AƏRBAYCANIN GƏLƏCƏYİ ÖZ ƏLİNDƏDİR,
RƏİSİLƏRİN, XAMENİLƏRİN ÖLÜMÜ İLƏ DƏYİŞƏN BİR DURUM OLMAYACAQ!
Güney Azərbaycan Milli Qurtuluş Partiyasının Bildirişi
Quşqusuz ki, Azərbaycan Türk Millətinin düşməni olan Fars faşizmi toplu olaraq, bütöv bir rejimdir. Dünyanın ən teokratik, geriçi, şovinist dövlət sistemləri sıralamasının başını çəkən Tehran rejimi üçün bundan sonrada nizam içi gizli çəkişmələr öz damğasını vuracaqdır.
Despot sistemlərə özəl olan gələr-gedər fiqurların rejim üçün bir fürsət olması kimsənin gözündən uzaq deyildir. Geri saxlanılmış toplumlarda gələr-gedər fiqurlar əslində baş diktatorun sıradan qurbanları kimi duyğu sömürgə aracı hökmü daşıyır.
Ən son örnək olaraq, 40-50 min əliyalın filistinlinin qanına girən, Həmas-İsrail vəhşiliyini körükləndirən cinayətkar Xameneyi üçün Rəisilərin, Al-i-haşimlərin ölümü nə qədər acı görünsə də, sıradan duyğu sömürgəsi araclardır.
Bəşəriyyət, bundan sonra da islam rejiminin törətdiyi bir çox acı, dərin və hətta dünyanı sarsacaq böyük savaş uçurumların oluşuna tanıq olacaqdır. Belə rejimlərin varlığı sürərkən yer üzündən qan və cinayət prosessualları uluslararası məhkəmə sistemlərindən əskik olmayacaqdır. Canı rejimləri türlü-türlü çıxarları üzündən əlləri üstündə tutan sömürgən dövlətlərin qanlı olaylardakı suçu ən azı belə rejimlər qədər böyükdür.
Amerika başda olmaqla Rusiya, Çin və böyük Avrupa Birliyi dövlətlərinin yer üzündə çəlişkən siyasətləri üzündən farsçı-şuubi siyasi İran dövləti kimi rejimlərin qan itirməsi əsir xalqların keçici sevincinə nədən olsa da, qalıcı azadlıqları üçün kəskin sonc gətirməyəcəkdir. Çünki, bu rejimlər üçün baş diktator sözünün ilki və sonu sayılır. Hətta belə diktator sistemlərdə baş despotun deyişməsi belə, çarə yolu deyildir. Yalnız, əsir millətlərin milli qurtuluş uğrunda ayaqlanması və milli dövlətlərin qurulması ilə bəşəriyyətin alnına qazılmış bu qara ləkəyə son vermək mümkündür.
Tarix boyu Türk kimliyi və gələnəyi ilə yer üzünə bəxş etdiyi ulu kültü irsinin əzəli yiyəsi – Azərbaycan Türk Milləti, bu toplumlardan biri, bəlkə də ulusu, torpağı və dövlətilə ən zəngin əsir düşən toplumdur. Azərbaycan prezidenti İ, Əliyevin deyimilə 40 milyonluq Güney Azərbaycan qandaşlarının taleyinə biganə qalınamaz! Sözsüz ki, sayğılı Azərbaycan Prezidentinin bu anlamlı sözü 50 milyonluq böyük bir türklüyün də ilk və son sözüdür.
Sözsüz ki, Azərbaycan Türk Milləti, Rəisilərin və hətta Xamenilərin ölümü ilə deyil, öz dəmir iradəsi ilə Güney Azərbaycanın Türk Cümhuriyyətini quracaq, parlaq varlığı ilə özlüyündən olan başqa Türk ulusların, eləcə də bölgə xalqları milli haqlarının əldə edilməsində böyük pay sahibi olacaqdır. Kəsinliklə o gün çox uzaq deyil!
Yaşasın millətlər dostluğu!
Məhv olsun xalqlar düşməni İran sistemi!
Güney Azərbaycan Milli Qurtuluş Partiyası (QURTULUŞ) Yönətim Qurulu
2024/may/20