By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: 8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Gənəl Gündəm Siyasət
10 Noyabr – Atatürkü Anma Günü
Gənəl Gündəm
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > 8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı
Bildirilər

8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış tarixi razılaşma münasibətilə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

8 Avqust tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında əldə edilmiş tarixi razılaşma, strateji Qafqaz bölgəsində onilliklərdir davam edən ən mühüm münaqişələrdən birinə son qoymuşdur. Bu hadisə, beynəlxalq sistemin yeni mərhələyə qədəm qoymasının mühüm addımlarından biri kimi qiymətləndirilə bilər. Yeni beynəlxalq nizam, xüsusilə mal, enerji və kommunikasiya xətləri üzərində qurulmuş əlaqələrin inkişafı ilə xarakterizə olunur.

Bu razılaşma hələ müəyyən olunmuş vaxt çərçivəsində hüquqi təsdiq mərhələsindən keçməlidir. Lakin artıq bu ilk addım bölgədə güc balansını dəyişmiş və yeni yaranmaqda olan Türk dövlətləri blokunun formalaşması üçün mühüm zəmin yaratmışdır. Qarabağ Vətən müharibəsində qəti qələbə, Avropaya enerji təminatı və indi isə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirmə təşəbbüsü ilə Azərbaycan Respublikası bu yeni blokun aparıcı qüvvəsinə çevrilmişdir.

Bu proseslər bölgədə anti-Türk mövqeyi ilə tanınan bəzi ənənəvi oyunçuların – xüsusilə İran İslam Respublikası və Rusiya Federasiyasının – beynəlxalq hüquqa zidd və emosional reaksiyalarına səbəb olmuşdur. Anti-Azərbaycan siyasəti nəticəsində Qafqaz geosiyasətində meydanı Azərbaycan, Türkiyə, ABŞ, İsrail və digər güclərə uduzan İran rejimi, hələ də Zəngəzur dəhlizinin açılması və Qafqazda sülhün bərqərar olması istiqamətində əngəllər yaratmağa çalışır. Bu qarşıdurma siyasəti, daxili və xarici fars-mərkəzçi media və dairələrin dəstəyi ilə aparılmaqda və yalnız anti-Türk hisslərin ifadəsi ilə nəticələnməkdədir.

Biz, Güney Azərbaycan Siyasi Təşkilatları Əməkdaşlıq Şurası olaraq, bu tarixi razılaşma münasibətilə Azərbaycan xalqını və dövlətini, eləcə də Qafqazda sülh və sabitliyin qurulmasında rol oynamış bütün tərəfləri təbrik edirik. Razılaşmanın ən qısa zamanda icra olunmasını və Qafqaz xalqlarının, Türk dünyasının, xüsusilə də Güney Azərbaycanın inteqrasiyasının sürətlənməsini arzulayırıq.

Biz həmçinin bu tarixi razılaşmaya qarşı hər hansı təbliğat və ya dağıdıcı hərəkətləri qətiyyətlə pisləyirik.

Yaşasın Azərbaycan milləti

Yaşasın xalqların sülhü və dostluğu

 

13/08/2025

“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası”

1. Azərbaycan Demokrat Firqəsi – ADF

2. Azərbaycan Mərkəz Partiyası – AMP

3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH

5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP

6. Güney Azərbaycan Demokrat Partiyası – GADP

7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA

9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

 

 

 

 

 

 

You Might Also Like

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü

12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı

(GAQP) Yönətim Qurulu Üyəsi və Təşkilat Üzrə Sorumlusu Sayın Babək Soltanı,ya Başsağlığı

Azərbaycan–Türkiyə Strateji Birliyi və Güney Azərbaycanın Geosiyasi Önəmilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyası Bildirişi

GAQP Avqust 15, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Super Çempion Azərbaycanın Traxtoru
Növbəti Məqalə Əbülfəz Elçibəyin vəfatının 25-ci ildönümünü ilə bağlı

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Gənəl Gündəm Siyasət Noyabr 14, 2026
10 Noyabr – Atatürkü Anma Günü
Gənəl Gündəm Noyabr 11, 2026
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?