By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: XALQA MÜRACİƏT
Paylaşın
Bildiriş
Son Xəbərlər
XALQA MÜRACİƏT
Bildirilər
İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi
Bildirilər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > XALQA MÜRACİƏT
Bildirilər

XALQA MÜRACİƏT

Son Yeniləmə: 2025/06/27 at 4:26 Axşam
Milli Qurtuluş
Paylaşın
4 Min Oxu
PAYLAŞIN

Güney Azərbaycan Təşkilatlarının Güney Azərbaycan xalqına və İran coğrafiyasında yaşayan digər türk topluluqlarına Müraciəti

Əziz millətimiz!
Bu gün artıq heç kimə sirr deyil ki, İranın ən böyük milli qrupu olan Azərbaycan xalqı uzun illərdir ağır bir zülm və ədalətsizliklə üz-üzədir. Teokratik rejim öz varlığını qorumaq naminə ölkənin milli sərvətlərini əsassız ideoloji macəralara sərf etmiş, xalqın canını və malını girov saxlamışdır. Hakimiyyətin yeganə məqsədi öz mövcudiyyətini uzatmaq olmuşdur.
Son yarım əsrdə İran İslam Respublikası, başda Azərbaycan olmaqla, bu ölkədə yaşayan bütün millətlərə yalnız zülm, acı və fəlakət gətirmişdir. Bu gün əhalisinin yarıdan çoxunu Azərbaycan və digər türk topluluqlarının təşkil etdiyi İranda, rejimin terrora əsaslanan siyasəti nəticəsində minlərlə insanımız fiziki, mənəvi və psixoloji əzablar içərisində yaşamağa məcbur edilir, xalqımızın ən fundamental hüquqları isə sistematik şəkildə pozulur.
Son iki həftədə İran-İsrail münaqişəsi çərçivəsində bütün dünyanın gözü önündə bir daha şahid olduq ki, bu rejim millətləri necə ağır şərtlər altında yaşamağa məcbur edir. Bu savaşın yaratdığı faciəvi vəziyyət İran rejiminin regionu necə bir uçuruma sürüklədiyini açıq şəkildə ortaya qoyur.
Lakin təəssüf ki, belə bir tarixi və həssas məqamda bəzi radikal kürd qruplaşmaları yenidən Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürməkdə və torpaqlarımızın işğalı üçün çağırışlar verməkdədirlər. Millətlərin birgə mübarizəsi üçün əlverişli şəraitin yarandığı bir mərhələdə bu cəhdlər nə təsadüfdür, nə də sadə yerli münaqişədən ibarətdir. Bu fəaliyyətlər birbaşa, millətlərin birliyini pozmaq məqsədi daşıyır və İran rejiminin ömrünü uzatmaqdan başqa heç bir işə yaramaz.
Bu terror qruplaşmalarının Azərbaycan torpaqlarını işğal və istila çağırışları qarşısında isə mərkəzi hakimiyyətin səssizliyi, son dərəcə, mənidardır.
Məhz, belə bir vəziyyətdə Azərbaycan xalqının özü öz müdafiəsini təşkil etməkdən başqa yolu qalmır.
Şübhə etmirik ki, Azərbaycan xalqı özünü müdafiə etmək gücündədir və bu yolda bütün imkanlarını səfərbər edərək, Azərbaycan torpaqlarnda terror qruplaşmalarının barınmasına izn verməyəcəkdir. Əminik ki, bu yolda sülhün və sabitliyin tərəfdarı olan qonşu dövlətlər və xalqlar, eləcə də, dünyanın mütərəqqi qüvvələri bizim yanımızda olacaqdır.
Bu həssas və tarixi məqamda biz, Güney Azərbaycan təşkilatları olaraq,öz torpaqlarımızda öz müqəddəratımızı təyin etmək məqsədi ilə biraraya gəldiyimizi, hər zaman olduğu kimi, bundan sonra da, bu coğrafiyada bütün xalqların barış və dayanışma içində yaşamaları ilkəsini rəhbər tutacağımızı və irq, dil, din, məzhəb və s. Ayırd etmədən, bütün kəsimlərin haqq, azadlıq və təhlükəsizliyinin təminatçısı olacağımızı və elə bu məqsədlə də, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasını (GATƏŞ) təsis etdiyimizi bəyan edir, və xalqımıza səslənirik:
• Milli birliyimizi möhkəmləndirək!
• Vətənimizi, torpaqlarımızı, milli kimliyimizi birlikdə qoruyaq!
• Qarşıdakı təhlükələrə qarşı ayıq və hazırlıqlı olaq!

 

AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKÜMƏT!
GƏLƏCƏK BİZİMDİR!

 

*Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası*
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkəti – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partisi – GAİP
8. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi – GAMAC
9. Güney Azərbaycan Milli Dövlətçilik Şurası – MDŞ
10. Güney Azərbaycan Öyrənci Birliyi – GAOB
11. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

You Might Also Like

İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi

TRAXTOR ŞAMPİYON OLDU!

”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!

Güney Azərbaycan Qurtuluş Partiyasının “Doğa Günü” ilə Bağlı Bildirişi

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASINDAN BİRLİK ÇAĞRISI

Milli Qurtuluş İyun 27, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

XALQA MÜRACİƏT
Bildirilər İyun 27, 2025
İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi
Bildirilər İyun 17, 2025
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025

Son Əlavələr

XALQA MÜRACİƏT
Bildirilər
İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi
Bildirilər

Son Videolar

XALQA MÜRACİƏT
Bildirilər
İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI Ortaq Bildirişi
Bildirilər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?