By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Reading: Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Paylaşın
Bildiriş
Son Xəbərlər
Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Ədəbiyyat və Mədəniyyət
Güney Azərbaycan Milli Hərəkatının Tanınmış Fəalı Taymaz Urmulunun Vəfatı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm
GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm
GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı
Bildirilər Gənəl Gündəm
Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı
Ədəbiyyat və Mədəniyyət Gənəl Gündəm Siyasət
Aa
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Aa
  • Ana Səhifə
  • Xəbərlər
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
  • Əlaqə
  • Azərbaycan
  • Ana Səhifə
  • Xəbərlər
    • AMH Xəbərləri
    • AMH Tutuqluları
    • İnsan Hüquqları
  • Yazarlar və Yazılar
  • Qurtuluş TV
  • Digər
    • GAQP Haqqında
    • Videolar
    • Fotolar
    • Kitablar
    • Linklər
    • Arxiv
  • Əlaqə
  • Azərbaycan
    • Azərbaycan
    • Türkçe
    • تورکجه
    • English
    • فارسی
Bizi İzlə
Copyright © 2023 Güney Azərbaycan Qurtuluş Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası > Ədəbiyyat və Mədəniyyət > Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Ədəbiyyat və Mədəniyyət

Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?

GAQP
Paylaşın
7 Min Oxu
PAYLAŞIN

Şuşadan Təbrizə Uzanan Mədəni Körpü

Ortaq irs bizə hansı mesajı verir?

(Vaqif Poeziya Günləri – 16-18 iyun)

Eldar Qaradağlı

Bu yazı təkcə Vaqif Poeziya Günlərinə görə deyil. Bu gün biz Şuşadan Təbrizə uzanan, əsrlərin sınağından çıxmış bir mədəni körpüdən danışırıq. Bu körpü daşdan, dəmirdən və ya betondan qurulmayıb. Bu körpü Azərbaycan türkcəsi, poeziyası, musiqisi, düşüncəsi və ortaq milli yaddaşı üzərində qurulub.

Bu gün Vaqifdən danışmaq təkcə böyük bir şairi anmaq deyil. Bu, Azərbaycanın dövlətçilik yaddaşını, mədəni kimliyini və milli ruhunu yaşadan ortaq irs haqqında düşünmək deməkdir.

Azərbaycan tarixində elə şəxsiyyətlər vardır ki, onların qələmi ilə dövlət adamlığı, sənəti ilə siyasəti bir-birindən ayrılmır. Molla Pənah Vaqif belə şəxsiyyətlərdəndir.

Vaqif təxminən 1717-ci ildə Qazax mahalında dünyaya göz açmışdır. O, yalnız istedadlı şair kimi deyil, Qarabağ xanlığının vəziri, diplomatı və dövlət işlərində mühüm rol oynamış siyasi xadim kimi tarixə düşmüşdür. Onun həyatına baxanda görürük ki, XVIII əsrdə Azərbaycan ziyalısı yalnız yazan adam deyildi; o, eyni zamanda dövlətini qoruyan, xalqının taleyinə məsuliyyət daşıyan şəxs idi.

Məhz buna görə Vaqifi yalnız şair kimi deyil, qələmi ilə siyasəti, sənəti ilə dövlətçiliyi birləşdirən nadir Azərbaycan ziyalılarından biri kimi qiymətləndirmək daha doğru olar.

Vaqifi yalnız sevgi şeirlərinin müəllifi kimi təqdim etmək onun böyüklüyünü kiçiltmək olar. O, xalq dilini yüksək poeziyanın dili səviyyəsinə yüksəldən sənətkar idi. Klassik poeziyanın ağır və mürəkkəb üslubu içərisində xalq danışığını, təbiiliyi və həyati duyğuları qoruyub yaşatdı. Bu səbəbdən Vaqif Azərbaycan ədəbiyyatında yeni mərhələnin banilərindən biri hesab olunur.

Onun şeirlərində həyat sevgisi, insan gözəlliyi, təbiət, sevgi və nikbinlik xüsusi yer tutur. Məsələn, belə deyirdi:

“Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur…”

Bu misralar yalnız şeir deyil. Burada xalqın gündəlik həyatı, sevinci və qayğısı var. Vaqif poeziyanı saraylardan çıxarıb xalqın evinə gətirdi.

