By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı
Paylaşın
Bildiriş
Son Xəbərlər
Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm Siyasət
Güney Azərbaycan Qurtuluş Partiyası UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.
Bildirilər Gənəl Gündəm Siyasət
TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət
TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət
28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!
Gənəl Gündəm
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Ədəbiyyat və Mədəniyyət > Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı
Ədəbiyyat və Mədəniyyət

Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı

GAQP
Paylaşın
13 Min Oxu
PAYLAŞIN

Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə!

Eldar Qaradağlı

 Şübhəsiz ki, “Həsən Azərbaycan”adı, Azərbaycan Türklüyü uğrunda simgələşmiş bir neçə önə çıxan addan biridir. O, bütün ömrünün milli-siyasi sürəcini sadə və səmimi qəlbi ilə öz ulusunun azadlığı uğruna verdi. Azərbaycanın kədəri, bağrının yarası, sevinci isə ürəyinin umudu oldu! O, Türk gələnəyi gərəyi, özəl acılarını içinə gömərək, vətən dərdlərini bar-bar bağırdı. Sevdiyi vətəni elə sevdi ki, vətən ona öz adını ərməğan etdi. Bu üzdən hərkəs onu “Azərbaycan” səslədi. O, millət və vətən borcunu ödəmək üçün gecə-gündüz bilmədən coşub goşdu. Ən çətin günlərində belə, öz dərdlərini millətin taleyindən üstün tutmadı, tutamadı! Çünki, onun adı yurdunun qutsal adıyla qutlanmışdır. Belə səadəti isə, dünyada az adam qazanar. Uşaqla uşaqlaşan, gənc ilə gəncləşən, dərdli ilə dərdləşən və bir sözlə millətlə millətləşən bir ömürün zirvəsinə ulaşmaq, sözsüz ki, onun yaşanması ilə olasıdır. Ustad, bunlarla yaşadı, yaşadıqca milli-insani bəlgəsəl oluşdurdu. Onu, başqalarından fərqləndirən bir çox başlıqdan sadəcə bir neçəsinə toxunuram:

 

  • Milli-siyasi özəllik: Həsən bəy dərin milli-siyasi düşüncəyə yiyələnmiş çox budaqlı ictimai aktor idi. Azərbaycanda olan-bitən bir çox milli, mədəni, kültürəl toplantılarda ya iştirakçı kimi və ya duruma görə yaxın dostları aracılığı ilə qiyabi şəxs kimi hazır olurdu. O, həmin yığnaqların bəlli bir sonuc alması üçün əlindən gələni əsirgəməyir, dostlarının da bu yolda çalışmasını istəyirdi. Örnəyin; 1983 miladi ilində bir tanınmış milli fəalın oğlunun adgünündə Həsən ağa da öz musiqi qrupu ilə iştirak edirdi. Səhərə işləmiş saat 2 radələrində şənlik başa çatdı. Həsən ağa və çalqıçı dostlar çox yorğun idilər. Həsən ağa mənə və bir neçə arxadaşa qalma önərisi verdi. Ondan qalma nədənini sordum. Özəl tərzilə dedi; “bir-birimizi tanıyaq biraz! Oxuduğun şerə görə, bəzi notlarım var. Onların haqqında biraz danışaq. Bir də biraz xosanlaşaq”! Saat səhər 4 dən ötmüşdü. Danışdığımız ancaq, millət və vətən oldu. Bir də uşaqların üzərində çalışma gərəyi oldu. Gördüm ki, şeir haqda danışmaq sadəcə bir bahana idi.

