Güney Azərbaycan Qurtuluş Partiyası



UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.
24 İYUN, çağdaş tariximizi etkiləyən bir doğum, bir ölüm günüdür.
Bu gün Azərbaycan Türk Millətinin Ə.Elçibəy,inin doğum, H.Azərbaycanının (Dəmirçi) ölüm günüdür.
Biri Naxçıvanda, biri isə Təbrizdə doğulu, ancaq hər ikisi millətinin ürəyində əbədi məskən saldı.
Biri Quzeyin İstiqlalı uğruna dəyərli ömrünü verdi, Biri isə Güneyin bağımsızlığı yolunda can bağışladı.
Hər ikisi Bütöv Azərbaycan sevdası ilə “Azərbaycan Türk Millətinin” şərəf medalı oldu.
Güney Azərbaycan Qurtuluş Partiyası bu iki böyük insanımızın milli inancını və qurtuluşçu yolunu özünün ən şərəfli yolu olaraq davam edir.
GAQP, bu iki yolbayın bizə tapşırdığı qudsal əmanətinin sonuca varması üçün milli qurtuluş savaşının bir an durmadan sürdürəcəyinə andılıdır.
Azərbaycan var olduqca Ə.Elçibə-H.Dəmirçi adı yan-yana yaşayacaq.
Böyük ulusumuzun milli ərdəmi sayılan iki böyük övladının xatirəsi ürəklərdən silinməyəcək.
Onların ölməz adı-sanı Azərbaycan Türk Millətinin düşüncəsində yaşayacaq.
Güney Azərbaycan Qurtuluş Partiyası
24/06/2026

