By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASINDAN BİRLİK ÇAĞRISI
Paylaşın
Bildiriş
Son Xəbərlər
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət
GAQP Yönətim Qurulu Üzvü Sayın Elman Türkoğlunun Doğum Günü Münasibəti
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASINDAN BİRLİK ÇAĞRISI
Bildirilər

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASINDAN BİRLİK ÇAĞRISI

GAQP
Paylaşın
2 Min Oxu
PAYLAŞIN

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASINDAN BİRLİK
ÇAĞRISI

Sevimli Azərbaycan Türk Milləti,
Dəyərli Güney Azərbaycan təşkilat başçıları!
Yurdumuzun gələcəyi, millətimizin azadlığı və varlığının qorunması üçün birliyimizdən güc alaraq yolumuzu sürməliyik.
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) olaraq inanırıq ki, Güneyimizin bağımsızlığı, ulusumuzun azadlığı yalnız və yalnız milli birlikdən, ortaq yürüməkdən əldə edilə bilər.
Bizim yolumuz millətimizin azadlıq, ədalət və milli hökumət yoludur! Yaxın keçmiş tariximizdə dəfələrlə bizi-bizdən qopararaq, düşmənlərimizin əlverişli avına çevirdilər. Bu acı sürəcə, ancaq birlik içində olduğumuz zaman son qoya bilərik. Ancaq, birlik atmosferi içində haqlarımızı əldə edəbilərik. Fərqli düşüncələrimiz olsa da, sözsüz ki amacımız birdir: Güney Azərbaycanın milli qurtuluşu, bağımsızlığı və milli dövlətçiliyi!
Dəyərli milli fəallar, sayın təşkilat məsulları!
Çox ağır sürəcdən keçirik. Millətimizin bu sürəcdən uğurlu keçməsi üçün aydınlarımızın milli qeyrətinə, xoşgörüsünə, işbirliyinə ehtiyac var. Bu yolda sizləri qeydsiz-şərtsiz görüşlərə çağırırıq. Biz, hər hansı aşırı eqodan, siyasi ehtirasdan azad olmalıyıq. Son URMU YÜRÜŞÜ,  bir daha toplumumuzun nə dərəcə birliyə ehtiyacını göstərmiş oldu. Urmu yürüşündə toplumun bütün qatmanları—qadını, ərkəyi, öyrətməni, öyrəncisi, sənətçisi, incəsənətçisi, işçisi, işsizi, əkincisi, yazarı, şairi, siyasətçisi, hüquqçusu, doktoru, mühəndisi, dinçisi, dinsizi, varlısı, yoxsulu, gənci, yaşlısı vb.— fərqliklərindən asılı olmayaraq, vətən, millət, torpaq adına birlik, dirilik və varlıq göstərisi sərgilədilər. Bu, biz milli-siyasi təşkilatlar və fəallar üçün ən böyük örnəkdir. Biz, ya millətimizin seçdiyi birlik yolunu seçməli, ya millətimizin gözündən, sevgisindən silinməliyik.
Milli düşmənlərin ümidlərini yasa çevirmək üçün ayrılıqlara son verməkdən başqa yolumuz yoxdur. Millətləşmə, Dövlətləşmə yolunda Dildə-Düşüncədə-İşdə birlik fəlsəfəsindən ayrı düşməməliyik. Bu bir Könül seçimi deyil, gerəkən ulusal borc ve icbardır.
Birlikdən güc doğar! Güney Azərbaycan üçün birləşəlim!
Güney Azərbaycan Qurtuluş Partiyası
2025/03/27
Birbaşa ilişki: E.Q. +46 704 645244

You Might Also Like

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü

12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

GAQP Mart 27, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə YENİ İL- YAZ BAYRAMI- ƏRGƏNƏGÜN QUTLU OLSUN!
Növbəti Məqalə Güney Azərbaycan Qurtuluş Partiyasının “Doğa Günü” ilə Bağlı Bildirişi

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm Oktyabr 31, 2026
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm Oktyabr 28, 2026
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət Oktyabr 19, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?