
“İran” Məsələsi: Fars Dövləti Mifi, Çoxmillətli Gerçək və Güney Azərbaycanın Tarixi Haqqı
Michael Doranın “A Nightmare Scenario for Iran” (İran üçün qorxulu yuxu) məqaləsinə Güney Azərbaycan Açısından ideoloji-siyasi cavab
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (AzSAM)
Rəsmi siyasi-analitik tutum bəlgəsi (mövqe sənədi)
Giriş: Doğru sual qoyulub, amma cavab yarımçıqdır,
Hudson Bilimyurdunun Yaxın doğu üzrə Barış və Təhlükəsizlik Mərkəzinin başqanı cənab Michael Doranın “The Washington Post qəzeti”-ndə yazılmış “A Nightmare Scenario for Iran” adlı məqaləsi, uzun illərdir Batı siyasi dairələrində bilərəkdən və ya bilməyərəkdən ört-basdır edilən bir gerçəyi açıq şəkildə gündəmə gətirir:
“İran” adlı siyasi qurum milli dövlət deyil, qondarma şəkildə saxlanılan çoxmillətli bir imperiya qalığıdır.
AzSAM olaraq, cənab Doranın bu sualı açıq və cəsarətlə ortaya qoymasını alqışlayırıq və umud edirik ki, Amerika Birləşmiş Əyalətləri, Dövlət Qurumunda və qərarverici dairələrdə İran məsələsinə ən azı onun qədər realist və vicdanlı yanaşmalar olsun – gerçəkdən, insan haqlarının və demokratiyanın yanında dayanaraq.
Ancaq deməliyik ki, məqalədə özəlliklə demoqrafiya, tarixi legitimlik (məşruluq) və “fars mərkəzli dövlət” hekayəsi ilə bağlı önəmli boşluqlar və Batıda illərdir dolaşan yanlış düşüncələrin izləri qalmaqdadır.
Farslar dilində danışanlar yüzdə 47 ola bilər {diqqət edin: Farsdilli yox ha, fars dilində danışanlar; buna görə ki, fars milləti ya etniki diyə bir zad yoxdur. Bunu qatı panfarslar da boyun alır. Fars dili Spranto dili kimi yığma bir dil olaraq İranda yaşayan bütün millətlərin anlaşması üçün araçı (vasitə) bir dildir.}— Ancaq “İran” fars dövləti deyil.
İran ərkələtinə yəni hökumətinə aid 2010-cu il hesabatına görə farsdillilərin sanki yüzdə 47 olduğu iddia edilir. Bu rəqəmin özü belə mübahisəlidir, çünki:
1.İran qapalı dövlətdir, etnik əsaslı tuğralı (rəsmi) siyahıyaalma aparılmır;
2.“Farsdilli” anlayışı etnik fars demək deyil — zorakı assimilyasiya nəticəsində ana dilindən məhrum edilmiş milyonlarla farsolmayanlar bu kateqoriyaya salınır;
3.Farsların “say baxımından çoxluqda” olduğu iddiası tarixi və siyasi gerçəklərlə oxumur.
Tərsinə, gerçək durum budur:
•İran adlanan coğrafiyada Türklərin ümumi sayı 45–50 milyondan az deyil;
•Bunun 35 milyondan çoxu Güney Azərbaycan Türkləridir;
•Farslar isə tarixən və bu gün də azlıq mövqeyindədir və heç vaxt bu coğrafiyanın ümumi siyasi legitimliyini təkbaşına təmsil etməyiblər.
“İran” adı və fars dövləti mifinin yaradılması
Tarix açıqdır və saxtalaşdırıla bilməz.
“İran” anlayışı:
•Tarixən yalnız farsdilliləşənlərin Qaşqay türkləri yaşadığı yerlərdə kiçik bir coğrafi bölgəni ifadə edib; Sonralar da çoxunluqda Qaşqay türkləri olduğuna baxmaayaraq, oranın adını Fars Ostanı (Fars əyaləti) adlandırıblar.
•Bu ad Qacar Türk dövlətinin çöküşündən sonra qurama (süni) şəkildə bütün ölkəyə şamil edilib.
