By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Qurtuluş Partiyasının 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü Münasibətilə Təbrik Bəyanatı
Paylaşın
Bildiriş
Son Xəbərlər
GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət
GAQP Yönətim Qurulu Üzvü Sayın Elman Türkoğlunun Doğum Günü Münasibəti
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > Güney Azərbaycan Qurtuluş Partiyasının 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü Münasibətilə Təbrik Bəyanatı
Gənəl Gündəm

Güney Azərbaycan Qurtuluş Partiyasının 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü Münasibətilə Təbrik Bəyanatı

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Hormətli həmvətənlər!

Azərbaycan xalqı üçün noyabr ayının 8 və 9-u, milli şərəf, qürur və dövlətçilik tariximizin əbədiyyətə həkk olunmuş iki möhtəşəm səhifəsidir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və milli suverenliyinin tam təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin şanlı zirvəsi olan 8 Noyabr Zəfər Günü, xalqımızın iradəsinin, ordumuzun gücünün və Prezidentimiz cənab ilham Əliyevin simasında dövlətimizin siyasi qətiyyətinin təntənəsidir. Bu gün, yalnız hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn və tarixi ədalətin bərpası günüdür.
Qurtuluş Partiyası olaraq bildiririk ki, 8 Noyabr Zəfəri Azərbaycanın milli birliyinin, strateji diplomatiyasının və hüquqi mövqeyinin qələbəsidir. Bu zəfər, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan legitim özünümüdafiə hüququnun həyata keçirilməsi ilə beynəlxalq hüquq çərçivəsində əldə olunmuş bir uğurdur. Biz bu günü yalnız bir bayram kimi deyil, həm də gələcək nəsillərə milli iradənin və hüquqi mübarizənin örnəyi kimi təqdim edirik.
9 Noyabr Dövlət Bayrağı Günü isə Zəfərimizin ideoloji və simvolik təcəssümüdür. Üçrəngli bayrağımız, türklüyümüzün, islam mədəniyyətimizin və müasirliyimizin rəmzi bu gün daha uca, daha qürurlu dalğalanır. Bu bayrağ yalnız bir simvol və rəmz deyil, həm də millətin azad yaşamaq iradəsinin, hüquqi dövlət qurmaq əzminin və tarixi varisliyimizin daşıyıcısıdır.
Qurtuluş Partiyası olaraq bəyan edirik:

• Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi danışıqlar mövzusu deyil, hüquqi və tarixi reallıqdır.
• Zəfər Günü və Bayraq Günü milli kimliyimizin, dövlətçilik fəlsəfəmizin və gələcəyə olan strateji baxışımızın ayrılmaz hissəsidir.
• Biz bu günləri yalnız qeyd etmirik, həm də onları milli yaddaşın və hüquqi mübarizənin əsas sütunları kimi qoruyuruq.
• Mübarizələrimizin məqsədi yalnız ərazi bütövlüyünü təmin etmək deyil, Azərbaycan xalqının tam milli və siyasi azadlığına, insan hüquqlarına əsaslanan hüquqi və demokratik cəmiyyətin qurulmasına nail olmaqdır.

Bu gün biz Zəfər Gününü qeyd edərkən, eyni zamanda bütün Türk dünyasına səslənirik: Birlikdə güclüyük, birlikdə azadıq və birlikdə gələcəyik.
Azərbaycan xalqının istiqlal ruhu sarsılmazdır. Bu ruh, yalnız şimaldakı deyil, bütün Azərbaycan torpaqlarında azadlıq işığını yandırmağa davam edəcəkdir.

Bu münasibətlə şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, Azərbaycan xalqını bu iki müqəddəs gün münasibətilə təbrik edirik. Qurtuluş Partiyası olaraq, dövlətimizin güclənməsi, hüququn aliliyi və milli birliyin möhkəmlənməsi naminə fəaliyyətimizi davam etdirəcəyik.

Əbədi Zəfərə və Uca Bayrağa doğru!

Güney Azərbaycan Qurtuluş Partiyasının Başqan yardımcısı və Siyasi Bölüm Başqanı
Əli Eşqi BalaTürk

 

 

 

You Might Also Like

Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi

29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun

CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?

GAQP Yönətim Qurulu Üzvü Sayın Elman Türkoğlunun Doğum Günü Münasibəti

Jerusalem Post: İranın mollalarına və onların qəddar rejiminə qarşı vahid cəbhə dayanır

GAQP Noyabr 10, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının İranda edamların və siyasi basqıların dayandırılması üçün uluslararası orqanlara müraciəti
Növbəti Məqalə “Azərbaycan Milli Hökuməti”nin qurulmasının 80 illiyi münasibətilə, “Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası” (GATƏŞ) 2025-ci ilin 13 dekabr tarixində İsveçin Stokholm şəhərində bir konfrans keçirəcəkdir

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GATƏŞ ÜYƏLİYİNDƏN AYRILMASI HAQQINDA RƏSMİ AÇIQLAMASI
Bildirilər GAQP - Təşkilat və Sənədlər Oktyabr 31, 2026
Güney Azərbaycan Qurtuluş Partiyasının Rəsmi Bildirişi
Gənəl Gündəm Oktyabr 31, 2026
29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
Gənəl Gündəm Oktyabr 28, 2026
CƏNAB PEZEŞKİAN, TRAKTORUN SƏSİNİ EŞİDİRSİNİZMİ?
Gənəl Gündəm Siyasət Oktyabr 19, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?