By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: İRAN ADLANAN FARSÇI DÖVLƏTİN PREZİDENT SEÇKİLƏRİ TÜRK PEZİŞKİYANIN ZƏFƏRİLƏ SONA ÇATDI!
Paylaşın
Bildiriş
Son Xəbərlər
TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ DÜZÜKÜ (NİZAMNAMƏ)
GAQP NİZAMNAMƏ
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
Güney Azərbaycan Qurtuluş Partiyası > GAGP Haqqında > İRAN ADLANAN FARSÇI DÖVLƏTİN PREZİDENT SEÇKİLƏRİ TÜRK PEZİŞKİYANIN ZƏFƏRİLƏ SONA ÇATDI!
GAGP Haqqında

İRAN ADLANAN FARSÇI DÖVLƏTİN PREZİDENT SEÇKİLƏRİ TÜRK PEZİŞKİYANIN ZƏFƏRİLƏ SONA ÇATDI!

Son Yeniləmə: 2024/07/07 at 6:28 Axşam
Milli Qurtuluş
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

İRAN ADLANAN FARSÇI DÖVLƏTİN PREZİDENT SEÇKİLƏRİ TÜRK PEZİŞKİYANIN ZƏFƏRİLƏ SONA ÇATDI!

»Güney Azərbaycan Milli Qurtuluş Partiyasının Baxışı« 

 

 

Başda Azərbaycan Türk Millətinin bir kəsimi olmaqla, gənəlliklə qeyri Fars millətlərin, ümidsiz qadınların, gənclərin və %60-ı qapsayan acların nisbi səsilə soydaşımız Məsud Pezişkiyan İran İslam Cümhuriyyətinin yeni dövlət başçısı seçildi. (İranda dövlət hakimiyyət, hakimiyyət isə klasik dövlət anlayışına gəlir. Bu sistemdə dövlət mütləq fəqih deyilən dini hakimiyyətin alt qoludur. Başqa anlamı ilə desək İran dövlət sistemində bundan öncə Şah, indi isə Xamneyi mütləq diktatura və məmləkət sahibi sayılır.) Azərbaycan müstəqil milli fəallarından alınan bilgilərə görə, sayın Pezişkiyanın aldığı oy oranı göstərilən tablonun çox üstündə olmuşdur. Onun oylarının %60-65 oranında olmasını deyən doğru qaynaqlara görə, Tehran rejiminin ilk başdan saxtakarlıq sistemi çökərək adayının (Cəlilinin) seçilməsi üçün yetərsiz qalmışdır.
Bu seçkilər göstərdi ki, hardasa İran adlanan ölkənin mərkəzi əyalətlərinin səs oranı biraz Cəlili tərəfinə ağır bassa da, sınır əyalətlərinin kəskin səsini Pezişkiyan qazanmışdır. Bu isə, İran adlanan dövlətçiliyinin gələcəyinin olmamasını göstərir. Bəlucistan, Ərəbistan, Kürdüstan, Güney Türkmənistan, Güney Azərbaycan nisbi də olsa öz gələcək dövlətçilik niyyətlərini dolayısıyla ortaya qoymağa çalışdılar. Qeyri-fars millətlərin mütləqçı hakimiyyətə qarşı ortaya qoyduğu Pezişkiyan tablosunu gənəl görmək gərəkir. Rejimin elan etdiyi %49 iştirak oranı özlüyündə molla sisteminin çöküşünün siqnalıdır. Rejim üçün istənilməyən bir cümhurbaşqanının təhəmmülü yüz qat %20 oranının altında qalan kütlə tərəfindən qəbul olunmaz bir Cəlilinin olmasında yaxşıdır.
Pezişkiyan da rejim üçün özgə birisi deyildir. Xamneyinin son çarəsi yədəklərinin meydana sürülməsi idi. Üsyana hazır umudsuz zindanıların önlənməsi üçün yeni-yeni taktikalar gərəkirsə baş diktatura o işi gördü. Xamneyi öz işini gördüsə ikinci seçki aşamasında Pezişkiyaı cümhurbaşqanı seçənlərin də işlərinə biganə gözü ilə baxmamaq gərəkir. Başdiktatur öndə olmaqla rejimin nəfəs borusu olan Sepah etkənli silahlı qüvvələri də bu gedişatın bir keçici taktik olmasını yaxşı bilirlər. Bu gedişatın qarşısının alınması Xamneyi ilə, Pezişkiyan ilə və hər hansı gələr-gedər siyasi fiqorlarla alınmayacaqdır.
Bu bölgənin öz doğmalarına qaytarılması qaçınılmazdır. Bunu Azərbaycan Milli Hərəkatına bağlı olan bütün partiya və şəxslər bilir. Bunu deməyə ehtiyac yoxdur. Ancaq, Azərbaycan Milli Hərəkatına bağlı olan soydaşlarımızın birliyi, qardaşlığı, bir-birindən asılması, iranın farsçı siyasətlərinə uymaması gərəkir. Qaranlıq otaqda qara pişik axtarışı böyük xətadır. Öncə işıqla qaranlıq odanı işıqlandırmaq gərəkir. Sonra qara pişik gözümüzün önündə olacaqdır! Biraz dözümlü olmaq, biraz dərin düşünmək, mənim kimi düşünməyən məndən deyil məncillikdən uzaq durmaq, düşmənin yaratdığı təməlsiz atmosferdən uzaq durmamız çox gərəkən milli ərdəmdir. Yaxın günlərdə örtülü bir çox pərdə açılacaqdır.
Unutmamalıyıq ki, Azərbaycan Türk Millətinin böyük ümidləri vardır. Bu ümidlərin üfuqu irançılıqla deyil, Azərbaycan türkçülüyü ülküsü ilə açılacaqdır. Ulu millətimizin bir qisminin meydana gəlməsilə vilayət çəmbərində ömür sürən bir Türkün dövlət başçısı olması gərçəklik qazandısa, bütünlüyümüzün nələrə qadir olması göz önündədir. Bizim birliyimiz diriliyimizdir. Məqsədimiz qızıl olmadırsa, qızıl almamızsa Güney Azərbaycan Türk Cümhuriyyətidir. Siz Ulu Millətimiz buna layiqsiniz. Təki özlüyümüzə, özümüzə inanaq!

