By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: İranlı qadınların hicablarını çıxartdıqdan sonra yaşadıqları
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > İranlı qadınların hicablarını çıxartdıqdan sonra yaşadıqları

İranlı qadınların hicablarını çıxartdıqdan sonra yaşadıqları

Son Yeniləmə: 2020/02/23 at 5:19 Axşam
@admin
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

İranlı Məsih Əlinecadın ölkəsində qadınlar üçün məcburi sayılan hicab və ya baş örtüsünə qarşı başlatdığı hərəkatdan artıq beş il ötür. Sürətlə sosial mediada yayılan və küçə nümayişlərinə qədər genişlənən hərəkata indiyədək minlərlə qadın qoşulub. Bəs hərəkat məqsədinə nail olmağa yaxındırmı?

Contents
Onlayn təhdidlərSərt təzyiq

Hər şey əslində zərərsiz bir hərəkətlə başlayıb: İranın bir dağ yolunda maşınını idarə edən bir qadın saçına toxunan küləyin gətirdiyi azadlıqdan həzz alır.

  • İran: baş örtüyünü çıxaran qadına 2 il həbs verilib
  • Təərrüf – İranın ədəb-ərkan qaydaları

Bu, əksər qadınlar üçün adi hal olsa da, 1979-cu ildə baş verən İslam İnqilabından sonra İran qadınları üçün əlçatmaz bir şeyə çevrilib. Məsih Əlinecad isə beş il əvvəl bu formada şəklini çəkib və sosial mediada paylaşıb.

O, bu addımı ilə digər qadınları da azad şəkildə gizli anlarını paylaşmağa həvəsləndirib. Nəticədə Məsih ölkənin hər bir yanından qadınların göndərdiyi şəkil “bombardmanına” tutulub.

Beləliklə, məcburi baş örtüsünə qarşı #MyStealthyFreedom (#MənimGizliAzadlığım) adlı sosial media hərəkətı başlayıb.

O vaxtdan bu yana başqa həştəqli hərəkatlar da yaranıb: #whitewednesdays-dan tutmuş (#ağçərşənbələr), #girlsofenghelabstreet (#enghelabküçəsininqızları) və #mycamreismyweapon-a (#kameramsilahımdır) qədər.

Məsihin artıq 2.5 milyondan çox izləyicisi var və o, İran hərəkatının gücü hesab olunur.

Onlayn təhdidlər

“Saçıma Toxunan Külək” (The Wind in My Hair) adlı kitabında Məsih İranın şimalında yerləşən kiçik bir kənddə mühafizəkar müsəlman ailəsində böyüməsindən söz açır.

Məsih ailə üzvləri arasında belə saçını örtməli olurmuş. Qadınlara qarşı mədəniyyətinə bağlı haqsızlıq barədə onda kəskin hisslər yaranmaya başlayır.

O, “səs haqqı olmayan insanlara haqq tanımaq” istəyindən bəhs edir. Çünki İrandakı həyatı zamanı “özü də səssiz” olub.

Kampaniyası ona heç də ucuz başa gəlməyib.

  • İran: Rial ucuzlaşdı, mağazaya girənlərin “dodaqları uçuqlayır”
  • İran: İctimai yerdə rəqsdən sonra bir rəsmi şəxs həbs edilib

2009-cu ildən bəri ABŞ-da sürgün həyatı yaşayan Məsih həbs qorxusundan İrana səyahət edə bilmir. Valideynlərinə ölkədən çıxmaq qadağası qoyulub və atası onunla danışmır. Məsih deyir ki, atası dövlət agentləri tərəfindən yoldan çıxarılıb.

Ölüm təhdidləri isə Məsih üçün artıq gündəlik adi haldır.

O deyir ki, bu yaxınlarda Facebook üzərindən məşhur Bəsicidən – hökumət yönlü könüllü hərbiçi – məktub alıb. Məktubda yazılıb: “Səni doğrayacağam… Bədənini tikələyib, ailənə göndərəcəyik.”

Hərəkata başladığına görə peşman olub-olmadığını soruşuram: “Qətiyyən,” o cavab verir.

“Onlar 40 il qadın haqları haqqında danışmaq üçün doğru zaman olmadığını deyiblər, amma indi qadınları idarə edə bilməzlər.

“Bütün hökumət məcburi hicabdan danışır, bu da həmin qadınların gücünü göstərir.”

Sərt təzyiq

Hakimiyyətin reaksiyası isə sərt olub.

2017-ci ilin dekabrından bəri tək paytaxt Tehranda 35 qadın etirazçı həbs edilib. Polis hicaba qarşı etirazda iştirak edən qadınların 10 ilə qədər həbs olunacağı barədə xəbərdarlıq edib.

Bir qadın isə aprelin sonunda qadın əxlaqı polis nəfəri tərəfindən tutulub və şillələnib. Buna səbəb isə onun boş hicabı olub. Bənzəri hal heç də nadir hadisə sayılmır.

Fərq ondadır ki, bu dəfə hadisə lentə alınıb və Məsih Əlinecadın Instagram hesabında paylaşılıb. Videoya 3 milyondan çox insan baxıb və 30 mindən çox şərh yazılıb.

İnsident beynəlxalq səs-küyə səbəb olub. Hətta İranın Qadın İşləri üzrə vitse-prezidenti Məsumə Ebtekar da şiddəti pisləyib.

“Bu davranışa necə haqq qazandırmaq olar?” o, Twitter-də yazıb.

You Might Also Like

TRAXTOR ŞAMPİYON OLDU!

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”

Aprel 22, 2025

”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)

@admin Fevral 23, 2020
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə Kərbəlada Siğə biznesi / Azyaşlılarla Siğə – BBC NEWS hazırladığı reportaj
Növbəti Məqalə İranda qadınlar geyim kodeksinə görə təzyiqlərə məruz qalır
Leave a comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?