Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdürü sayın Hikmət Hacıyevin Türkiyə mediasına verdiyi geniş roprtajda vurğuladığı çox önəmli sözlər sürətlə qlobal mediyada yer aldı. Geniş sual-cavabda özəlliklə Azərbaycanın iki savaş arasında qaldığı və gərgin təhlükəsizlik siyasət yürütdüyünü belə sözlərlə dilə gətirdi: “Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir”. “… bizim qardaşlarımız sərhədin, Araz çayının o tayında yaşayır. Birincisi, ərazilərimizin azadlığı və suverenliyi bizim üçün fundamental prinsiplərdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. Üçüncüsü, orada bizim vəfa borcumuz var. Sərhədin o tayında yaşayanlar, dediyim kimi…bizim qardaşlarımızdır.
Sayın Haciyevin sadaladığı sözlərin anlamında təkcə coğrafi sərhədlər deyil, həm də diplomatik ifadə ilə Güney Qafqaz və Ortadoğunun geosiyasi reallığında dayanaq Quzey-Güney və Türkiyə faktoru diqqət çəkməkdədir.
O, milyonlarla Azərbaycan türkünün yaşadığı Güney Azərbaycan coğrafiyasına açılan qapıya işarə edərək, bölgədə baş verən hər bir siyasi, təhlükəsizlik və humanitar gəlişmənin Azərbaycan üçün milli təhlükəsizlik olduğunu vurğulayır. Onun sözlərində Azərbaycan və Türkiyə arasında var olan – “Bir millət-iki dövlət!”- strateji isə bölgənin barış və dinc həyatı üçün ən önəmli fakt olaraq gözə çarpır. Bu əməkdaşlığın mahiyyəti hər iki dövlətin öz milli maraqlarını qorumaqla yanaşı, yaxın sınırlarda Türk varlığının da qorunması üçün güc faktoru kimi ortaya çıxır.
“Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var.” Sayın Hikmət Haciyevin dilə gətirdiyi bu anlamlı ifadənin arxasında iki bağımsız dövlətin stratejik əməkdaşlıq iradəsi də açıqca özünü göstərir.
Təbii ki, Güney Azərbaycanın geosiyasi mövqeyi də məhz bu strateji çərçivəsində düşünülməlidir. Bölgədə yaşayan milyonlarla Azərbaycan türkünün hüquqları, təhlükəsizliyi və yaşam haqqı əlbətdə ki, bu strategiyanın tam mərkəzində yerləşməli, Güney Qafqaz və Yaxın Şərqdə uzun sürəkli barış ortamında yaşamın və qarşılıqlı sayğın əməkdaşlığın təminatı olaraq görünməlidir.
Bu üzdən, sayın Hikmət Hacıyevin tərəfindən “iki sərhəd” vajəsinin vurğulanması geosiyasi baxışla izlənilməli, görünməli və incələnməlidir.
Güney Azərbaycan Qurtuluş Partiyası
2026/8/8