Güney Azərbaycan milli Qurtuluş Partiyası başqanı Eldar Qaradağlı
2024-07-06

You Might Also Like

(Güney) Azərbaycan Milli Hərəkatı Üzrə Ortaq Yol Xəritəsi

Güney Azərbaycan Qurtuluş Partiyasının Yol Xəritəsi

Güney Azərbaycan İstiqlal Manifestinin Uyğulamasıyla Yol Xəritəsi

Oktyabr 2, 2024

Azərbaycanın gənc polisinin üzücü ölüm bilgisini aldıq.

Milli Qurtuluş İyul 7, 2024
Bu Məqaləni Paylaşın
Facebook Twitter Copy Link
Paylaşın
Əvvəlki Məqalə UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.
Növbəti Məqalə AVRUPA BİRLİYİNİN FUTBOL MAFİYASI TÜRKLƏRİNİN SEVİNCİNƏ DAYANAMADI!

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər May 3, 2025
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji Aprel 29, 2025
Aprel 22, 2025
General Aprel 22, 2025
”Azərbaycan Türk Milləti”ni İrançılığa Bağlamağa Çalışanlar Utansın!
Bildirilər Məqalələr Aprel 21, 2025

Son Əlavələr

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji

Son Videolar

TRAXTOR ŞAMPİYON OLDU!
Bildirilər
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “İSTİQLALİYYƏT BİLDİRİŞİ”
Tarix.Mifoloji
Aprel 22, 2025
General
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?