By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: 2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Paylaşın
Bildiriş
Son Xəbərlər
28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Gənəl Gündəm
2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Gənəl Gündəm
DƏRĪN BAŞSAGLIĞI
Gənəl Gündəm
1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Gənəl Gündəm
2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Gənəl Gündəm > 2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Gənəl Gündəm

2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,

GAQP
Paylaşın
7 Min Oxu
PAYLAŞIN

 

 

Güney Azarbaycan Qurtuluş Partiyası
2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Güney Azarbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) orqanizə etdiyi ZOOM konferansında çıxış mətni

 

Hörmətli xanımlar və cənablar, Dəyərli siyasi təşkilat nümayəndələri, Milli fəallar, ziyalılar və uca Türk
millətinin dəyərli övladları,
Hamınızı dərin ehtiramla salamlayıram.
Bu günkü konfransda sizinlə olmaqdan şərəf duyur və Güney Azərbaycan Qurtuluş Partiyası adından, hər
şeydən əvvəl, bu mübarizənin şəhidlərinin ruhuna hörmətimi bildirirəm. Bu arada G.A. Milli hərəkatının ağ
saqqalı və QP-nın idarə heyətinin üzvü keçən günlərdə əbədi həyata qovuşdu və istədim ki bu tribunadan ailəsinə və Milli
Hərəkatımızın fəaallarına başsağlığımızı çatdıram. 2006-cı ilin May ayında, Xordad qiyamında, İran şüubi faşist
rejiminin gülləsi ilə həyatını itirən 20-dan artıq qardaş və bacımızın xatirəsi önündə baş əyirəm. Onlar bu
torpaqların azadlığı üçün canlarını verdilər. Biz isə burada onların əmanətini yaşatmaq üçün toplanmışıq.
Bu gün biz sadəcə bir konfrans üçün bir araya gəlməmişik. Biz tarixlə üz-üzə dayanmış bir millətin
məsuliyyətini çiyinlərimizdə daşıyaraq burada toplanmışıq. Çünki tarix bəzən xalqlara uzun danışmaq
imkanı vermir, tarix bəzən yalnız bir sual verir:
❖ Siz həmin anda harada idiniz və hansı mövqedə dayandınız?
Bu ay Güney Azərbaycanın milli yaddaşında xüsusi yer tutan May hadisələrinin ildönümünü yaşayırıq. 2006-
cı ilin May qiyamı təkcə bir karikaturaya etiraz deyildi. O hadisələr küçələrə çıxan insanların qəzəbi deyil,
illərlə yığılıb qalmış milli ağrıların, mədəni sıxışdırmaların və hüquqi bərabərsizliklərin partlayışı idi.
Həmin günlərdə Təbrizdən Urmuya, Ərdəbildən Marağaya qədər küçələrə çıxan insanlar sadəcə etiraz
etmirdilər. Onlar milli ləyaqətin müdafiəsinə qalxmışdılar. Onlar dünyaya bildirirdilər ki, böyük bir millətin
səsini susdurmaq mümkündür, lakin onun varlığını silmək mümkün deyil.
Bəli, həmin hadisələr təhlükəsizlik aparatının (ittilaatın) gücü ilə yatırıldı. Həbslər oldu, təzyiqlər oldu,
ağrılar yaşandı, itkin düşənlər oldu və şəhid verdik. Lakin burada çox mühüm bir həqiqəti açıq demək
lazımdır:
Bir xalq küçədə dağıdıla bilər, lakin onun milli şüuru oyandıqdan sonra onu məğlub etmək mümkün deyil.
Bu gün bizim qarşımızda duran əsas məsələ yalnız keçmişi xatırlamaq deyil. Əsas məsələ gələcəyin yol
xəritəsini müəyyən etməkdir.
Güney Azərbaycan Milli Hərəkatının bugünkü vəziyyətini dürüstlüklə dəyərləndirməyə borcluyuq.
Parçalanma, şəxsi maraqlar, eqolar, xarici qüvvələrin kölgəsində hərəkət edən Partiyalar və şəxslər, bunlar
bizim ən böyük düşmənimiz olan İran rejimindən daha çox milli davamıza zərər verir.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün milli siyasi mühitimizdə müxtəlif istiqamətlər mövcuddur.
Bəziləri gələcəyi başqa siyasi layihələrdə axtarmağa çalışır. Bəziləri fərqli ideoloji mərkəzlərə bağlanmağın
çıxış yolu olduğunu düşünür. Digərləri isə öz siyasi yolunu başqa güclərin kölgəsində qurmağa cəhd edir.
Uca Türk Milləti bilməlidir ki, onların adından kimin danışmağa haqqı var, kimin yox. Millət bilməlidir ki,
Azərbaycan Milli Hərəkatı, İran adlanan coğrafiyadan kənarda sözcüsü kimdir və kimin təmsilçiliyə haqqı və
hüquqi vardır.
Lakin burada çox açıq və çox məsuliyyətli bir fikir ifadə etmək istəyirəm:
Türk millətinin taleyi başqalarının siyasi masalarında yazılmamalıdır.
Bir millətin gələcəyi xarici layihələrin əlavəsi ola bilməz. Bizim siyasi iradəmiz müvəqqəti ittifaqlardan,
