

29 Ekim Türkiye Cümhuriyyətinin Quruluşunun 103-cü İldönümü Qutlu Olsun
“Güney Azərbaycan Qurtuluş Partiyasının 29 Ekim Bayramı İlə Bağlı Bildirişi”
Böyük Türk millətinin ölüm-dirim savaşının qan bahası olan əbədi Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qutlu olsun.
Türk dünyasının ən böyük bayramı olan 29 Ekimin doğuşundan illər keçsə də, üfüqləri günü-gündən parlamaqdadır.
1923-cü il oktyabrın 29-da Türk millətinin dirənişinin simvolu olan azad, müstəqil Türkiyə Cümhuriyyətinin doğuşu, Qurtuluş Savaşının zəfər sonucu olaraq, Qazi Mustafa Kamal Atatürkün tarixi imzası ilə dünyaya duyuldu.
Atatürk istiqlaliyyətin elan edildiyi gün nə üçün dünən deyil, sabah deyil, ancaq bu gün olduğunu belə açıqlamışdır:
“Vətənimizi işğal altında buraxan Mondros anlaşması günü 30 Ekimdir. Buna görə İstiqlalın elanını (Mondros anlamasının) bir gün öne çekdik.
1918-ci il Ekimin 30-cu gün millətimizin, yurdumuzun parçalanmasına səbəb olan Mondrosun (Müqavilənin) 5-ci ildönümü olardı. Türk milləti 5 il zülm və əsarətdə qalamazdı! Buna görə də bir gün öncə, Ekimin 29-da Türkiyə Cümhuriyyətini elan etdik”.
Güney Azərbaycan Qurtuluş Partiyası bu böyük Türk bayramını qutlayır, Türkiyə Cümhuriyyətimizin sönməz ay-ulduzunun gündən-günə parlamasını umar.
Böyük Atatürkün dediyi kimi, Türk milləti 5 il əsarətdə qala bilməz! Ancaq Azərbaycan Türk Milləti 200 ildir ki, rus-ingilis-fars birləşməsinin basqısı altında əzilir. 1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin təbii nəticəsi olaraq, İngiltərə-Rusiya projesi əsasında 1000 illik Azərbaycan Türk hegemonluğuna son qoyan azlıq Fars faşizmi altına düşən Azərbaycan dövlətçiliyi 1925-ci ildə işğal edildi.
Quzey Azərbaycan 1990-cı ildə sovet dövlətinin dağılması ilə öz azadlığını əldə etsə də, 35 milyonluq Güney Azərbaycan və milyonlarca Qaşqay, Xorasanda və İran adlanan ölkənin çeşidli bölgələrində inləyən türklərin yaşamı qaranlıqlar içindı sürür. Sözsüz ki, qurtuluş mücadiləsində olan işğal altındakı bütün Türk topluluqlarının başda Azərbaycan və Türkiyə olmaqla soyu bir, boyu bir öz qardaş dövlətlərindən kömək gözləməsi çox doğal istəkdir. Türk Milləti bu alçaldıcı İşğaldan bir an öncə qurtulmalıdır.
(Güney) Azərbaycan Milli Hərəkatı (AMH) çoxmilyonluq milli qurtuluşçu güc olaraq bütün imkanlarını Güney Azərbaycanın azadlığı üçün səfərbər etməkdədir. Şuubi-farsçı düşmən rejiminin zülmünə məruz qalan, həbs olunan, zindanlarda şərəf və ləyaqəti tapdanan türkçü gənclərin sayı hər gün artır. Təbii ki, bu ağır istiqlal savaşına gedən yolda Azərbaycan və Türkiyənin dövlətlərindən ciddi maddi və mənəvi dəstəyə ehtiyac var.
Güney Azərbaycan Türk Cümhuriyyətinin yaradılması həm də bütöv, böyük Azərbaycan dövləti və Turan Birliyi üçün vaz keçirilməz faktdır.
Yaşasın Türkiyə Cümhuriyyəti!
Yaşasın Ulu Atatürkün ilkələri!
Güney Azərbaycan Qurtuluş Partiyası başqanı Eldar Qaradağlı
28/10/2026

