By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qutlayır! LAKİN NECƏ!?
Paylaşın
Bildiriş
Son Xəbərlər
TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm
TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA
Bildirilər
TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!
Bildirilər
ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ
Bildirilər
Ana Dili Günü Qutlu Olsun
Ədəbiyyat və Mədəniyyət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qutlayır! LAKİN NECƏ!?
Gənəl Gündəm

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qutlayır! LAKİN NECƏ!?

GAQP
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

 

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı 31 dekabr

– Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qutlayır!

LAKİN NECƏ!?

 

31 DEKABR – DÜNYA AZƏRBAYCAN TÜRKLƏRİNİN QUDSAL BİRLİYİ, BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİN YENİDƏN QURULMASININ BAŞLANĞIC GÜNÜDÜR.   BU, MİLLƏTİMİZİN SÖNMƏZ MİLLİ İNAMI, DÖVLƏT BAŞÇILARIMIZIN 1989-CU İLDƏN BƏRİ ARDI-ARDINA DİLƏ GƏTİRDİKLƏRİ MİLLİ BİRLİK SÖZÜDÜR. BU İLİN 31 DEKABR BAYRAMI BAYRAĞIMIZIN AZAD OLMUŞ QUDSAL QARABAĞ SƏMASINDA DALĞALANMASI İLƏ BAM-BAŞQA SEVİNC VƏ QÜRURLA KEÇİRİLİR.

QƏHRƏMAN ORDUMUZA, İGİD ŞƏHİDLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ VƏ ALİ   BAŞ KOMANDANIMIZA ŞÜKRAN BORCUMUZLA!

 

BU GÜNÜN ETİBARI İLƏ DESƏK 31 DEKABR YƏNİ:

BİR MİLLƏT – 50 MİLYONLUQ AZƏRBAYCAN TÜRK MİLLƏTİ,

BİR DÖVLƏT – AZƏRBAYCAN RESPUBLİKASI,

BİR BAYRAQ – AY-ULDUZLU GÖY-AL-YAŞIL,

BİR PREZİDENT – İLHAM ƏLİYEV CƏNABLARI

Bu tablonun obyektiv önünün açılışı üçün hansı ön başlıqlar gərəkir?

  • 40 milyon soydaşımızın İran farsçı faşizmin qarşısında əliyalın ölüm-dirim mücadiləsi 50 milyonluq Azərbaycan davasıdır. Bu davada dövlət və millətcə ortaq olmaq gərəkir. Güneyin qurtuluşu uğrunda ”Azərbaycan Milli Hərəkatı Fondunun” yaranması ən önəmli ilkin addımdır.
  • Azərbaycan Milli Hərəkatının igid gənclərinin farsçı-şuubi dustaqlarda boğulan səslərinin səsi, uşaqlarının ağlar gözlərinin, ac qarınlarının mərhəmi olmaq Güneyin ən acil istəyidir. Özünü dövlətin və millətin bir parçası sanan kimsə əlini daşın altına qoymalıdır.
  • İrqçı rejimin basqıları üzündən illər boyu həbs çəkmiş, işkəncə görmüş, ən ilkin milli-insani haqlarını itirmiş, işini-malını, can əmniyyətini qasib rejimə uduzmuş və sonunda yaşam savaşı vermək üçün Vətənin quzeyinə və Türkiyəyə üz tutmuş yüzlərlə Azərbaycan fədaisi Türk ailə, BMT qanunlarının çox aşağısında əzgin durumda ömür sürürlər. İki dövlətimiz – özəlliklə öz bə öz Azərbaycan dövləti igid övladlarına canla-ruhla yiyələnməlidir. Bu onların ən doğal haqqıdır. Yox,”biz hələ bir millət-dövlət kimi sübyektiv və ruhsəl birlikdə deyilik” deyilərsə, onda Güneyli igidlərimizin taleyini ən azından buraxmaq gərəkir. Halbuki, ilgili dövlət orqanlarının insani və humanitar məsələlərdə vicdanlı davranışı dövlət və millət üçün ən önəmli qazancdır.
  • Bir millət, bir dövlət, bir bayraq və bir prezinet sahibi olmaq uğrunda 50 milyonluq milli düşüncə tərzində telekanal , media və vahid propaqanda şəbəkəsi yola salmaq gərəkir. Bu Azərbaycan Respublikası dövləti üçün ən az həzinə ilə başa gələndi. Belə kiçik proyektlər üçün günümüzün güclü, başı uca Azərbaycan dövlətinin mənəvi və siyasi iradəsi yetərlidir. Belə gərəkli iradənin həyata keçirilməsilə təkcə Güneyin səsinin ucalması deyil, Tehranın şuubi Səhər kanalının da zəhər saçmasına yetərli cavab imkanı açılacaqdır.
  • Başda Azərbaycan Milli Hərəkatı olmaqla, Güney Azərbaycan milli-siyasi qurumlarına doğma gözlə baxmaq, onların savaşını özününkü bilmək gərəkir. Onların madi-mənəvi yardımına qoşmaq həmrəylik anlamına gəlir. Həmrəylik quru təbriklə deyil, evində oturub hobbi olsun deyə savaşçılara yaşasın deməklə onların ailəsinin qarnı doymaz! Cəsarət ilə mali paylaşmaq həmrəylik deməkdir. Şuarda deyil, əməldə dayanışma sağlanmalıdır.
  • Diaspora təşkilatlarının iş birliyi Azərbaycan Türk Millətinin və dövlətinin dünyada tanınması üçün ən önəmli işlərdən biridir. Qeyri-hökumət və ya sivil qurumların millətlər arasında nüfuz dairəsi çox genişdir. Dünya Azərbaycanlılarının həmrəyliyi əsl anlamda milli dərnəklərin, assosiasiyaların, federasiyaların və bu kimi dünya çapında vahid proyekt üzərində sistemləşmiş birgəliklərin hərəkatından doğarsa daha etkili və sürəkli olacaqdır.

 

Belə ön şərtlərin həl olunması ilə dünya Azərbaycanlılarının birliyi və milli həmrəyliyi əsl obyektivlik qazanacaqdır. O günlərin diləyi ilə

 

Yaşasın Əlli Milyonluq Millətimiz və Dövlətimiz!

Yaşasın 31 Dekabr – Milli Birlik və Həmrəyliyimiz!

 

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı

2023/12/28

 

You Might Also Like

TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA

SAYIN FƏZAİL AĞAMALININ VƏFATI İLƏ BAĞLI ANA VƏTƏN PARTİYASINA BAŞSAĞLIĞI

İranda türk müxalifətinin siyasi və təşkilati rəhbərlik böhranı – Yazar: Ural Hatəmi

“İran” Məsələsi: Fars Dövləti Mifi, Çoxmillətli Gerçək və Güney Azərbaycanın Tarixi Haqqı – Aslan İsabəyli

Bir Ananın Ağısı, Bir Millətin Etirafı. Gəncliyə Çağırış Manifesti – Aslan İsabəyli

GAQP Dekabr 29, 2023
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Tiraxturun iki qadın azerkeşi Ənzəli Kəşfiyyat İdarəsinə çağırılıb;
Növbəti Məqalə İSTİQLALÇILAR BİRLƏŞMƏLİ!

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm Mart 13, 2026
TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA
Bildirilər Mart 9, 2026
TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!
Bildirilər Mart 5, 2026
ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ
Bildirilər Fevral 28, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?