Güney Azərbaycan Gözü ilə 8 Mart
 
8 Mart – Beynəlxalq Qadınlar Günü, Güney Azərbaycanda yalnızca gender 
bərabərliyinin deyil, eyni zamanda milli hüquqlar uğrunda mübarizənin də simvolik 
günüdür. İran farsçı-şuubi rejimi altında inləyən Azərbaycan Türk qadınları eyn 
zamanda milli və biyolojik ayrı-seçkiliyi ilə qarşı-qarşıyadır. Qadınlara qarşı iki qat 
toplumsal, hüquqsal, məzhəbsəl və ekonomi basqılarla yanaşı milli varlıqların ən ilkin 
haqlarından belə, yoxsundur. Bu isə, dünyada başqa örnəyi olmayan 20 milyonluq 
qadın toplusuna olan ən dərin anti bəşəri gərçəkdir. Bütün bunlara baxmayaraq, 
Güneyli Türk qadın, tam milli-siyasi haqlarını əldə etmək üçün öz millətilə omuz-omuza 
ayaqdadır. 
Azərbaycan Milli Hərəkatında Qadınların Rolu 
Türk qadını, Azərbaycan Milli Hərəkatın onurqasıdır desək yalnış çıxmaz! 
Qadınlarımızın milli hərəkatın ön sıralarında yer alması heç də təməlsiz deyildir. Bu 
öndərlik Türk tarixinin dərinlərindən gələn bir milli gələnəkdir. Türk qadını tarix boyu 
yalnız açıq alanlarda, göz önündə deyil, savaşların gözə görünməz ən dərin 
düyünlərinin açarı olmuşdur. 
Güney Azərbaycan Türk qadını, faşist rejimin Azərbaycanlı ailələrə qarşı viranedici 
stratejisini sıfırlayan, etkisini minimal ölçüyə düşürən ən yılmaz milli hərəkatçıdır. 
Farsçı -şəriətçi rejimin sınırsız basqılarına baxmayaraq, Güneyli Türk qadının 
özverisilə Azərbaycan Milli Hərəkatının gündən-günə güclənməsini bütün toplumsal 
alanlarda görünməkdədir. Hazırda bir çox milli qadın Təbriz, Kərəc və başqa 
Azərbaycan şəhərlərində tutuqlu olaraq zindanlardadır. 
2022-ci İl İranda Ayaqlanma və Güney Azərbaycan Qadınları 
Görünən tabloya görə, 2022 İran etirazlarında Azərbaycanın öncül rolu yox idi. Bunun 
ən başlıca iki sorusunu belə cavablamaq olar: a) Azərbaycan Türk qadını sorunlarının 
çözümünü yalnız Təbriz mərkəzli Azərbaycan Milli Hərəkatında görür. Onun üçün yüz 
illik milli-siyasi və dövlətçilik əsarətin sonucları göz önündədir. Güneyli qadın artıq 
yalan-dolanlarla deyil, gərçəklərilə yaşamaq istəyir. Buna görə, bacardıqca özünü İran 
içi olaylardan uzaq tutmağa, bütün enerjisini öz millətinin və yurdunun qurtuluşuna 
verməyə qərarlıdır. b) Buna rəğmən, bir çox Azərbaycan türkü bu qanlı olaylarda 
canından oldu. Onlar sadəcə İran xilası, qadın azadlığı üçün deyil, bir milli yoxsunluq 
içində inləyən insan olaraq üsyan bayrağı qaldırdılar. Bu arada bir çox Türk qadını al 
qanları ilə özgürlüyün nə qədər sınırsız olduğunu göstərmiş oldular. Ancaq, qanını 
verən bu soydaşlarımız belə, irançı-farsçı İç və dış mediasının boykot qəsdindən uzaq 
qalmadılar. Fars mediası açıq-ara Türk etnikli həlak olanların kimliyini gizlədərək öz 
düşmənliyini Azərbaycanla gizli tuta bilmədi. 
Güney Azərbaycan Qurtuluş Partiyasının Qadına Baxışı 
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP), toplumun bütün qanunlarında, 
hüquqlarında, cəza alanında qadın-ərkək eşidliyini sadəcə savunmaqla deyil, o yolda 
tam anlamıyla savamaqda görür. Çünki, bir millətin milli qurtuluş savaşı onun bütün 
qatmanlarının qatılımı ilə olasıdır. Qadın, toplumun ən sorumlu yarı kəsimidir. Bir 
toplumun azadlığı onun sorumluluq daşıyan önderliyi ilə mümkündür. Bu üzdən, GAQP 
Türk qadının milli hərəkatda fəal iştirakını vacib hesab edir və onun liderlik mövqeyə 
yüksəlməsini gərəkli sayır. 
Güney Azərbaycan Qurtuluş Partiyası 
07 mart 2025

            
        
        
        
        
        