İyirminci əsrin başlanqıclarında:
•Britaniya imperiyası, neft maraqları naminə,
•Savadsız və legitimliyi olmayan bir fiquru — Rza “Pəhləvi”ni —
•Türk dövləti olan Məmaliki-Məhruseyi Qacar üzərində çevrilişlə hakimiyyətə gətirdi.
Bu, klassik müstəmləkə modeli idi:
•Dövlətin adı dəyişdirildi → “İran”;
•Tarix yenidən yazıldı;
•Millətlər danıldı;
•Türk kimliyi “qorxulu” elan olundu.
Dövlət dili adı altında etnik soyqırım siyasəti
1939-cu ildə fars dili “dövlət dili” elan edildi. Bu qərar:
•Sadəcə inzibati akt deyil,
•Mədəni və milli soyqırımın başlanğıcı idi.
Nəticə:
•Türk dili oxullardan çıxarıldı;
•Türk tarixinin öyrədilməsi qadağan edildi;
•Milyonlarla insan öz ana dilində danışdığı üçün aşağılandı, cəzalandırıldı.
Bu səbəbdən:
•Nə “İran” dövləti,
•Nə də onun “rəsmi dili”
Türk milləti tərəfindən heç vaxt legitim qəbul edilmədi.
Yalnız bu legitimsizlik böhranı səbəbindən Pəhləvi rejimi ölkəni tərk edib qaçdı.
Din adı altında farsçılığın ardı: Xomeyni mərhələsi
Pəhləvi devrildikdən sonra:
•Bu dönə din pərdəsi altında,
•Xomeyni adlı tarixi şarlatan ortaya çıxarıldı.
Amac dəyişmədi:
•Fars mərkəzçiliyini qorumaq,
•Millətlərin haqqını yenə tapdalamaq,
•Türk kimliyini yenə qorxunc kimi göstərmək.
Bu gün:
•“Şeyx getsin, şah gəlsin” siyasəti,
•Eyni imperial quruluşun fərqli maskasıdır.
AzSAM qətiyyətlə bəyan edir:
Bu oyunun təkrarı bölgəni qan gölünə çevirər.
Güney Azərbaycanın mövqeyi: Tarixi fürsət və dönüş nöqtəsi
Bu gün İran adlanan coğrafiyada iki yol var:
1️⃣ Millətlərin iradəsi ilə konfederal yeni siyasi sistem
•Hər millət öz dilinə, kimliyinə və idarəçiliyinə yiyə çıxır;
•Birlik könüllü və hüquqi əsasda qurulur.
2️⃣ Konfederasiya köndü olmazsa — özgür milli dövlətlər
•Güney Azərbaycan Türk dövləti;
•Ayrı millətlərin öz siyasi taleyini seçməsi.
Türk milləti açıq şəkildə bildirir:
Biz bu tarixi fürsəti bir daha əldən vermək istəmirik.
Batı ilə Vaşinqtona mesaj
Michael Doranın yazısı göstərir ki, Batıda gerçəyi görənlər var. Ancaq bu yetərli deyil.
AzSAM olaraq çağırış edirik:
•Aparıcı dövlət başçılarına perslər haqqında yanlış bilgi verilməsinə son qoyulsun;
•İran məsələsinə “fars dövləti” gözündən yox, çoxmillətli gerçəklikdən baxılsın;
•Güney Azərbaycan Türkləri bölgəsəl qorxu yox, elbəyliyin (demokratiyanın) əsas dayağı kimi qəbul edilsin.
Sonuc: İranın gələcəyi fars uydurması üzərində qurula bilməz.
İran adlı qurum:
•Ya millətlərin höbülləşməsi (razılığı) ilə yenidən qurulacaq,
•Ya da tarix səhnəsindən silinəcək.
Başqa yol yoxdur.
AzSAM olaraq inanırıq ki:
•Gerçəklik (doğru varlıq) udacaq (qalib gələcək),
•Türk milləti ilə ayrı millətlər öz azadlıqlarını birlikdə qazanacaq,
•Bu dönə tarix yarımçıq qalmayacaq.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (AzSAM)
Kanada bölümü
Yazarı: Siyasi şərhçi: Aslan İsabəyli