Başqa bir misrasında isə insanın mənəvi dəyərini ön plana çəkirdi:

“Hər oxuyan Molla Pənah olmaz.”

Bu qısa fikir əsrlərdir yaşayır. Çünki biliklə müdriklik, savadla şəxsiyyət arasında fərq olduğunu xatırladır.

Lakin Vaqifin həyatının sonu da onun dövrü qədər dramatik oldu.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı Məmalike Məhruseye Qacar dövlətinə qaytarmaq üçün mədəniyyət ocağında yerləşdi. Ancaq, çox keçmədən öz yaxın çevrəsi tərəfindən öldürüldü. Bu ölümün pərdə arxasında kimlərin olması qaranlıq qalsa da uzun zaman Rus Çarizminin Qarabağ tamahına əngəl olan Vaqifin dı öldürülməsi gizli Rus şübhəsini önə çaxarmış oldu. Belə ki, İki böyük Azərbaycanlı dövlət başçısının məhz Şuşada ardı-ardına terror olması ilə Qarabağda hakimiyyət uğrunda mübarizə atəşlənmişdir. Görünən bu ki, Ağa Məhəmmədxan Qacarın və Molla Pənah Vaqifin Ölümü ilə Rusiyanın qarşısını kəsən iki böyük maneə aradan qalxmış, Şuşa Rus imperiyasının çoxdan arzu etdiyi qəvama çevrilmişdi.

Tarixin qəribə ironiyasıdır ki, 18-ci əsrin sonunda Şuşa iki böyük siyasi qətlə şahid oldu. Biri Türk Qacar tarixinin gedişini dəyişdirdi – Ağa Məhəmməd şahın ölümü. Digəri isə Azərbaycanın mədəni bölünməsinə zəmin yaratdı – Molla Pənah Vaqifin faciəli ölümü.

Onlar eyni siyasi mövqedə deyildilər. Əksinə, fərqli tərəfləri təmsil edirdilər. Lakin hər ikisinin taleyi Azərbaycan Türk Millətinin və bütöv Azərbaycan yurdunun gələcək taleyilə eynləşdi. 1797-ci ilin olayları bir daha hakimiyyət uğrunda amansız mübarizənin Azərbaycanın başına nələrin gətirdiyini göstərmiş oldu.

Burada önəmli bir sonuc çıxarmaq olar. Dövlət zəiflədikdə ilk zərbə çox vaxt mədəniyyətə dəyir. Çünki mədəniyyət millətin yaddaşıdır. Yaddaşı sarsılan millətin gələcəyi də təhlükə altına düşür.

Bu gün Şuşada keçirilən Vaqif Poeziya Günləri məhz buna görə böyük məna daşıyır. Bu tədbir təkcə bir şairin xatirəsini yad etmək deyil. Bu, Azərbaycanın mədəni hafizəsini yaşatmaq, onu yeni nəsillərə ötürmək və milli özünüdərki gücləndirmək missiyası daşıyır.

Bəs bu körpünün Təbrizlə ilişkisi haradadır?

Burada, cavab çox aydındır.

Əgər Şuşa Qarabağın yazın, musiqi və poeziya beşiyidirsə, Təbriz yüz illər boyu Azərbaycanın siyasi beyini, düşüncə mərkəzi və mədən mkanlarından biri olmuşdur.

Xətainin dövlətçilik ruhu…

Nəsiminin insan fəlsəfəsi…

Füzulinin söz qüdrəti…

Natəvanın ana yanğısı…

Şəhriyarın həsrət nəfəsi…

Səhəndin milli çağırışı…

Sahirin yenilikçi düşüncəsi…

Bəxtiyarın vətən harayı…

Zəlimxanın ayrılıq nisgili…

Daşqının üsyankar sözü…

Bunların hamısı eyni mədəniyyət ağacının budaqlarıdır.

Şuşa ilə Təbriz arasındakı ən möhkəm körpü sadəcə siyasət deyil, bəlkə ortaq dil, ortaq kimlik, ortaq gələnək, ortaq musiqi, ortaq tarix, ortaq vətən və tək anlamıyla Bütün bu irsin ortaq adı Azərbaycan Türk Millətinin milli kimli olmuşdur.

