By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: GATƏŞ: Güney Azərbaycan Heç Bir Savaşın Tərəfi Deyildir və Torpaqlarında Silahlı Fəaliyyətləri Qəbul Etmir
Paylaşın
Bildiriş
Son Xəbərlər
Milli Dövlətçilik Şurasında Yeni Addım: Eldar Qaradağlı Fond Təşəbbüsünü İrəli Sürdü
Gənəl Gündəm
GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR!
Gənəl Gündəm
İRAN İRAQDA KİMLƏRLƏ SAVAŞIR?
Gənəl Gündəm
GATƏŞ: Güney Azərbaycan Heç Bir Savaşın Tərəfi Deyildir və Torpaqlarında Silahlı Fəaliyyətləri Qəbul Etmir
Bildirilər
Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Ədəbiyyat və Mədəniyyət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Bildirilər > GATƏŞ: Güney Azərbaycan Heç Bir Savaşın Tərəfi Deyildir və Torpaqlarında Silahlı Fəaliyyətləri Qəbul Etmir
Bildirilər

GATƏŞ: Güney Azərbaycan Heç Bir Savaşın Tərəfi Deyildir və Torpaqlarında Silahlı Fəaliyyətləri Qəbul Etmir

GAQP
Paylaşın
5 Min Oxu
PAYLAŞIN

İran İslam Respublikası rejimi ilə Amerika Birləşmiş Ştatları arasında davam edən hərbi qarşıdurma bölgəmizi yenidən ciddi təhlükələrlə üz-üzə qoyub. Münaqişənin genişlənmə ehtimalı Güney Azərbaycanın təhlükəsizliyi, millətimizin həyatı və bölgənin sabitliyi baxımından dərin narahatlıq doğurur. Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) bir daha bəyan edir ki, bu savaş Güney Azərbaycan Türklərinin savaşı deyildir və millətimiz öz iradəsindən kənar yaranmış bu qarşıdurmanın tərəfi deyil. Azərbaycan Türk Milləti öz tarixi torpaqlarının istər İran İslam Respublikası rejimi, istərsə də hər hansı bir silahlı təşkilat tərəfindən hərbi məqsədlərlə istifadə edilməsini qəbul etmir. Güney Azərbaycanın raket, hərbi baza və ya silahlı əməliyyatlar üçün platformaya çevrilməsi xalqımızın iradəsinə ziddir və onun təhlükəsizliyini ciddi risk altına salır. Biz İranın faşist hakimiyyətinin bölgədə gərginliyi artıran və xüsusilə qonşu dövlətlərə, o cümlədən ərəb ölkələrinə qarşı həyata keçirdiyi yayılmacı siyasəti qətiyyətlə pisləyir və məhkum edirik.

GATƏŞ vurğulayır ki, bölgədə yaranmış mövcud təhlükəli vəziyyətin əsas səbəblərindən biri İran İslam Respublikası rejiminin uzun illər ərzində həyata keçirdiyi ideoloji, terroru dəstəkləyən və hərbiləşməyə əsaslanan xarici siyasətdir. Bu siyasət regionda davamlı gərginliklərin, silahlanma yarışının və silahlı qarşıdurmaların dərinləşməsinə səbəb olmuş, nəticədə bütün bölgə xalqlarının təhlükəsizliyini ciddi təhdid altına salmışdır. GATƏŞ İran İslam Respublikası rejiminin onilliklər boyu davam etdirdiyi müharibə yönümlü, yayilmacı və sabitliyi pozan siyasətini qəbuledilməz hesab edir. GATƏŞ hesab edir ki, regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yolu dövlətlərin beynəlxalq hüquqa hörmət etməsi, zor gücünə əsaslanan xarici siyasətdən imtina etməsi, eləcə də xalqların, xüsusilə Güney Azərbaycan Türklərinin öz müqəddəratını təyin etmə və özünüidarəetmə hüquqlarının beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınması və təmin edilməsidir.

