
Kərkük şəhərinin yeni valisi Sayıan Mahammad Saman Ağanın seçilməsi münasibətilə səmimi təbriklərimizi bildiririk!

Bu seçimin Kərkükün çoxmillətli və çoxmədəniyyətli quruluşuna xidmət edəcəyinə, ədalət və barışın möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq.
Biz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, xalqların öz müqəddəratını təyin etmə haqqını və demokratik idarəetməni dəstəkləyirik. Kərkükün gələcək inkişafında ədalət, bərabərlik və insan haqlarının qorunması əsas yol göstərici olmalıdır.
Yeni valiyə bu məsuliyyətli vəzifəsində uğurlar arzulayır, Kərkükün bütün icmalarının rifahı naminə atılacaq addımları dəstəkləyəcəyimizi bildiririk.
Güney Azərbaycan Qurtuluş Partiyası
17/04/2026


