Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransına Mesaj
Sayğılı xanımlar və bəylər,
Salam və dərin sayğılarımla!
Şübhəsiz ki, son 12 gün ərzində İran-İsrail və ardından ABŞ-ın iştirakı ilə yaranan qarşıdurmanın yarımçıq qalması, İranda yaşayan əsir millətlər və onların milli qurtuluşçu qurumları üçün bənzərsiz bir toparlanma və güc birliyi fürsəti yaratmışdır. Keçmiş onilliklərin həm uğurlu, həm də acı təcrübələri fonunda, bu gün bizlər üçün gələcəyə işıq saçacaq birgə düşüncə və hərəkət zərurəti açıq şəkildə ortaya çıxmışdır.
İranda yaşayan qeyri-fars millətlərin bu tarixi fürsətdən yararlanaraq, güclərini birləşdirib qlobal siyasi proseslərdə söz sahibi olması artıq qaçınılmaz bir gerçəklikdir. Əminik ki, faşist fars-şuubi rejiminə qarşı qurulacaq geniş və təsirli “Millətlər Cəbhəsi” həm indiki irandan sonra, həm bölgədə, həm də beynəlxalq səviyyədə azadlıq və ümid mənbəyinə çevrilə biləcəkdir. Biz inanırıq ki, bu molla-fəqih rejiminə qarşı yeganə ciddi və real alternativ, yalnız güclənmiş və birlik içində olan “Millətlər Cəbhəsi” ola bilər.
Unutmayaq ki, əsir millətlərin və yurdlərin işğaldan azad olması yalnız ortaq və məqsədyönlü mübarizə yolu ilə mümkündür.
Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, 1992-ci ildən bəri Təbrizdə başlatdığımız istiqlal mübarizəsini Türk millətinin düşüncəsində kökləndirməyə çalışırıq. Eyni zamanda, bu istiqlal iradəsini Baluc, Ərəb, Kürd və Türkmən qardaşlarımıza da aşılayaraq, milli həmrəylik yolunda əlimizdən gələni əsirgəmirik.
Biz yolumuzun doğruluğuna və haqq mücadiləsinin zəruriliyinə qəti şəkildə inanırıq. Eyni zamanda, bu cəbhənin də istiqlal və azadlıq yolunda apardığı mübarizəni dəstəkləyirik və əminik ki, keşmiş 100 boyunca İngiltərə və Rusiya tərəfindən dizayn edilmiş İran adlanan bu süni dövlət quruluşu yaxın zamanlarda qeyri-fars millətlərin güc birliyi nəticəsində tarixin çöblüyünə atılacaqdır.
Əlavə olaraq, inanırıq ki, Orta Doğu kimi od-alov içində qalan bir bölgədə İran adlı teokratik və sömürgən dövlət var olduğu müddətcə insanlıq barışa və dinc yaşam şəraitinə həsrət qalacaqdır. Bu rejim aradan qaldırılmadan azadlıq və insan hüquqları yalnız əlçatmaz bir xülya olaraq qalacaqdır.
Bizim bu anlamlı və strateji əhəmiyyətə malik konfransa ünvanlayacağımız əsas mesaj belədir:
İstiqlal yolunda birgə, yorulmadan, dayanmadan, qətiyyətlə dirəniş və milli qurtuluş mücadiləsinə davam!
Sizi bu təşəbbüs və dəyərli konfrans üçün səmimi qəlbdən təbrik edir, dəvətiniz üçün təşəkkürümüzü bildirir və əmin edirik ki, bu çətin, lakin şərəfli yolda sizinlə çiyin-çiyinə olacayıq.
Hər birinizə uğurlar və qətiyyət diləyirik.
Güney Azərbaycan Qurtuluş Partiyası Başqanı
Eldar Qaradağlı
05/06/2025