AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİN 78-Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI
GÜNEY AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATININ BİLDİRİŞİ
AZADLIQ – ƏDALƏT – MİLLİ HÖKUMƏT
İgid Azərbaycan Türk Milləti!
Qanlı 21 Azər (12 Dekabr) ruhunun yüksəlişindən 78 il keçdi. Hər il şanlı 21 Azər xatirəsinin gülər-ağlar
duyğuları sömürülən millətimiz içində yenilənir. Artıq 21 Azər ruhu belə, nisgil dolu anılarına son verməyi
diləyir. Artıq, 21 Azər bizdən bir son milli savaş yəni işğaldan qurtuluşa doğru ayaqlanma gözləyir. Öncə
vətən anlayışımızın iranilik boyunduruğundan qurtuluşu gərəkir. Bu isə, ulusumuzun türkləşməsilə
bağlıdır. Millətimizin var olan kimliyinin ona qaytarılması zamanımızın hökmü, insan kimi
yaşamağımızın təməl daşıdır.
21 Azər ruhunun özgürlüyü kəskin Türklük təməli üzərində Təbriz mərkəzli siyasi mərkəzlik tələb edir.
Bu isə, Güneyin bağımsız dövlət gücü ilə həyata keçəcək. Buna görə də, bütün çeşidli qurumquruluşların “Soydaşlıq, Dildaşlıq Vətəndaşlıq” üzərə ortaqlaşması gərəkir. Başqa anlamla desək
ideologiya yarışmalarını öz doğma dövlətimizin çatısı altında keçirməliyik. Bu üzdən 21 Azərin qanlı
ruhunun siyasət məlzəməsi olmaması üçün:
1- Özlərini ”Azərbaycan türklüyü” içində görən bütün milli-siyasi qurumlarımızın ”Azadlıq-ƏdalətMilli Hökumət” platforma altında hərəkət etmə potanseillerini birləşdirmək gərəkir.
2- Hər qurumun özünə aid simgəsi, xəritəsi, loqosu çox normaldır. Buna kimsənin deyəcəyi olamaz!
Milli qurumların simgəsəl loqoları, bayraqları ayrımçılıq hökmü daşımamalıdır.
3- Azərbaycan Milli Hərəkatına bağlı olan qurumların Ankarada və ya Bakıda bir araya gəlməsilə ilk
milli strategiya –Yəni Güney Azərbaycan dövlətçiliyinin yol xəritəsi müzakirə olabilər. Dünya
görüşündən, asılı olmayaraq bütün qurumların bu toplantının tədarükat komitəsində ən azından bir
təmsilçilə fəal olması gərəkir.
4- Güneydə və İran adlanan zindanda canını, malını, ailəsini və bütün varlığını vətən azadlığı uğruna
vermiş millətçi fədailərin bizdən istəyi birlikdir. Vəhşi Fars molla rejiminə və bütünlüklə çeşidli
panfarsizmə sinəgərən gəncmizi cılız eqolara qurban verməyə haqqımız yoxdur. Ya Güneydə milli
savaş verən Azərbaycan Milli Hərəkatına layiq olmalı, ya da yollarından bütünlüklə çəkilib əngəl
olmamalıyıq.
5- Azərbaycan Milli Hərəkatı (AMH) adına müstəqil media mərkəzi olmalıdır. Güney Azərbaycan adına
imkanat sahibi olan, ancaq qrupbazlıqla məşğul olan sorumsuzlardan hesabat istənilməlidir. AMH
adına özəlləşmiş daşınmaz və daşınan nəsnələrin ifşa olunması gərəkir.
1992-ci ildən bəri Azərbaycana qarşı farsçı-şuubi rejimin çirkin siyasətini medialaşdıran Tehran
mərkəzli SƏHƏR TV, 24 saat ərzində Azərbaycan və Türkiyə Cümhuriyyətlərinə qarşı zəhər
saçmaqdadır. O telekanal, özəl kodlar verməklə Azərbaycan dövlətinə qarşı orqanizə hərəkətlərinə
yön verir, şuubi-farsçı molla rejiminin casusluq şəbəkələrini koordinasiya edir. Səhər tv, həmin
kodlaşdırma sistemilə uyuşdurucu yollarını qaçaqçılara göstərir və yüzlərcə təxribat kanalları
yaradır.
Quzeydə Güney üçün özəl bir medianın yaranması bölünmüş vətənimizin gərçəklərini dünyaya
yaymaqda qalmamalı, eyn zamanda Səhər TV kimi düşmən səslərinin boğulmasında etgili olacaq.
6- Güney Azərbaycan üçün Milli Fondun yaranması bütün milli siyasi qurumların başlıca boyun borcu
və ən önəmli yol xəritəsidir. Mali qaynağı olmayan AMH-nın zəfərli sonucu da olmayacaq. Bu haqda
bütün milli-siyasi, millətçi, bütövçü qurumların üzərinə ortaq milli görəv düşür. Ayrıca tanınmış milli
siyasi ağabəylərin, dövlətdən kənar fondların etibarlı adı ilə gərçəkləşən milli fondun az zaman
içində AMH-nı bölgənin ən aparıçı gücünə çevirə bilər.
Əziz millətimiz, dəyərli milli mücadilə arxadaşlarımız!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı adına, Sizi qanlı 21 Azərin 78-ci il dönümündə
Güneyin milli qurtuluşu uğrunda düşüncədə bütövləşməyə, birlikdə millətləşməyə, millətcə
dövlətləşməyə çağırırıq.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
2023-12-12