 

  • Təşkilatçı özəllik; Həsən ağa, bir neçə qocaman ağabəyimizlə birlikdə ölməz Dr. Zetabının yaratdığı “Müstəqil Azərbaycan Demokrat Firqəsi”-nin ilk aktivistləri kimi çağdaş “Azərbaycan Milli Hərəkatı”-nın təməlini qoyanlardan biri idi. O, özünə özəl davranışıyla Dr, Zehtabının qurduğu dil kurslarını idarə edir, toplantıların təhlükəsizliyini minimuma yendirirdi. 1988(m) ilində Təbrizdə qurulan “Azərbaycan Azadlıq Cəbhəsi”-nin ən başda gələn kardınatoru məhz Həsən bəy olmuşdu. 1992-ci (m) ilinin ilk aylarında “Azərbaycan Qurtuluş Təşkilatı”-nın məramnaməsinin müzakirəsi Həsən ağanın, Dr, Zehtabının və bir neçə ağabəyin iştiraki ilə Təbrizin Lalə dördyolunda yerləşən onun “Azərbaycan Müsiqi Öyrətim Mərkəzi”-ndə keçirildi. Həmin gün, mərkəz bütünlüklə qapalı durum almışdı. Və yenə biraz sonra “Azərbaycan Mədəniyyət Ocağı”nın yaranmasında müstəsna rolu oynadı. Göründüyü kimi, Azərbaycanda örgütlənmə yolunda Ustadı böyük rolu olmuşdu.

 

  • İctimai özəllik; “Təbrizin Abüreyhan dörd yolunda bir Həsən ağa dəmirçi var. Orda həm də maşın təmirinə baxılır. Kimsəsizlərin kimsəsidir o ağa”! Bu bir çoxlarının əzbəri olduğu adres idi. Həsən ağa, ona uzanan əli boş qaytarmaz, parası olmayan yoxsullara yardım edər, bir çox ailənin süfrəsini qıdasız qoymazdı. Onun bu sözünü heç unutmaram: “Vətənsevərlik şüar deyil, yaşamı paylaşmaqdır! İnsan paylaşdıqca xoşbəxt olur.” Onun düşgün və tabsız zamanında Qaradağ “Vərzqan” deprəmində göstərdiyi 7 aylıq özveri və fədakarca canından keçməsidir. O, 7 ay boyunca yılmadan, sarsılmadan hər gün Təbriz-Vərzqan yolunu tutaraq, gənc arxadaşları ilə millətinə çörəkçixana dikməklə, gərçək bir millətçinin sosial biri olma gərəyini göstərdi. Ayrıca, həmin insansevərliyi üzündən panfarsist rejim tərəfindən suçlu görünərək gücsüz cismilə zindana düşməsi və həmin rejim zindanında musiqi kursları bahanası ilə milli gənclərin ruh yüksəlişinə çalışması onun topluma bağlılığının başqa örnəklərindən biridir. Həsən ağa, tək bir anlamla milli siyasi yolun ən başlıca ilkəsini sosial və ictimai olmaqda görürdü.

 

  • Demokrat, özgür və çağdaş isans olma özəlliyi; Ustad Həsən Azərbaycan, heç zaman öz düşüncəsini kimsəyə aşılamağa çalışmadı. Onun ən bariz özəlliyi çoxulcu (çeşidli düçüncə) olduğu idi. Bu üzdən çevrəsində solun solundan, sağın sağınadək dost bulunur. O kimsəyə ideolojik basqı yapmaz, kimsəni ideolojik düşüncəsi ilə ülçmürdü. Bu ustanın görüşsüz bir insan olduğunu deyil, geniş millət adamı olduğunun göstərgəsi idi. O, düşünürdü ki, 100 il boyunca milli əritmə siyasəti və farslaşdırma strategiyası altında əzgin durumda olan millətin düşüncə axarı dayanmışdır. Millətin var gücünü özünə qaytarmaq, özveri və dözüm istər. Özgə və düşmən duzağında inləyən millətimizi, ayrı-seçkilik yapmaqla bir də biz darmadağın etməməliyik. Belə sözlərin dilə gətirəni bir başa Həsən bəy olmasa da, onun öz ruh təcümanı bu sözlərlə tanıtım tapdı. O, özgürlüyü və çağdaşlığı bir arada tutaraq kütləsəl demokrat örnəyi kimi hərkəsin sevgisini qazandı. Bir çox musiqi ustadın verimli və yetənəkli öyrənci seçməsinə rəğmən, o, varlı, yoxsul, verimli, verimsiz seçmədən topdan uşaqları, yeniyetmələri və gəncləri öznəl və nəsnəl eyitimlə milli-siyasi və incəsənət ruhu ilə topluma qazandırmağa çalışırdı.