emosional yaxınlıqlardan və gündəlik siyasi hesablamalardan daha böyük olmalıdır.
➢ Biz düşmənçilik dili deyil, siyasi ağıl dili qurmalıyıq.
➢ Biz qarşıdurma deyil, milli strateji düşüncə yaratmalıyıq.
➢ Biz emosiyalarla deyil, dövlət təfəkkürü ilə hərəkət etməliyik.
Bu səbəbdən Güney Azərbaycan Qurtuluş Partiyası olaraq inanırıq ki, milli mübarizənin əsası üç prinsip
üzərində qurulmalıdır:
• Birinci prinsip; milli birlik.
• İkinci prinsip; siyasi müstəqil qərarvermə.
• Üçüncü prinsip; hüquqi və demokratik legitimlik.
Çünki dağınıq enerjilər tarix yazmır. Tarixi təşkilatlanmış iradə yazır.
Biz bir məsələni anlamalıyıq: Bu gün sosial media dövründə yalnız şüarlarla xalqın taleyi dəyişmir. Artıq yeni
mərhələdəyik. Siyasi proqramlar, diplomatik strategiyalar, beynəlxalq hüquq dili, informasiya siyasəti və
təşkilatlanma əsas amillərdir.
Qarşımızda böyük və çətin bir yol var. Lakin millətlərin tarixində çətinlik heç vaxt son dayanacaq olmayıb.
Bir zamanlar dilləri yasaqlanan xalqlar bu gün dövlət qurublar. Bir zamanlar kimlikləri inkar olunan millətlər
bu gün beynəlxalq platformalarda söz sahibidirlər. Bu səbəbdən ümidsizlik milli mübarizənin dili ola bilməz.
Bu gün buradan bütün milli fəallara, siyasi təşkilatlara və xüsusilə gənc nəslə çağırış edirik:
• Fikir ayrılığı ola bilər.
• Yol fərqləri ola bilər.
• Siyasi baxış müxtəlifliyi ola bilər.
Lakin milli məqsəd parçalanmamalıdır. Çünki tarix bir milləti rəqibləri qədər daxili parçalanmalarla da sınağa
çəkir.
Dünyaya, Qərbə, qardaş ölkələrə isə bu mesajı verirrik:
İran adlanan coğrafiyada 40 milyondan artıq Türk milləti yaşayır. Bu rəqəm nəzərə alınmadan, bu həqiqət
qəbul edilmədən, o coğrafiyanın gələcəyindən söhbət açmaq mənasızdır. Bu torpaqların siyasi taleyi,
gələcək dövlət quruluşu, hakimiyyətin forması, başda Türk milləti olmaq şərti ilə, Ərəb, Bəluç, Kürd və sair
xalqların iradəsi ilə müəyyən edilməlidir. Nə xarici hərbi müdaxilə, nə yabancı diktatura, nə Pəhləviçi saray xülyaları, nə Mücahidlər kimi əmr altında olan qurumlar bu torpaqlar üzərindəki hökmranlıq iddiası edə
bilməz. O dövr bağlandı. Geri dönməyəcək. Gələcək bu torpaqların yerli xalqlarının, başda Türklər olmaqla,
iradəsindən asılıdır. Kim bu masaya oturmaq istəyirsə, bizimlə razılaşmaq məcburiyyətindədir. Bu bir tələb
deyil, bu bir göstəriş deyil, bu bir zor tətbiqi və anti demokratik düşüncə deyil, bu tarixi bir gerçəklikdir.
Əziz soydaşlarım,
Qurtuluş Partiyası yorulmayacaq, əyilməyəcək, satılmayacaq. Biz bu yola çıxanda nəyin bədelini
ödəyəcəyimizi çox yaxşı bilirdik. Güney Azərbaycanın istiqlalı naminə hər çətinliyi gözə almağa hazırıq.
Çünki bu mübarizə bizim üçün karyera deyil, bu, millətin əmanətidir.
Sözümün sonunda bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm:
Biz yalnız bugünün siyasi iştirakçıları deyilik. Biz gələcək nəsillərin tarix kitablarında necə xatırlanacağımıza
qərar verən bir nəslik.
Qoy gələcək nəsillər bizim haqqımızda belə yazsın:
Onlar çətin dövrdə qorxmadılar. Onlar parçalanmadılar. Onlar milli iradəni şəxsi hesabların üzərində
tutdular. Və onlar Türk millətinin gələcəyinə inandılar.
Şəhidlərimiz ölməz. Güney Azərbaycan yaşayacaq. Türk milləti qalibdir. Hamınıza təşəkkür edir, uca Türk
millətinə birlik, güc və aydın gələcək arzulayıram.
Sağ olun.
Güney Azərbaycan Qurtuluş Partiyası Başqan Yardımcısı, Siyasi Bölüm Başqanı
Əli Eşqi BalaTürk
20.05.2026

 

You Might Also Like

28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!

DƏRĪN BAŞSAGLIĞI

1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)

2006 MAY GiYAMININ 20-Cİ İL DÖNÜMÜ MÜNASiBTİ İLƏ

SAYĞI DƏYƏR AĞSAQQALIMIZ “USTAD YUSUF DƏSTANI İTİRDİK!”

GAQP May 27, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə DƏRĪN BAŞSAGLIĞI
Növbəti Məqalə 28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Gənəl Gündəm May 27, 2026
2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,
Gənəl Gündəm May 27, 2026
DƏRĪN BAŞSAGLIĞI
Gənəl Gündəm May 27, 2026
1385 XORDAD (2006 MAY) AYQLANMASI GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ DÖNÜŞ NÖQTƏSİ!)
Gənəl Gündəm May 20, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?