By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
Paylaşın
Bildiriş
Son Xəbərlər
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı
Gənəl Gündəm
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər
Urmu Səni Səsləyir
Siyasət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
Gənəl Gündəm

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

GAQP
Paylaşın
5 Min Oxu
PAYLAŞIN

 

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ

 

ÖN YAZI

Orta Şərqdə baş verən yeni geosiyasi-geostrateji dəyişikliklər, on illərdir, İran coğrafiyasında, irticaçı, faşist, şovinist farsmehvərli rejimlər tərəfindən basdırılan və dünyanın görməzdən gəldiyi MİLLİ HƏRƏKATLAR gerçəyinin, artıq, basdırıla və görməzdən gəlinə bilməyəcək səviyyələrə çatdığının anlaşılmasına gətirib çıxarmışdır. Özəlliklə, bu coğrafiyanın ən böyük milli qrupu olan Azərbaycan millətinin və digər Türk toplum və topluluqlarının potensialını arxasına alan Azərbaycan milli hərəkatının, son on illərdəki müəzzəm yüksəlişi, digər millətlərin də hərəkatlarına örnək təşkil etməsinə vəsilə olmuşdur.

Bu gün Güney Azərbaycan milli hərəkatının ortaya qoyduğu hədəflər və səsləndirdiyi deviz-şüarlar, yalnız İranda yaşayan qeyri-fars millətlərə örnək olmaqla və mütərəqqi dünya ictimaiyyətinin diqqətini Azərbaycan milli hərəkatının hədəflərinə cəlb etməklə qalmamış, eyni zamanda,  Güney Azərbaycan təşkilatlarının  fəaliyyət prinsiplərinin və yol xəritəsinin təməl daşlarına çevrilmişdir. Elə buradan yola çıxaraq biz – Şuraya üzv olan və bu sənədi qəbul edən təşkilatlar bəyan edirik ki:

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası, öz fəaliyyətində milli hərəkatımızın amal və ideallarını, eləcə də millətimizin sarsılmaz iradəsini simvolizə edən “AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT” şüarı-devizini rəhbər tutur və bu yüksək dəyərləri təmsil edir.

 

PRİNSİPLƏR:

  1. Milli İdeologiya və Hədəf:

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası Türk milli məfkurəsinin təməl prinsiplərinə  və Azərbaycançılıq ilkəsinə söykənir. Güney Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına inanır və uğrunda mübarizə apardığı amal və idealları tarixi və milli Güney Azərbaycan coğrafiyasında gerçəkləşdirməyi hədəfləyir. Eyni zamanda, Şura İranın fərqli bölgələrində yaşayan Türk toplum və topluluqlarının, o cümlədən Qaşqay Türkləri, Güney Türkmənistan, Xorasan Türkləri və s. müqəddəratına biganə qalmır,  onların hüquq və azadlıqlarını müdafiə edir.

  1. Bərabərlik və Vətəndaşlıq Prinsipi:

Şura irqindən, dilindən, dinindən, cinsindən, siyasi və mədəni mənsubiyyətindən və s. asılı olmayaraq, Güney Azərbaycan əhalisini bölünməz bir bütün olaraq görür və bu coğrafiyada bərabər hüquqlu vətəndaş cəmiyyətinin qurulması uğrunda  mübarizə aparır. Şura, Güney Azərbaycanda yaşayan bütün azlıqların (milli, dini, məzhəbi və s.) hüquqlarının müdafiəsi və təmini uğrunda mübarizə aparır.

  1. Milli Hakimiyyətin gerçəkləşdirilməsi:

Şura öz üzərinə götürdüyü vəzifələri həyata keçirmək məqsədilə Güney Azərbaycanda milli hakimiyyətinin gerçəkləşdirilməsi üçün dövlət quruculuğunu zəruri hesab edir və bu dövlətin quruluş formasının  müəyyənləşdirilməsində yalnız  Güney Azərbaycan əhalisinin istək və iradəsini əsas götürür.

  1. Demokratiya və Plüralizm:

Şura, cəmiyyət quruculuğunda demokratik dəyərlərin vaz keçilməz olduğuna inanır, siyasi plüralizm və fikir çeşidliliyini cəmiyyətin əvəzsiz zənginliyi kimi dəyərləndirir, Güney Azərbaycan coğrafiyasında hüququn üstünlüyünün təmin olunduğu çağdaş, sekular və demokratik bir cəmiyyətin qurulması uğrunda mübarizə aparır.