 

  • Çox budaqlılıq və yorulmazlıq özəlliyi;

 

“Həsən ağa harada?

O, öyrənməkdə, 0, öyrətməkdə. Harada eytimdə? Orası bəlli olmaz!

O, Bazarda, toyda, yasda.

O,“Baba Bağında” cüzamilərin yanında.

Xəstəxanaya xəstə götürməkdə. Maşını pozulmuş birinin yardımına qoşmaqda.

Bir kimsəsizin yıxılmış evini təmir etməkdə.

Qaradağda deprəm vurmuş evsiz qalanlara yardım üçün Təbrizdən Vərzqana çadır, ərzaq, geyim daşımaqda. Orada ac qalan yurddaşlara çörəkçixana tikməkdə.

Hə…, doğrudur, Vəzqandan dönər-dönməz Tehran rejimi tərəfindən öz başına yardımları üçün tutuqlu olara Təbriz Zindanında işkəncə altıda!

Evdə yeni opera bəstələməkdə. Yeni kitabını basdırmaq üçün basın evində.

Musiqi qrupu ilə filan şəhərdə.

Dr. Zehtabilə birlikdə bir elmi konfransında.

Bakıda, İstanbulda, İsveçdə, Almaniyada konsert verməkdə Və yüzlərcə “Həsən ağa harada?” sorulara saysız yanıtlar! HƏSƏN AĞA AZƏRBAYCANIN ÜRƏYİNDƏ!

 

Göründüyü kimi, Hasən Hərgülü (Dəmirçi) və başqa anlamı ilə Həsan Azərbaycan, toplumsal çalışmadan tutmuş ekonomi, siyasi, idman və incəsənət dallarının ötəsinə yayılmış bir sarsılmaz həyat göstərgəsidir. Bir insan ömrünə sığmayan bu boyda geniş alanlı çeşidli özəliklər çox az insanın ömrünə sığar. Ustad Həsən Azərbaycan onlardan biri idi.

 

  • Yazar, şair, bəstəkar özəllikləri: Ustadın yüksək təhsilatı olmasa da, öz ana türkcəsinə olan böyük bağlantısından dolayı, yazarlığı və şairliyi də hərkəsə bəlli idi. O, istər milli-siyasi yönlərdə, istərsə də musiqi alanında bir çox əsərin müəllifi olmuşdur. Yazdıqları əsərlərin musiqi bəstəkarlığı da onun özəlliklərindən biridir. Yazdığı çoxlu sadə, lakin milli anlamlı şeirlərlə yanaşı, milli musiqi ilə bağlı ortaya qoyduğu kitabları eyitim, ulusal özəllikləri çox diqqət çəkici yazılı irsini oluşdurur. Musiqi öyrənciləri üçün dərslik kitabı olan “Azərbaycan Muğamları”, “Azərbaycan Mahnıları”, “Səhəndiyyə” operası, “Azərbaycan Marşları”, “Haraylı Təbriz”, “Odlar Yurdundan Adlar” kimi yazılı əsərlərin yazarı məhz Həsən Dəmirçi imzasıyla markalaşmışdır. Bu isə, ustadın nə qədər budaqlı çalışmalarının danılmaz faktdır.