Mövcud şəraitdə müxtəlif hərbi senarilər müzakirə olunur. Bu ehtimallar fonunda Güney Azərbaycan ərazisinə müxtəlif silahlı qrupların daxil olması və burada fəaliyyət göstərməsi ilə bağlı qayğılar da mövcuddur. Bu baxımdan GATƏŞ açıq şəkildə bəyan edir ki, Güney Azərbaycan ərazisində xalqımızın təhlükəsizliyini, tarixi torpaqlarımızın bütövlüyünü və milli varlığımızı təhlükə altına alan hər hansı qanunsuz silahlı fəaliyyət qəbuledilməzdir. Belə əməllər onları həyata keçirənlərin kimliyindən asılı olmayaraq Azərbaycana qarşı yönəlmiş təhdid kimi qiymətləndiriləcək. Güney Azərbaycan ərazisində həyata keçiriləcək hər hansı qanunsuz silahlı fəaliyyət xalqımıza qarşı terror xarakterli əməl hesab olunacaq və xalqımızın təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhdid kimi dəyərləndiriləcək. Azərbaycan Türkləri necə ki, İran İslam Respublikasının öz torpaqlarımızdan hərbi məqsədlərlə istifadə etməsini qəbul etmirlər, eyni şəkildə bölgədəki qeyri-dövlət silahlı qruplarının da Güney Azərbaycanda fəaliyyət göstərməsini qəbul etmirlər.

Millətimiz beynəlxalq hüququn tanıdığı qanuni özünümüdafiə hüququna malikdir və öz canını, malını, tarixi torpaqlarını və milli varlığını təhlükəyə atan hər hansı silahlı təhdidə qarşı bu hüquq çərçivəsində müdafiə olunmaq əzmindədir.

Bir daha vurğulayırıq ki, bu münaqişə xalqımıza aid və onun bir tərəfi deyildir. Xalqımız yalnız öz yurdunun təhlükəsizliyini, ərazi bütövlüyünü və milli iradəsini qorumağı əsas prinsip hesab edir. GATƏŞ bir daha bildirir ki, millətimiz İran rejiminin yaratdığı siyasi və milli ayrı-seçkilik siyasətinə qarşı uzun illərdir dinc və demokratik mübarizə aparır. Mübarizəmizin əsas məqsədi “Azadlıq, Ədalət və Milli Hökumət” prinsipləri əsasında xalqımızın azad iradəsinə söykənən demokratik milli hakimiyyətin qurulmasıdır. Güney Azərbaycanın taleyi yalnız və yalnız öz xalqının azad iradəsi ilə müəyyən edilə bilər.

 

Yaşasın “Azadlıq, Ədalət və Milli Hökumət” yolumuz!

 

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ)

2026/07/25

 

  1. Azərbaycan Demokrat Firqəsi (ADF)
  2. Azərbaycan Mərkəz Partiyası (AMP)
  3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
  4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
  5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
  6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
  7. Güney Azərbaycan Milli Dövlət Alyansı (MDA)
  8. Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)

You Might Also Like

Güney Azərbaycan Milli Hərəkatının Tanınmış Fəalı Taymaz Urmulunun Vəfatı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi

GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı

GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı

Güney Azərbaycan Qurtuluş Partiyası UNUDULMAZ ƏBÜLFƏZ ELÇİBƏY VƏ HƏSƏN BƏY DƏMİRÇİ XATİRƏSİNİ SEVGİLƏ ANIR.

TÜRKİYE CUMHURİYETİ’NDEKİ SON SİYASİ GELİŞMELERLE İLGİLİ GÜNEY AZERBAYCAN KURTULUŞ PARTİSİ’NİN (GAQP) BİLDİRİSİ

GAQP İyul 26, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Növbəti Məqalə İRAN İRAQDA KİMLƏRLƏ SAVAŞIR?

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Milli Dövlətçilik Şurasında Yeni Addım: Eldar Qaradağlı Fond Təşəbbüsünü İrəli Sürdü
Gənəl Gündəm İyul 26, 2026
GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR!
Gənəl Gündəm İyul 26, 2026
İRAN İRAQDA KİMLƏRLƏ SAVAŞIR?
Gənəl Gündəm İyul 26, 2026
GATƏŞ: Güney Azərbaycan Heç Bir Savaşın Tərəfi Deyildir və Torpaqlarında Silahlı Fəaliyyətləri Qəbul Etmir
Bildirilər İyul 26, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?