  1. Gender (cinsiyyət) Bərabərliyi:

Şura qadın və kişi arasında bərabərhüquqluluğun gerçəkləşdirilməsi uğrunda mübarizə aparır, qadın hüquq və azadlıqlarının hər hansı bir (mədəni, milli, siyasi, dini, məzhəbi və s. ) gərəkçə ilə məhdudlaşdırılmasına qəti şəkildə qarşı çıxır.

  1. Mübarizə formaları:

Şura zorakılıq və terroru qəti şəkildə rədd edir, sivil və mədəni mübarizəyə üstünlük verir. Eyni zamanda, Azərbaycan milli varlığının və Azərbaycan əhalisinin can və mal güvənliyinin və s. təhlükədə olduğu zəruri hallarda özünü müdafiə məqsədilə bütün legitim vasitələrdən istifadə etməyi məqbul sayır.

  1. Keçid Dövrünün idarəsi:

Şuranın başlıca hədəfi Güney Azərbaycan coğrafiyasında, yalnız milli iradənin hakim olduğu bir Güney Azərbaycan Dövlətini qurmaqdan ibarətdir. Eyni zamanda Şura, İran İslam Respublikası rejimindən keçid mərhələsində yarana biləcək qeyri-müəyyənlik və xaosun qarşısını almaq, unitar-mərkəziyyətçi yeni bir fars şovinist hakimiyyətinin formalaşmasına imkan verməmək  və  millətlərin öz müqəddəratını təyin etməsi sürəcini başlatmaq məqsədi ilə, Azərbaycan Türk millətinin minillik dövlətçilik təcrübə və ənənəsinə əsaslanaraq, keçid dövrünün idarəsinə, müstəqil alternativ kimi, talib olduğunu bəyan  edir. Şura bu məsuliyyəti,  bu coğrafiyada yaşayan digər qeyri-fars millətlər və xalqlarla birlikdə, ortaq mexanizmlər  yaradaraq həyata keçirir. Bu haqda Şuranın Platformu yaxın gələcəkdə yayınlanacaqdır.

  1. Millətlərin Öz Müqəddəratını Təyin Etmə Haqqı:

Şura yalnız Azərbaycan millətinin deyil, İranda yaşayan digər millətlər və xalqların da , özəlliklə, Qaşqay Türkləri, Güney Türkmənistan, Xorasan Türkləri və digər Türk topluluqlarının, azad iradələri ilə öz talelərini müəyyən etmək hüququna hörmətlə yanaşır və bu hüququn demokratik əsaslarda reallaşması üçün gərəkli şəraitin yaradılmasını zəruri hesab edir.

  1. Şura adından müzakirələr, anlaşmalar, razılaşmalar, işbirlikləri və s. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının qərarı əsasında gerçəkləşdirilir.
  2. Şura, üzv təşkilatların müstəqilliyi prinsipinə hörmətlə yanaşmaqla bərabər, yuxarıda yazılan prinsiplərin bütün üzv təşkilatlar üçün bağlayıcı olduğunu bəyan edir.

 

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası

  1. Azərbaycan Demokrat Firqəsi – ADF
  2. Azərbaycan Mərkəz Partiyası – AMP
  3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
  4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
  5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
  6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
  7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
  8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
  9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

You Might Also Like

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı

Türkiyə Cümhuriyyəti Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Adına Açıq Müraciət

Super Çempion Azərbaycanın Traxtoru

2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi

“Öz Müqəddəratını Təyin Etmə Hüququ Uğrunda Millətlər Cəbhəsi – İran” Konfransında GAQP Başkanı Sayın Eldar Qaradağlının Çıxışı

GAQP Avqust 4, 2025
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə 2025 Əli Haqşünasın xatirə gecəsi keçirildi
Növbəti Məqalə Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının Embleminin Qəbuluna Daair Bəyanatı
Gənəl Gündəm Oktyabr 11, 2025
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) Olaraq İran Rejiminin Edam Basqılarını Şiddətlə Qınayırıq
Bildirilər Oktyabr 7, 2025
Güney Azərbaycan Qurtuluş Partiyasının 27 Sentyabr, Anım Günü Münasibətilə Azərbaycan Xalqına və Dövlətinə Müraciəti
Bildirilər Sentyabr 28, 2025
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Urmu Gölünün Qurudulması Faciəsi İlə Bağlı Bəyanatı
Bildirilər Sentyabr 27, 2025
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?