 

  • Sözdə, əməldə əmanətdarlıq özəlliyi: Bildiyim, tanıdığım Həsən Azərbaycan adının təkcə sadalanan özəllikləri ilə deyil, eyn zamanda sırr küpü olduğu da danılmaz bir örnək nöqtəsi olmuşdur. Sırrım onun da gizlisidir deyən bir çoxlarını tanıram ki, ürəklərinin acısını onunla birlikdə paylaşmaqdan heç tədirginlik yaşamırdı. Tərsinə onunla paylaşılan ürək dərdlərinin bir çoxu çözüm ümidi bulurdu. Kimsənin ev sorunlarına ümidsizlik hakim olan zaman, Həsən bəyin bir olumlu yol tapacağı yadlara düşürdü. Hankı evin məişəti söz qonusu olunca Abu Reyhan dörd yolundakı karaj və ya Lalə dörd yolundakı “Azərbaycan Musiqi Eyitim Evi” əmanət qapısı kimi çalınırdı. İstər siyası qurumsallıqda, istərsə də, toplumsal alanlarda onun adı sözdə, əməldə bir əmanət sandığı kimi qəbul olunurdu.

 

  • Gözəl ata, arxadaşlıq, yoldaşlıq özəlliyi: Ustad, eşinə, uşaqlarına qarşı sonsuz sayağı göstərən bi ata örnəyi idi. Bəlkə bəziləri üçün bir atanın övlədına qoyduğu maddı sərvətlər ölçüm olsun. Bir atanın uşaqlarına verəcəyi hər şeyin başında ərdəm və şəxsiyyət dayanır. Bir çox övladlar var kı, atanın bir ömür topladığı maddi qaynağı bir neçə gecədə tükədər. Övlad var ki, atanın yaşam fəlsəfəsinin qarşısında üsyan qaldırar. Bir ata var ki, uşaqları tərəfindən bütün izləri silinər. Bir övladlar da var ki, atanın getdiyi yolun əskəri olar və atasının cizgisində yürüməyi şərəf borcu bilər. Bu gün, Ustadın qoyduğu şərəf yolu, milli yolu ocaq kimi par-par yanırsa, millətinə sıcaqlıq verirsə, onun balalarının, sayğıdəyər eşinin də çox payı vardır. Bu isə, o deməkdir ki, Hərgülü ailəsi, Atanın altın yaşam yolunu ulu bir irs kimi saxlamaqdan olduqca böyük qıvanc (sevinc, fəxr) duyur.

 

  • Bütövçü özəlliyi: O, qarabaq uğrunda döyüşən qəhraman Azərbaycan əskərinin 44 günlük savaş zəfərini görmədi. Qarabağın azadlığını görmək, bəlkə də hərkəsdən çox bütün mübarizə alanında Qarabağı yaşadan Ustadın haqqı sayılırdı. Yazıqlar olsun ki, düşmən əli çox zəhərli və bicağı kəskindir! O, bir bütünlük sevdalısı idi. 1998-ci ilin yayında Həsən bəy ilə ölməz Ə. Elçibəyin görüşü olacaq idi. “Bütöv Azərbaycan Birliyi”ndə (BAB) daşıdığım sorumluluğa görə, bu gizli görüşü mən təşkil etməli idim. Bir gün axşam radələri bu iki milli öndərin görüş zamanı idi. Normal olaraq, Bəyin (Elçibəy) görüşləri Bakının Xaqanı küçəsində yerləşən Azadlıq Redasiyası məkanında keçirilirdi. O gün Bəy məndən görüş qonusunda soruşanda, belə dedim: “Bəy, sizinlə Həsən ağanın görüşü daha gizli olmalıdır. “Bəy, yardımçısı Əli bəyə bu görüşün öz evində keçirilməsini və o günə aid olan axşam görüşlərinin ləğv edilməsini tapışırdı. Biz axşam Həsən ağa ilə Bəyin evinə getdik. Qapını döydüm. Qapı açıldı. Bəy, qapı ayaqına qədər Həsən ağanı qarşılamaq üçün gəldi. Bunlar ikisi elə qucaqlaşıb ağlaşdılar ki, mən ömrümdə belə bir səhnə görməmişdim. Gözlərim Əli bəyin gözlərinə sataşdı. Onun da gözyaşları durmurdu. Mənim durumum daha bətər idi. Hardasa iki bəy, dəqiqələrlə qucaqlaşıb ağlaşdılar. Bu iki vətən sevdalısı bundan öncə bir-birini heç görməmişdilər. Ancaq, sankı illər öncədən bir-birini itirmiş qardaşlar kimi niskil paylaşırdılar. Bu sadəcə Ustadın Bütöv Azərbaycana olan sevgisinə tanıq olduğum bir canlı örnək idi.

