

RƏSMİ BİLDİRİŞ
Güney Azərbaycan Qurtuluş Partiyası yönətim kurulu bildirir ki, mövcud siyasi durum və son dönəmdəki yaranmış təməl fikir ayrılıqlarını diqqətə alaraq, Partiyamızın Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasındakı (GATƏŞ) üzvlüyünə son verilməsi və Şuranın tərkibindən ayrılması barədə qəti qərar qəbul edilmişdir. Bu qərarın siyasi və təməl səbəbləri yaxın zamanda yayımlanacaq rəsmi bəyanatla Azərbaycan Türk Millətinin və ictimaiyyətin diqqətinə ətraflı şəkildə çatdırılacaqdır. Bildiririk ki, bu tarixdən etibarən GATƏŞ çərçivəsində Partiyamızın açıq razılığı olmadan qəbul ediləcək qərar və mövqelər Güney Azərbaycan Qurtuluş Partiyasını təmsil etmir və Partiyamız üçün heç bir siyasi və təşkilati sorumluluq yaratmır. GATƏŞ-ə bundan sonraki fəaliyyətlərində uğurlar diləyirik.
Güney Azərbaycan Qurtuluş Partiyası İdarə Heyəti
30.10.2026