Vaqif Poeziya Günləri bizə bunu xatırladır ki, mədəniyyət millətin ən uzunömürlü varlığıdır. Dövlətlər dəyişə bilər, sərhədlər bağlana bilər, siyasi şərtlər ağırlaşa bilər. Ancaq böyük sivilizasiyalar yüz illər boyu yaşayır və nəsilləri bir-birinə bağlayır.

Bu gün dünyada mədəni diplomatiya anlayışı getdikcə daha böyük önəm qazanır. Mədəniyyət bəzən siyasətin aça bilmədiyi qapıları açır, qura bilmədiyi körpüləri qurur. Xalqlar musiqi, ədəbiyyat və incəsənət vasitəsilə bir-birinə yaxınlaşırlar. Azərbaycanın da ən böyük güclərindən biri məhz bu zəngin mədəni irsidir.

Mən inanıram ki, Şuşadan Təbrizə uzanan mədəni körpü keçmişə bağlılığın deyil, gələcəyə inamın rəmzidir.

Bu körpü keçmişə duyulan nostalji deyil. Bu, gələcək nəsillərə verilən bir əmanətdir. Çünki mədəni irs yalnız qorunan deyil, yaşadılan dəyərdir.

Bu körpü bizə öyrədir ki, ortaq irs yalnız qorunmaq üçün deyil, gələcək nəsillərin milli kimliyini möhkəmləndirmək üçün yaşadılmalıdır.

Sonda bir fikri xüsusilə vurğulamaq istəyirəm.

Millətlər yalnız siyasi tarixləri ilə yaşamırlar.

Millətlər öz yazarları, şairləri, musiqiçiləri, alimləri, memarları, rəssamları və yaratdıqları mədəniyyətlə yaşayırlar.

Molla Pənah Vaqif belə milli varlığa çevrilən tarixi simvollardan biridir.

Bu gün onun adını yaşatmaq, əslində Azərbaycanın mədəni-siyasi varlığını yaşatmaq deməkdir.

Şuşadan Təbrizə uzanan bu mənəvi körpü bizə bir həqiqəti xatırladır:

Sərhədlər coğrafiyanı ayıra bilər, amma ortaq ulusal kimliyi ayıra bilməz. Dilin, yazının, poeziyanın və milli yaddaşın qurduğu körpülər zamanın sınağından çıxaraq yaşayır, millətləri keçmişə bağlayır və gələcəyə daşıyır.

Eldar Qaradağlı

2026-07-15

 


You Might Also Like

Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! Eldar Qaradağlı

ustad Heydər Abbasi (Barışmaz) vəfatı ilə bağlı başsağlığı

TÜRK DÜNYASININ BÖYÜK TARİXÇİSİ İLBER ORTAYLININ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA

Ana Dili Günü Qutlu Olsun

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ (GAQP) 21 Fevral – Ana Dili Günü ilə bağlı bildirisi

GAQP İyul 18, 2026
Bu Məqaləni Paylaşın
Facebook Twitter Pinterest Whatsapp Whatsapp LinkedIn Reddit Telegram Email Copy Link Print
Əvvəlki Məqalə Güney Azərbaycan Milli Hərəkatının Tanınmış Fəalı Taymaz Urmulunun Vəfatı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi

Əlaqədə Qalın

136k Subscribers Subscribe

Son Xəbərlər

Şuşadan Təbrizə Uzanan Mədəni Körpü — Ortaq irs bizə hansı mesajı verir?
Ədəbiyyat və Mədəniyyət İyul 18, 2026
Güney Azərbaycan Milli Hərəkatının Tanınmış Fəalı Taymaz Urmulunun Vəfatı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm İyul 12, 2026
GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı
Bildirilər GAQP - Təşkilat və Sənədlər Gənəl Gündəm İyun 28, 2026
GAQP-nın Yönətim Qurulu Üyəsi Sayın Əli İbrahimiyə Başsağlığı
Bildirilər Gənəl Gündəm İyun 28, 2026
Güney Azərbaycan Qurtuluş PartiyasıGüney Azərbaycan Qurtuluş Partiyası
Bizi İzlə

Copyright © 2025 Güney Azərbaycan Qurtuluş Partiyası

Welcome Back!

Sign in to your account

Lost your password?