By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti
Paylaşın
Bildiriş
Son Xəbərlər
TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm
TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA
Bildirilər
TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!
Bildirilər
ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ
Bildirilər
Ana Dili Günü Qutlu Olsun
Ədəbiyyat və Mədəniyyət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti
Bildirilər

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti

GAQP
Paylaşın
3 Min Oxu
PAYLAŞIN

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti

Son günlərdə İran İslam Respublikası rejimi İran və Güney Azərbaycanda keçirilən dinc etirazları silah gücü ilə basdırmağa çalışmış, minlərlə insanı öldürmüş, on minlərlə insanı yaralamışdır. İran rejimi bir neçə gündür ki, internet də daxil olmaqla bütün rabitə vasitələrini qapadaraq ölkə daxilinin bütün dünya ilə olan əlaqəsini kəsmişdir və bu səbəbdən qətliamların nə səviyyədə olduğu bilinmir, amma ehtimal olunur ki, bu qətliamlar hələ də davam edir və indiyədək minlərlə insan həyatını itirib.

İran rejimi eyni şəkildə GATƏŞ-in çağırışının ardından Güney Azərbaycan şəhərlərində etiraza çıxan vətəndaşlarımıza qarşı zor və şiddət tətbiq etmişdir. Rejim dünya ictimaiyyətinin diqqətindən kənarda bu cinayətləri rahat şəkildə törətmək üçün artıq beş gündür ki, bütün rabitə sistemlərini kəsmiş, o cümlədən Güney Azərbaycan bölgələrində keçirilən dinc etiraz aksiyalarına qarşı cinayətkarcasına zorakılıq tətbiq etmiş, nəticədə çox sayda vətəndaşımızın şəhid olduğu və yaralandığı bilgisi yayılmışdır.

Biz bu cinayətləri dayandırmaq üçün bütün dünya dövlətlərini İran rejiminə aktiv təzyiq göstərməyə, internet və digər rabitə sistemlərinin açılması ilə yanaşı, müstəqil jurnalistlərin İrana girişinə şərait yaratmağa məcbur etməyə çağırırıq. Biz düşünürük ki, İranın cinayətkar rejimini dayandırmaq bütün dünya dövlətlərinin demokratik və vicdani məsuliyyətidir.

Qeyd etmək istərdik ki, 10 yanvar tarixində GATƏŞ-in çağırışı əsasında Təbriz, Urmu və digər Güney Azərbaycan şəhərlərində genişmiqyaslı dinc etiraz aksiyaları keçirilmiş, iştirakçılar azadlıq, ədalət və demokratik idarəçilik tələblərini ifadə etmişdir. Təəssüf ki, rabitə və internetin kəsilməsi fonunda bu aksiyalara qarşı sərt müdaxilələr edilmiş, çox sayda vətəndaş saxlanılmışdır.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün bütün dünya ictimaiyyətinin və dövlətlərin diqqət və dəstəyinin əhəmiyyət daşıdığı qənaətindəyik və bu çərçivədə beynəlxalq hüquqa əsaslanan səylərin artırılmasını vacib hesab edirik.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ)
13.01.2026

 

 

You Might Also Like

TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA

TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!

ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) 21 Fevral – Ana Dili Günü ilə bağlı bildirisi

21 Fevral -Dünya Ana Dilli Günü münasibətilə GATƏŞ bəyanatı

GAQP Yanvar 14, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycanın Milli-Siyasi Təşkilatlarının Etirazlarla Bağlı Dəstək Bəyanatı
Növbəti Məqalə Bir Ananın Ağısı, Bir Millətin Etirafı. Gəncliyə Çağırış Manifesti – Aslan İsabəyli

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm Mart 13, 2026
TÜRKİYƏ VƏ AZƏRBAYCAN RESPUBLİKALARININ GÜNEY AZƏRBAYCANA YÖNƏLİK STRATEJİK BAXIŞI HAQQINDA
Bildirilər Mart 9, 2026
TERRORSUZ GÜNEY AZƏRBAYCAN, TERRORSUZ TÜRKİYƏ DEMƏKDİR!
Bildirilər Mart 5, 2026
ABŞ, İSRAİL – İRAN SAVAŞI İLƏ BAĞLI BİLDİRİ
Bildirilər Fevral 28, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?