyyə Ərəbistanı, Suriya, İraq, Birləşik Əmirlikləri, Yəmən, Misir, Sudan, Bəhreyn, İordaniya, Fələstin, Livan və bu kimi dindaş ölkələrlə bir gün olsun belə, dost olmamışdır. Hətta zaman-zaman bu ölkələr içində nifaq tuxumu səpmək üçün ən geri qalmış qatmanlardan terror qrupları yaradaraq dövlətlərini təhdid etmiş və etməkdədir. 1960-lardan toplumsəl qalxışmağa girən Əfğanistan, bu rejimin gəlməsilə ən dərin bataqlıqda boğulur və qeyr… Yüzlərcə kəskin örnəklərə dayanaraq, Tehran rejiminin varlıq fəlsəfəsi bir mənalı olaraq insanlığın qaranlıqda qalması üçün ortaya gəlmişdir. Bu gün İsrail-Fələstin varsa, yarın kim olursa olsun, bu vampir rejimin qara həyatı üçün savaş gərəkdir.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, məzlum Fələstin millətinin sörmürgən dövlətlərin macəralarına qurban getməsini şiddətlə qınayır, insan qanının axmasına nədən olan Rusiya-Ukrayna, Fələstin-İsrail kimi savaşların biran dayanmasını diləyir.
Özgür insan, bağımsız dövlət bəşəriyyətin anlamıdır. Gün olsun ki, İransız bölgəmizin barış işığında yaşamasına imkan yaransın. Gün olsun ki, Güney Azərbaycan Türk Cümhuriyyəti bölgənin yenidən dizaynında baş rol sahibi olsun.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı—Yönətim Qurulu, 07/11/2023