
31 Dekabr, Dünya Azərbaycan Türklərinin Birlik Günü
və 2026-cı il Qutlu Olsun
Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirişi
31 Dekabr Dünya Azərbaycan Türklərinin Birlik Günü – 1828-ci ildən etibarən millətimizə zorla qəbul etdirilmiş parçalanmaya qarşı milli dirənişin və Bütöv Azərbaycan idealının simvoludur. Bu gün “Azərbaycan Türk Milləti”nin yenidən birliyə və ortaq gələcəyə olan iradəsinin anlamıdır.
Günümüzün gərçəklərinə görə, 1989-cü ilin 31 Dekabr Dayanışması,nı aşağıdakı başlıqlarda sıralamaq olar:
- Bir millət – 50 milyonluq Azərbaycan Türk Milləti,
- Bir dövlət – Azərbaycan Respublikası
- Bir bayraq – Azərbaycan Dövlət Bayrağı
- Bir dövlət başçısı – Azərbaycan Prezidenti
- Bir milli-siyasi iradə – Güneyin İstiqlalı, Bütöv Azərbaycan Dövlətçiliyinin qurulması.
BU BİRLİK ÜLKÜSÜNÜN QAZANMASI ÜÇÜN:
- Güney Azərbaycanda və digər bölgələrdə İran adlanan fars dövlətçiliyinin çatısı altında əsarətdə qalan 40 milyonluq soydaşımızın apardığı ölüm-dirim mübarizəsi bütün Türk millətinin milli davası kimi qəbul edilməlidir. Güneyin azadlığı milli zorumluluqdur.
- İran rejiminin zindanlarında əzilən milli fəalların səsi, ailələrinin və uşaqlarının acısı diqqətdən kənarda qalmamalıdır.
- Təqib və təzyiqlər səbəbilə Quzey Azərbaycana və Türkiyəyə sığınmış Güney azərbaycanlıların hüquqi və insani müdafiəsi dövlət və millət vicdanının göstəricisi olmalıdır.
- Milli birlik ideyasını daşıyan media, informasiya və ictimai platformalar yaradılmalı, Güney Azərbaycanın səsi uluslararası aləmdə sistemli şəkildə duyurulmalıdır.
- Güney Azərbaycan milli-siyasi qurumlarına sahib çıxmaq, onların mübarizəsini öz mübarizəsi bilmək millətimizin və dövlətimizin gündəliyindən düşməməlidir. 31 Dekabr ruhu şüar yox, əməl tələb edir.
- Dünyaya səpələnmiş Azərbaycan Türklərinin sivil təşkilatlanması və ortaq istiqamətdə fəaliyyət göstərməsi milli gücümüzün başlıca dayağıdır. Azərbaycan Diaspora üzrə Dövlət Komitəsi bu yolun baş memarı olaraq dəstəklənmədir.
31 Dekabr 1989-cu ildə millətimiz Rus–Fars sərhəd məftillərini sökərək sözlə deyil, əməl ilə birlik iradəsini ortaya qoydu. Bu gün Quzeyimiz dövlət sahibidir, Güneyimiz isə güclənən Milli Hərəkata malikdir. Buna görə də milli birlik əməli mövqeyə çevrilməlidir.
Yaşasın 50 milyonluq Azərbaycan Türk Milləti!
Yaşasın 31 Dekabr – Milli Birlik və Həmrəylik günümüz!
Güney Azərbaycan Qurtuluş Partiyası
28.12.2025