 

  • Tükənməz Milli Umud Qaynağı: Onun üçün ümidin yaşaması ilə yaşamın sürməsi eyni anlamdadı. Ümid yaşayınca insan da yaşayacaq! Ümid öldüsə yaşamağın bir anlamı qalmaz! Onun bu sadə yaşam fəlsəfəsi bütün alanlarda gənclərin gələcəyini öz etkisi altına almışdır. Bugün Azərbaycan Milli Hərəkatına təkan verən bir çox Güney Azərbaycan gəncliyinin yüksək milli ruhiyyəsində ustadın müstəsna rolu vardır. Bu etki, istər bir başa istərsə də dolayısı ilə Azərbaycan gəncliyində özünü göstərməkdədir. O, dağda olsun, toplantıda olsun, işdə, gəzidə olsun bir an gənclikdən uzaq qalmadı. “Gənclik gələcək azad Azərbaycanın qurucusudur. Onu əl üstə tutmaq gərəkir. Onu umud qaynağı etmək gərəkir. Azərbaycanın zəngin Türk dilini, kültürünü, musiqisini, qəhəranlıq tarixini, el igidliyini gənclərə aşılamaq gərəkir. Yetər ki, biz yaşlılarda biraz qeyrət, biraz özveri olsun!” Həsən bəyin hər anı belə keçdi. O, Azərbaycanın 100 illərdə yetişdirdiyi ən kütləvi gizli qəhrəmanlarından biri oldu.

 

Ustad Həsən Azərbaycan yolu, M.Ə. Rəsulzadələr, M.T. Zehtabilər, Ə. Elçibəylər kimi “Azərbaycan Türk Milləti”nin özgürlük və bağımsız öndərlərinin yoludur. Sözsüz ki, hər ulusun içində öz igidlərini qısqanan cahillərdə olacaqdır. Həsən bəyi də qısqananlar oldu və hələdə ölüsünü belə, çəkəməyənlər var! Bu da o insanın nə qədər böyük olduğunun başqa bir qanıtıdır.

Mum kimi bir ömür vətənin, millətin yoluna işıq saçan bu böyüklərimizin ulu ruhları hər zaman gəncliyimizin yolbayı olacaq.

Yolları açıq, milli davaları millətimizin milli qurtuluş və ulusal bayramı olsun.

 

Eldar Qaradağlı

Yenidən baxış 2026-08-24

You Might Also Like

Güney Azərbaycan Qurtuluş Partiyası UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.

TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ

TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ

28 MAY- Azərbaycan Xalq Cümhuriyyətinin İldönümü Qutlu Olsun!

2006-cı il May ayaqlanması il dönümü münasibəti ilə,

GAQP İyun 24, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycan Qurtuluş Partiyası UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm Siyasət İyun 24, 2026
Güney Azərbaycan Qurtuluş Partiyası UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.
Bildirilər Gənəl Gündəm Siyasət İyun 24, 2026
TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət İyun 2, 2026
TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏKİ SON SİYASİ GƏLİŞMƏLƏRLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) BİLDİRİSİ
Bildirilər Gənəl Gündəm Siyasət İyun 2, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?